Milli Məclis bəyanat verdi - MƏTN
08-05-2025 [15:45]
Milli Məclis bugünkü xüsusi iclasında “Konstitusiya və Suverenlik İli” ilə bağlı bəyanat qəbul edib.
Mia.az bəyanatı təqdim edir:
“Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm siyasi əhəmiyyət və rəmzi məna daşımaqla, dövlətin hüquqi əsasları ilə ərazi bütövlüyü və suverenliyi arasında qırılmaz bağlar olduğunu göstərir. Bu sərəncam xalqımızın və dövlətimizin Konstitusiya və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir, ölkəmizin öz dəyərlərinə və mirasına, keçmişin nailiyyətlərinə əsaslanaraq qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirir.
Azərbaycan Respublikasının Milli Məclisi son 32 ildə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının həyata keçirilməsi yolunda əldə edilmiş uğurların, xüsusən, ilk Konstitusiyamızın qəbul edilməsinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasının tarixi əhəmiyyətini qeyd edir.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqil inkişaf yoluna qədəm qoyduqdan sonra dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində, milli təhlükəsizliyin qorunmasında yol verilən kobud səhvlər ölkəni dərin siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə salmışdı. Ermənistanın silahlı təcavüzünün qarşısını almağa qadir olan nizami ordunun qurulmaması Azərbaycan ərazilərinin işğalının genişlənməsinə şərait yaradır, yüz minlərcə soydaşımızın yurd-yuvasından didərgin düşməsinə səbəb olurdu. Üstəlik, ölkənin müxtəlif bölgələrində separatizm meyilləri baş qaldırmış, real vətəndaş müharibəsi təhlükəsi törənmişdi.
1993-cü il iyunun 15-də dünya miqyaslı siyasi və dövlət xadimi, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali dövlət hakimiyyətinə qayıdışı milli dövlətin varlığı üçün təhdid yaradan problemlərin aradan qaldırılmasında, sabitliyin və hüquq qaydasının təmin edilməsində, Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasında həlledici rol oynamışdır. Xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası sayəsində reallaşdıra bilmişdir.
Ulu Öndərin strateji təfəkkürü, siyasi və dövlətçilik məharəti milli birliyi və həmrəyliyi təmin etməyə, siyasi-hüquqi sistemin sarsılmaz təməlini qurmağa, peşəkar dövlət hakimiyyəti institutlarını formalaşdırmağa və genişmiqyaslı siyasi, iqtisadi və hüquq islahatlarını həyata keçirməyə imkan verdi. Onun rəhbərlik etdiyi komissiya tərəfindən müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanması və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi müasir Azərbaycanın tarixində taleyüklü hadisələrdən biridir. Ulu Öndərin siyasi fəlsəfəsini əks etdirən Konstitusiya hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etmiş, qanunun aliliyi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının üstünlüyü prinsiplərini bərqərar etmiş, dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin sarsılmazlığını bəyan etmişdir. Əsas qanunumuz Azərbaycanın modernləşdirilməsinə yol açaraq milli tərəqqinin möhkəm bünövrəsini yaratmışdır.
Ötən 22 ilə yaxın dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu XXI əsrin çağırışlarına uyğunlaşdıraraq, yaradıcı surətdə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi və hərbi cəhətdən güclü, iqtisadi cəhətdən dayanıqlı bir dövlətə çevrilmişdir. Həyata keçirilən dövlət siyasətinin mərkəzində ölkənin dinamik inkişafının təmin olunması, müstəqilliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyin bərpa edilməsi amalı dayanmışdır.
Ardıcıl siyasi-hüquqi islahatlar yolu ilə daxili sabitlik, qanunun aliliyi və demokratik təsisatların inkişafı təmin edilmişdir. Dövlət idarəçiliyi modernləşdirilmiş, hakimiyyət orqanlarının fəaliyyəti təkmilləşdirilmiş, rəqəmsal platformalar və hesabatlılıq mexanizmləri tətbiq edilmişdir.
Azərbaycan Respublikası beynəlxalq aləmdə etibarlı tərəfdaş və sözünün sahibi olan bir dövlət kimi tanınır. Dünyanın qüdrətli dövlətləri və təşkilatları ilə münasibətlərimiz daha da möhkəmlənmişdir.
Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında əldə edilən möhtəşəm qələbələr milli tariximizin ən şanlı səhifələrini təşkil edir. Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Cənubi Qafqaz bölgəsinin geosiyasi vəziyyətini həmişəlik dəyişdirmiş, Azərbaycanın qarşısında yeni perspektivlər açmışdır.
İki əsrə yaxın dövrdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən erməni şovinizminə və ekspansionizminə endirilən “dəmir yumruq” Azərbaycanın sarsılmaz milli birliyini və həmrəyliyini nümayiş etdirmişdir. Tarixi ədalətin bərqərar edilməsi və ölkə ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi haqqında Konstitusiya müddəasının həyata keçirilməsi dövlətçilik tariximizin ən mühüm dövrlərindən birinə yekun vurmuşdur.
Bu gün Azərbaycan öz inkişafının yeni quruculuq dövrünə qədəm qoymuşdur. Məcburi köçkünlərin ata-baba yurdlarına dönməsini nəzərdə tutan azad edilmiş ərazilərə böyük qayıdış ölkəmizin 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu məqsədlə ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsinə, işğal dövründə dağıdılmış şəhər və kəndlərin yenidən inşa edilməsinə, müasir yaşayış, istehsal, nəqliyyat və xidmət infrastrukturunun qurulmasına, iqtisadi fəallığın canlandırılmasına dair genişmiqyaslı layihələr həyata keçirilir.
İnamla söyləmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin dinamik iqtisadi inkişafının təmin edilməsinə, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, milli maraqların qorunmasına, milli təhlükəsizliyin, müdafiə qabiliyyətinin artırılmasına yönələn strategiyası sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə yeni böyük uğurlara imza atacaqdır. Konstitusiya, dövlət müstəqilliyi və suverenlik prinsiplərinə həmişə sadiq olan Milli Məclis Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən tarixi missiyanı qanunvericilik səviyyəsində bundan sonra da fəal surətdə dəstəkləyəcəyini bəyan edir. Parlament yeni çağırışlar və imkanlar şəraitində ölkənin bütün vətəndaşlarını ümumi dəyərlər və gələcəyə birgə baxış əsasında daha sıx birləşməyə səsləyir”.
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...