DEPUTAT AZƏR BADAMOVU MOSKVADAN NİYƏ DEPORT ETDİLƏR? - "O, dedi ki, 10 gün əvvəl Dağıstanda olmuşam..."
05-05-2025 [12:10]
Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub.
Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğu qeyd edilib.
Modern.az-a açıqlamasında səfərdə iştirak edən digər deputat Elman Nəsirov bildirib ki, ilkin olaraq sərhəd xidmətindən rahat keçiblər: "Heç bir problem yox idi, hər şey qaydasındaydı. Daha sonra iki nəfər Sərhəd Mühafizəsinin əməkdaşları yaxınlaşdı ki, sizinlə bağlı dəqiqələşdirmə aparılmalıdır, sizə "STOP" qoyulub. Azər müəllim də söylədi ki, 10 gün qabaq Dağıstanda səfərdə olub. "Necə oldu ki, mən Dağıstana gedəndə analoji problemlə üz-üzə qalmadım, indi belə bir məsələ ilə üzləşirəm", - dedi.
"Rusiya ilə dostluq qrupunun, MDB-də bizim nümayəndə heyətinin üzvüdür, Azər müəllim. Bu, nə anlaşılmazlıqdır?", desək də, "kompüterdə texniki səhv olmuş ola bilər", deyə cavab verildi. Bir neçə dəqiqə sonra isə dedilər ki, təhlükəsizlik məsələləri ilə bağlı Azər Badamov geri qayıtmalıdır. Ümumi ifadə işlətdilər. “Təhlükəsizlik deyəndə siz nəyi nəzərdə tutursunuz?” sualımıza cavab verməkdən yayındılar".
Deputat onu da deyib ki, Həştərxanda Azərbaycan nümayəndə heyətini Baş nazir səviyyəsində qarşılayıblar:
"Həştərxan hökumətinin rəhbəri bizi hava limanında qarşıladı. Baş nazir səviyyəsində qarşılama oldu. Çox böyük diqqət və qayğını hiss etdik. Bu gündən etibarən bizim burada tədbirlərimiz nəzərdə tutulub. Diaspor nümayəndələrimizlə görüşümüz olacaq, sabah Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı ağacəkmə aksiyasında iştirak edəcəyik. Şəhərin meri ilə görüşümüz var, Ulu Öndər Heydər Əliyevin adına məktəbdə şagirdlərlə görüşümüz olacaq. Yəni çox yüksək səviyyədə görüşlər və hazırlıq prosesini görürük. Hər şeydən əvvəl biz bu addımları Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun atırıq. Siz dediyiniz məsələ isə bir anlaşmazlıqdır və artıq Xarici İşlər Nazirliyimiz də bununla bağlı mövqeyini ifadə edib".
E. Nəsirov Milli Məclisin atmalı olduğu addımdan da danışıb: "Hesab edirəm ki, konkret cavab olmalıdır. Çünki artıq Rusiyadakı səfriliyimiz bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Hadisə bazar gününə təsadüf etdi. Artıq bu gün yeni iş həftəsi başlayır. Hesab edirəm ki, yaxın zamanda məsələ ilə bağlı aydın, məntiqli cavab ortaya çıxacaqsa, buna adekvat reaksiya və davranış ola bilər".
MİA.AZ
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu