İcra Hakimiyyəti araşdırır, deputat isə... - Şura sədrliyindən qovulan biznesmen haqqında açıqlamalar
14-05-2025 [16:34]
Məlum olduğu kimi, İmişli rayonunun Sarıxanlı kəndində 9 May – faşizm üzərində Qələbə Günü münasibətilə keçirilən tədbir ölkədə böyük rezonans doğurub.
Belə ki, İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə keçmiş SSRİ bayrağı sancılıb, tədbir zamanı Sovet mahnıları səsləndirilib, iştirakçıların yaxasına isə Rusiya hərbi işğalının rəmzi kimi tanınan “Georgiyev lenti” taxılıb. Hadisə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı mətbuata danışan İmişli rayon icra hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda qalmaqallı tədbirlə bağlı araşdırma aparılır: “Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon ağsaqqallar şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.
Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti isə növbədənkənar iclası keçirib və Saleh Səmədovu vəzifədən qovub.
“İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib” – deyə, Ağsaqqallar Şurasının İdarə Heyətinin məlumatında bildirilirb..
Milli Məclisin İmişlidən olan deputatı Razi Nurullayev isə “AzPolitika”-ya açıqlamasında məsələni araşdırmadığını əsas gətirərək açıqlama verməkdən imtina edib.
“Hadisəni araşdırmamışam. Bu səbəbdən hər hansı açıqlama verə bilmərəm. Hər halda dövlət orqanları məsələni araşdırıb, qiymət verəcəklər”, – deyə deputat bildirib.
Məsələ ilə bağlı diqqət çəkən daha bir açıqlama isə rayon Ağsaqqallar Şurasının sədri və tədbirin əsas təşkilatçısı Saleh Səmədovdan gəlib. O, tədbirdə baş verənlərə haqq qazandıraraq SSRİ bayrağının tədbir zamanı qaldırılmasını belə izah edib: “Bu sadəcə olaraq bizim tariximizdir. Burada nə var ki?! Cavan nəsil o bayrağı bilmir, biz isə o bayraq altında doğulmuşuq… Müharibənin rəmzi olaraq biz o bayrağı oraya qoymuşduq. “Georgiyev lenti” də rəmzdir, ona görə də taxmışdım… Burada Türkiyə bayrağı da dalğalanır, bəs ona niyə bir söz demirsiniz?!”.
Göründüyü kimi, baş verən bu biabırçılığın mərkəzindəki əsas şəxs – Saleh Səmədov SSRİ bayrağına və “Georgiyev lenti”nə fəxrlə haqq qazandırmaqla yanaşı, utanmadan Rus imperiyasının davamı olan, ilk müstəqil Cümhuriyyətimizin mövcudluğuna son qoyan, Azərbaycanda 1937-ci il repressiyalarının, 20 yanvar qətliamının baiskarı olan SSRİ-nin bayrağı ilə qardaş Türkiyə bayrağını eyniləşdirir. Bu, sadəcə tarix sarıdan bisavadlıq nümunəsi deyil, həm də Türkiyəyə, eləcə də milli kimliyimizə qarşı açıq nifrətin və “rusbaşlığın” göstəricisidir. Həmçinin bu, planlaşdırılmış təxribat təsiri bağışlayır və qətiyyən təsadüfi, bisavad adamın beyninin məhsuluna bənzəmir…
Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"