Nemət Pənahlının maşını özündən xəbərsiz satılıb: "Adama sual verirəm ki, bazarda 26 min manata belə maşın var?"
06-05-2025 [15:44]
"Vergi borcuna görə mənə məxsus avtomobilin üzərinə həbs qoyulmuşdu. Bunun üçün Ali Məhkəməyə kasassiya şikayəti vermişik. Amma hələ məhkəmə bununla bağlı hər hansı bir qərar çıxartmayıb. Buna baxmayaraq, bir müddət öncə biri gəlib ki, bəs mən hərrac yolu ilə sizə məxsus avtomobili almışam".
Mia.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında ləğv edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı vergi borcuna görə avtomobilinin hərrac yolu ilə başqa şəxsə satılmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, iş Ali Məhkəmədə ola-ola hərrac keçirib, avtomobili dəyərindən üç qat aşağı qiymətə başqa şəxsə satıblar: “Hərracın nə vaxt, kimlərin iştırakı ilə keçirilməsindən xəbərim olmayıb. Sadəcə, bir nəfər gəlib ki, avtomobili almışam aparacağam. Qiymətləndirmənin nə vaxt, harada olması ilə bağlı heç bir informasiya verilməyib. Gələn adama sual verirəm ki, bazarda 26 min manata 2010-ci il buraxılışı olan və 2018-ci il modelə yığılan “Toyota Land-Cruiser” varmı? Deyir, nə bilim, mən almışam”. Yenə sual verirəm ki, avtomobili görmədiyin halda onu necə ala bilərsən? Susur, cavab verə bilmir”.
Nemət Pənahlı avtomobili yandıracağını, onlara verməyəcəyini bildirib: “Avtomobilin bütün sənədləri məndədir və heç kəs də zorla onu ala bilməz. Əgər vergi borcuma görə satış təşkil edilirsə, o bazar qiymətinə uyğun dəyərləndirilməlidir. Eyni zamanda hərrac haqqında mənə məlumat verilməlidir”.
Qeyd edək ki, fəaliyyətini dayandırmış Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Pənahlı Nemət Əhəd oğluna məxsus, buraxılış ili 2010-cü il olan “Toyota Land-Cruiser” avtomobil vergi borcuna görə hərracda satılacaq.
Satışı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.
Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.
Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda doğulub. Onun sədrlik etdiyi Azərbaycan Milli Dövlətçilik Partiyası 2023-cü ildə ləğv olunub.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu