XİN: "Avropa Şurası komissarının qərəzli bəyanatını qətiyyətlə rədd edirik"
29-04-2025 [17:24]
"Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Maykl O’Flahertinin Azərbaycanda aparılan bəzi istintaq işləri, habelə bu yaxınlarda verilmiş məhkəmə qərarları ilə bağlı səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatını qətiyyətlə rədd edir".
Mia.az xəbər verir ki, bu sözləri XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, sözügedən bəyanat Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə davam edən müdaxilə istiqamətində növbəti uğursuz cəhddir: "Milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq Azərbaycanda insan hüquq və əsas azadlıqlarına təminat verilir və onlara tam hörmət edilir. Bununla yanaşı, sözügedən hüquq və azadlıqlar Azərbaycanın öz vəzifələrini yerinə yetirmək üçün müstəqil şəkildə fəaliyyət göstərən köklü məhkəmə institutları tərəfindən qorunur".
A.Hacızadə vurğulayıb ki, Azərbaycanın öz suveren ərazilərində qanunun aliliyinə verdiyi təminat bəzi şəxslərə peşə fəaliyyətlərinə görə xüsusi imtiyazlar vermir, habelə onları ölkə qanunlarının tələblərinə əməl etməkdən azad etmir: "Eyni zamanda, insan hüquqları üzrə komissarın bəyanatında adıçəkilən şəxslərə qarşı müvafiq qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlı ittiham irəli sürülüb, cinayət-prosessual məcəlləyə ciddi riayət edilməklə müvafiq araşdırmalar aparılıb, onların məhkəmə qarşısında bütün hüquqları tam təmin edilib.
Biz Avropa Şurasının insan hüquqları üzrə ali komissarını Azərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən araşdırmalara müdaxilə etməkdən, habelə qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə, əvəzində isə diqqəti bir sıra digər AŞ ölkələrində insan hüquqları sahəsində mövcud çoxsaylı sistematik problemlərə, artan İslamafobiyaya, miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı ləyaqəti alçaldan rəftara, siyasi təqiblərə, həbsxanalarda baş verən ölüm hallarına, Avropa institutlarında geniş yayılmış korrupsiyaya və s. fokuslanmağa çağırırıq".
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub