Rəsmi Tehran: "Mətbuatda deyilənlərlə masada elan edilənlər eyni deyil" - "Heç bir nüvə obyektinin bağlanmasından söhbət gedə bilməz”
16-05-2025 [07:17]
"ABŞ-la danışıqlarda etimad mühiti yaratmaq üçün əlavə addımlar atmağa hazırıq. Lakin bu o demək deyil ki, İran uranı zənginləşdirmək siyasəti və hüququndan əl çəkəcək. Belə bir şey olmayacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Erakçi Tehran Beynəlxalq Kitab Sərgisini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
O, burada "Kitablar və Diplomatiya" proqramına qatılaraq, sualları cavablandırıb.
ABŞ-ın İrandan nüvə proqramına tamamilə ləğvi tələbi barədə sualı cavablandıran nazir bildirib ki, bəzi məsələlər mətbuatda yazılanlar kimi deyil: "Mətbuatda elan etdikləri ilə masada elan edilənlər eyni deyil və media müharibəsi gedir. Sonaylar ABŞ-dan çoxlu ziddiyyətli bəyanatlar gəlir, eşidirik. Bu, Vaşinqtonda diqqətsizlikdənmi, yoxsa danışıqlar tərzindənmi qaynaqlanır, bilmirəm. Lakin bu, İranın tərzi deyil".
O, bir daha təkrar edib ki, ABŞ rəsmilərinin İranın uranı zənginləşdirmək hüququndan da əl çəkəcəyi haqda açıqlamaları həqiqət deyil: "Bu, mümkün də deyil. Nə mediada, nə də danışıqlar masasındakı mövqelərimizdə bu mövzuda güzəştə getməyəcəyik. Bu, İran xalqının haqqıdır və bunu heç kim inkar edə bilməz. Biz nüvə proqramı üzrə şəffaflığı təmin edə bilərik, lakin heç bir nüvə obyektinin bağlanmasından söhbət gedə bilməz”.
Amerika mətbuatında keçən həftə Omanda keçirilən danışıqların dördüncü raundunda İrana yazılı razılaşma mətni təqdim olunması haqda xəbərə də aydınıq gətirən nazir bildirib ki, danışıqlar zamanı fikirlər yazılı şəkildə qarşı tərəfə çatdırılıb: "Lakin biz indiyə qədər qarşı tərəfdən belə bir yazılı təklif almadıq, ancaq göndərəcəklərini deyirlər".
İran XİN başçısı ABŞ-ın sanksiyaları qaldıracağı təqdirdə İranın Amerika şirkətlərinin ölkədə fəaliyyət göstərməsinə icazə verib-verməyəcəyi ilə bağlı suala isə belə cavab verib: "İranda Amerika şirkətlərinin iqtisadi fəaliyyətinə qadağa yoxdur. Bu qadağanı amerikalılar özləri özlərinə qoyublar. İran Amerika şirkətlərinin neft və təbii qaz sektoruna sərmayə qoymasını təbii ki, istəyir və belə hal olarsa, bunu yalnız alqışlayar".
Samir Musayev
MİA.AZ
Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"