PKK NİYƏ ÖZÜNÜ BURAXDI? - TƏHLİL
12-05-2025 [17:12]
PKK terror təşkilatının mayın 5-7-də keçirilən 12-ci qurultayında özünü buraxma, silahlı mübarizəni dayandırma və strukturunu ləğv etmək qərarı verdi. Bu, Türkiyə üçün müsbət bir hadisə kimi dəyərləndirilə bilər. Lakin, bu qərarın təsiri və effektləri üzərində düşünərkən diqqətli olmaq çox vacibdir. Eyforiyaya qapılmaq, bu qərarın müsbət təsirlərini şişirtmək və ya PKK-nın artıq sona çatdığını iddia etmək, əslində reallıqdan uzaqlaşmaq deməkdir.
Məsləyə daha geniş perspektivdən baxmaq lazımdır. İlk öncə deyim ki, mənə görə Abdullah Öcalan PKK-nın simvolik lideridir. Yəni o, təşkilatın bütün fəaliyyətini idarə edən və qərar verən şəxs deyil. PKK-nın əsas beyin mərkəzi və idarəedici komandası təlimatları birbaşa xaricdən alır. Bununla belə, görünən odur ki, PKK-ya dəstək verən qüvvələr Abdullah Öcalan kartından imtina etməyə tələsmir. Əksinə, Öcalanın çağırışı əsasında mayın 5-7-də qurultay keçirildi və PKK-nın özünü buraxdığı elan edildi. Yəni bununla bir növ həm A. Öcalanın hələ nüfuzunun olduğu mesajı verilir, həm də onun gələcəkdə azadlığa çıxması yolunda zəmin yaradılır. Hətta vəziyyətdən asılı olaraq A. Öcalanın siyasi fəaliyyətləri də gündəmə gələ bilər. Təbii ki, bu, hələlik zəif versiyadır.
Mənə görə, PKK çoxdan transformasiyaya uğrayıb. Təşkilat sözün əsil mənasında sağ göstərib, sol vurur. Belə ki, PKK 10-15 il öncəyə qədər sadəcə dağlarda silahlı mübarizə aparan bir qruplaşma idi. Daha doğrusu, belə göstərilirdi. Hətta Türk film sektorunda belə, PKK, əldə kalaşnikov tutub dağda gəzən Türk ordusu qarşısında əzilən bir obraz yaratmışdı. Realda isə Türkiyə PKK ilə mübarizədə minlərlə şəhid verib. Yəni Türkiyənin 30 ildən artıq mübarizə apardığı bir terror təşkilatı ictimayyətə tam tərzi göstərilirdi.
Əslində bu da düşünülmüş bir plandır. Plana görə isə PKK Türk ictimaiyyətində zəif və əhəmiyyətsiz göstərilir, dağlarda Türk ordusunun başını qatıb, içdən içə Türk cəmiyyətinə sızırdı.
Mənə görə, PKK bu gün Türkiyə media sektoruna, siyasətinə, elmi camiəsinə və ordusuna sıza bilib. Yəni PKK bir silahlı qruplaşmadan daha kompleks bir təhlükə halını alıb. Hesab edirəm PKK-nın silahı yerə qoyması müvəqqəti bir şeydir. Siyasi və ideoloji mübarizə davam edəcək. Terror təşkilatı yeni taktikalara və yeni mübarizə üsullarına yiyələnib.
Sual yaranır: bunu Türkiyə kimi güclü bir ölkə bilmirmi? Zənnimcə, bu bilinir. Amma Türkiyə siyasətinin qarışıq olması, hakimiyyət uğrunda mübarizələr, ayrı-ayrı siyasilərin gücü əldə etmək üçün PKK ilə sövdələşməyə getməsi, məsələnin bu şəkildə görməsinə və ya PKK-ya qarşı kompleks mübarizənin əngəllənməsinə səbəb olur. Əslində, Türkiyə siyasi sisteminin belə bir hala gəlməsi də öncədən düşünülmüş bir addım idi.PKK-nın kökləri çox dərinlərdədir və onu sadəcə bir qurultayla silmək mümkün olmayacaq. Hesab edirəm ki, Ərdoğan sonrası PKK-nın əsil niyyəti, bugünkü qərarın real fəsadları özünü qabarıq şəkildə biruzə verəcək.
Turan Rzayev
Politoloq
MİA.AZ
Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"