Gərginlik pik həddə: nüvə gücləri qarşı-qarşıya – Müharibə başlayır? (TƏHLİL)
30-04-2025 [15:48]
Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib. İki ölkə faktiki olaraq müharibə vəziyyətinə yaxınlaşıb.
22 aprel tarixində Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində baş verən insidentdən sonra Hindistan Pakistanı ittiham edib və İslamabadı terrorizmə gizli dəstək verməkdə günahlandırıb.
Hadisədən dərhal sonra Yeni Dehli Pakistana qarşı bir sıra sərt addımlar atıb:
Birincisi, Hindistan bəndlər və kanallar üzərində su axınını tənzimləyən dörd şlüz qapısını bağlayaraq Hind çayından Pakistana su axınının qarşısını alıb. Qeyd edək ki, bu, 1960-cı ildə imzalanmış Hindistan-Pakistan Su Müqaviləsindən sonra baş verən ilk belə haldır. Müqaviləyə əsasən, siyasi münasibətlərdən asılı olmayaraq, su ehtiyatlarının bölüşdürülməsi təmin edilməli idi. Pakistan Hindistanın bu addımını “müharibə aktı” kimi qiymətləndirəcəyini bildirib.
İkincisi, Hindistan Pakistanla sərhəddə artan gərginlik və atışmalar fonunda gəmi əleyhinə raketləri sınaqdan keçirib. Məlumatda bildirilir ki, “atışların məqsədi uzun məsafələrdə dəqiq zərbələr endirmək üçün platforma, sistem və ekipajın hazırlığını nümayiş etdirməkdir.”
Üçüncüsü, Hindistan və Fransa arasında 7,3 milyard dollarlıq müqavilə imzalanıb. Hindistanın Müdafiə Nazirliyi bu barədə X sosial şəbəkəsində məlumat yayıb. Müqaviləyə əsasən, Hindistan 26 ədəd “Rafale Marine” qırıcı təyyarəsi alacaq.
Təbii ki, Pakistan da cavabsız qalmayıb. Gərginliyin artması fonunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələrinin Pakistana doğru hərəkət etdiyi müşahidə olunub. “Flightradar” izləmə sisteminin məlumatına görə, Türkiyənin 6 ədəd C-130 təyyarəsi artıq İslamabaddakı hərbi bazaya eniş edib.
Hazırda Hindistan və Pakistan arasında gərginliyin artması hər iki ölkənin silahlanmasını və bölgədəki təhlükəsizlik balansını ciddi sual altına alır. Xüsusilə nəzərə alsaq ki, hər iki ölkə nüvə silahına malikdir, münaqişənin qlobal miqyasda narahatlıq doğurması başadüşüləndir.
Hindistan və Pakistan tarixdə indiyədək rəsmi olaraq 4 dəfə müharibə aparıblar. Təkcə bu müharibələri analiz etmək belə mövcud gərginliyin potensial nəticələrini proqnozlaşdırmağa əsas verir:
1947–1948-ci il müharibəsi (Birinci Kəşmir müharibəsi): Bu müharibə Hindistan və Pakistanın müstəqillik əldə etməsindən dərhal sonra baş verdi. Kəşmir hökmdarının Hindistana birləşmək qərarı Pakistanla qarşıdurmaya səbəb oldu.
1965-ci il müharibəsi: Yenidən Kəşmir bölgəsindəki mübahisə üzündən başladı. Müharibə təxminən bir ay davam etdi və çox sayda insan tələfatına səbəb oldu. BMT-nin müdaxiləsi ilə atəşkəs əldə olundu.
1971-ci il müharibəsi: Bu müharibə əsasən Şərqi Pakistanın (indiki Banqladeş) müstəqillik uğrunda apardığı mübarizə çərçivəsində baş verdi. Hindistan Banqladeşi dəstəklədi, nəticədə Pakistan məğlub oldu və Banqladeş müstəqilliyini qazandı.
1999-cu il Kargil münaqişəsi: Pakistan ordusu və yaraqlılar Kəşmirin Kargil bölgəsində Hindistan mövqelərini ələ keçirməyə cəhd etdilər. Hindistan cavab hücumu ilə ərazini geri aldı. Bu lokal xarakterli münaqişə də rəsmi olaraq müharibə səviyyəsində qiymətləndirilir.
Göründüyü kimi, 1971-ci il müharibəsi istisna olmaqla, digər üç münaqişə birbaşa Kəşmir bölgəsi ilə bağlıdır. Bu da onu göstərir ki, mövcud gərginliyin də əsas mərkəzi məhz Kəşmir olacaq. Əlbəttə, digər bölgələrdə də toqquşmalar mümkündür.
Ümumilikdə, müasir müharibələrin təbiəti dəyişib. Texnologiyanın inkişafı, silah və hərbi texnikanın baha olması müharibələri həm xərcli, həm də mürəkkəb hala gətirib. Hindistan və Pakistanın iqtisadi və sosial problemlərini nəzərə alsaq, klassik, uzunmüddətli və total müharibənin baş verməsi ehtimalı azdır. Mövcud gərginlik daha çox 1999-cu il Kargil Münaqişəsi tipli qısamüddətli hərbi qarşıdurma ilə yekunlaşa bilər.
Hindistan və Pakistanın nüvə silahına malik olması onların müharibə aparmaq imkanlarını məhdudlaşdıran əsas amillərdəndir. Mən hesab edirəm ki, iki ölkə total müharibə vəziyyətində belə nüvə silahından istifadə etməyəcək. Amma bu silahların mövcudluğu münaqişənin uzunmüddətli olmasının qarşısını alır, çünki böyük güclər bir müddət sonra müdaxilə edərək tərəfləri sülhə çağıracaqlar.
Mövcud gərginliyin əsas səbəblərindən biri Hindistanda hakimiyyətdə olan radikal millətçi BJP partiyası və onun lideri Narendra Modidir. Modi uzun müddətdir islamofob və ifrat millətçi siyasət aparır. 2014-cü ildə hakimiyyətə gəldikdən sonra Hindistanda islamofobiya və müsəlmanlara qarşı zorakılıq halları artmağa başlayıb. Hindli millətçilərin müsəlmanları ölümlə hədələyən and videoları dəfələrlə beynəlxalq reaksiyalara səbəb olub.
Narendra Modinin müsəlmanlara qarşı atdığı ən qatı islamofob addımlardan biri vətəndaşlıq aktına etdiyi düzəlişdir. Yeni qanuna əsasən, Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlman qaçqınlara Hindistan vətəndaşlığının verilməsi sadələşdirilib. Maraqlıdır ki, bu şəxslər əsasən müsəlmanların kompakt yaşadığı şimal vilayətlərinə yerləşdirilir. 2021-ci ildən bəri Hindistanda bu qanuna qarşı etirazlar davam edir.
Modinin antimüsəlman siyasəti ilə yanaşı, Hindistandakı ağır sosial-iqtisadi vəziyyət də gərginliyin artmasına səbəb olur. Sadə dillə desək, Modi narazı əhalinin diqqətini müharibə təhlükəsi ilə yayındırmaq istəyir. Amma düşünürəm ki, bu gərginlik uzun müddət davam etməyəcək. Çünki müharibənin uzanması əks reaksiya yaradaraq Modi hakimiyyətinə qarşı yönələ bilər. Bundan əlavə, Hindistanda milyonlarla müsəlman yaşayır və müharibə vəziyyətində daxildə etnik və dini qarşıdurmaların baş verməsi istisna deyil.
Turan Rzayev
MİA.AZ
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu