“Şəxsiyyət və azadliq: sosial-fəlsəfi təhlil” adlı kitab işıq üzü görüb
05-05-2025 [18:15]
Naxçıvan Dövlət Universitetinin professoru, fəlsəfə üzrə elmlər doktoru Məmməd Rzayev və fəlsəfə üzrə elmlər doktoru, dosent Qərib Allahverdiyevin birgə müəllifi olduqları “Şəxsiyyət və Azadlıq (Sosial-fəlsəfi təhlil)” adlı kitabda müasir dövrdə şəxsiyyətin mahiyyəti, onun cəmiyyətdəki rolu məsələləri geniş təhlil olunub.
Mia.az xəbər verir ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni çap olunmuş monoqrafiya şəxsiyyət və azadlıq probleminin kompleks sosial-fəlsəfi təhlilinə həsr olunmuşdur. Kitabda, müasir sosial-fəlsəfi kateqoriyalar sistemində şəxsiyyət və azadlığın yeri və rolu, Şərq və Qərb fəlsəfi fikir tarixində bu problemə münasibətin əsas mərhələləri nəzərdən keçirilir.
Müasir şəraitdə şəxsiyyətlə azadlığın qarşılıqlı əlaqəsi, azadlığın fərdi və milli formalarının nəzəri olaraq interpretasiyasını əsas xüsusiyyətləri burada geniş təhlil olunur. Tədqiqatda ölkəmizdə milli müstəqillik şəraitində gedən sosial proseslərin şəxsiyyətin formalaşmasına və inkişafına göstərdiyi təsirin əsas istiqamətləri açıqlanır, vətəndaş cəmiyyəti və hüquqi dövlətin yaradılması prosesində şəxsiyyətin siyasi, iqtisadi və mənəvi fəallığının artdığı, onun azadlıq və məsuliyyətinin yeni səviyyəyə yüksəldiyi fikri əsaslandırılır. Eyni zamanda demokratikləşmə prosesində azadlıq və digər ümumbəşəri dəyərlərin münasibətlərində baş verən yeniliklər ümumiləşdirilir, azadlığın şəxsiyyətin mənəvi zənginləşməsində rolu, əxlaq və hüquq ilə qarşılıqlı əlaqələri aydınlaşdırılır.
Müasir dövrdə şəxsiyyətin mahiyyəti, onun cəmiyyətdəki rolu və inkişaf mexanizmi cəmiyyətin transformasiyası ilə paralelliyi, totalitar sistemdən demokratik quruluşa, inzibati-amirlik iqtisadiyyatından bazar münasibətlərinə keçid şəraitində, şəxsiyyətin azadlığı, hüquqları, fəallığı və mənəvi-mədəni inkişafı, şəxsiyyətin formalaşması və inkişafını sosial-fəlsəfi kontekstdə araşdırmaq, onun cəmiyyətlə qarşılıqlı təsirini və inkişafını izah etmək kitabın əsas məqsədidir. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, respublikamızın demokratik və hüquqi dövlət quruculuğu yolunda inamla irəlilədiyi dövrdə yaranan dəyişikliklərin şəxsiyyətin yalnız obyekt deyil, həm də sosial münasibətlərin subyekti kimi tədqiq olunmasını zəruri edir.
Kitabın I fəslində şəxsiyyətin mahiyyəti və onun fəlsəfi anlayışı təhlil olunub, bu problemin fəlsəfi və tarixi cəhətdən tədqiqi ilə antik dövrdən müasir dövrə qədər onun təbiəti barədə müxtəlif fəlsəfi nəzəriyyələr təqdim edilir. Burada Aristotel və Kant kimi filosofların yanaşmalarına istinad edilir, şəxsiyyətin yalnız bioloji deyil, həm də mənəvi və sosial varlıq olduğunu göstərilir.
Kitabın II fəslində şəxsiyyətin cəmiyyətdə yeri və rolu təhlil olunur. Burada şəxsiyyətin ictimai struktura daxil olması və sosial institutlarla qarşılıqlı əlaqəsi ön planda təqdim edilir. Şəxsiyyətin formalaşmasında ailə, məktəb, dövlət və digər sosial institutların rolu vurğulanır.
III fəsil şəxsiyyətin sosial fəallığı və onun formalaşma amilləri kimi təqdim olunaraq şəxsiyyətin sosial fəallığı və onun formalaşmasında sosial mühit, ailə tərbiyəsi, təhsil və media kimi amillərin rolunu izah edir. Sosial fəallığın təhlilində həm də hüquqi təminatlar və iqtisadi müstəqillik kimi şərtlər də qeyd olunur.
Kitabın IV fəsli şəxsiyyətin mədəniyyəti və əxlaqi dəyərlərinə həsr olunaraq şəxsiyyətin mədəniyyəti və əxlaqı ilə bağlı məsələləri araşdırıb. Burada mədəniyyətin və əxlaqi dəyərlərin şəxsiyyətin formalaşmasında əsas rol oynadığı göstərilir. Qarabağın azadlığı ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazandığımız qələbədə əxlaqi dəyərlərin önəmi vurğulanır.
V fəsildə müəlliflər şəxsiyyətin şüurluluq səviyyəsi və intellektual potensialını araşdırır. Burada şəxsiyyətin şüur səviyyəsi və intellektual inkişafı təhlil edilir. Təfəkkür çevikliyi, yaradıcı düşüncə və analitik bacarıq kimi xüsusiyyətlərin şəxsiyyətin yetkinliyinin göstəriciləri olduğu göstərilir.
Azadlıq anlayışının müasir dövrdəki interpretasiyalarının təhlil olunduğu VI fəsildə azadlığın yalnız hüquqi deyil, həm də sosial zərurət olaraq təqdim edilir. Burada azadlıq və məsuliyyətin qarşılıqlı əlaqəsi izah edilir və xaos ilə azadlığın qarışdırılmasının təhlükəsi göstərilir.
Monoqrpafiyanın nşvbəti VII fəsli demokratikləşmə şəraitində azadlığın digər ümumbəşəri dəyərlərlə olan münasibətlərinə həsr olunub. Burada azadlıq və digər ümumbəşəri dəyərlər olan demokratiya, sosial ədalət və humanizm arasındakı qarşılıqlı əlaqə araşdırılır. Demokratiya və azadlığın bir-birini tamamlayan anlayışlar olduğu vurğulanır və sosial ədalət və humanizmin azadlıqla əlaqəsi izah edilir.
VIII fəsildə insanın mənəvi zənginləşməsi kontekstində müəlliflər azadlığı yalnız xarici şəraitin deyil, həm də insanın mənəvi və əxlaqi inkişafı ilə müəyyən olunduğunu vurğulayır, əxlaqi dəyərlərin azadlığa yön verməsinin önəmli olduğu və əxlaqi prinsipləri əks etdirməyən azadlığın anarxiyaya səbəb ola biləcəyi qənaətinə gəlinir.
Azadlığı müasir əxlaq-hüquq münasibətləri səpgisində təhlil edən müəlliflər monoqrafiyanın IX fəslində azadlığın hüquqi və əxlaqi əsasları təhlil edir, bu məsələdə hüquq və əxlaqın bir-birini tamamlaması və azadlığın hüquqla uzlaşdırılması məsələlərini vurğulayırlar.
Və nəhayət, monoqrafiyanın X fəsli şəxsiyyətin azadlığı və məsuliyyətinə həsr olunaraq burada şəxsiyyətin azadlığı və bu azadlığın məsuliyyətini daşıma qabiliyyəti mərkəzi kimi təqdim edir. Şəxsiyyətin hüquq və məsuliyyət arasında balansı qorumağı vurğulayan fəslin əsas ideyası müasir şəxsiyyətin həm hüquq, həm də mənəvi məsuliyyət daşıyıcısı olmasıdır.
Ümumilkdə monoqrafiya geninişhəcmli əsər olub, ali məktəb tələbələri, elmi işçilər və bütövlükdə şəxsiyyət və azadlıq fəlsəfəsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.
Əli Cabbarov
MİA.AZ
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də + FOTOLAR
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat