İlyas İsmayılovun oğlu: "Anam da heç vaxt partiya işləri ilə..."
29-04-2025 [12:39]
"Əslində, atamın rəhbərlik etdiyi Ədalət Partiyasında onun vəfatından sonra nələrin baş verməsi haqqında ətraflı bilgim yoxdur. Ona görə də proseslərə müdaxilə etmək haqqında düşünməmişəm. İddia edirlər ki, guya İlyas bəyin vəsiyyəti var və s. Kimsə israrla vəsiyyətin olduğunu deyirsə, mütləq onu göstərməlidir. Ortada fakt, sənəd yoxdursa, bu iddiallar əsassızdır".
Mia.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılovun ABŞ-də yaşayan oğlu Mətin İsmayılov siyasi təşkilatda baş verən qalmaqala münasibət bildirərkən deyib.
O, son vaxtlar işlərinin çox olması səbəbindən partiyada baş verənləri izləyə bilmədiyini söyləyib: “Sadəcə olaraq, vəsiyyət haqqında yayılan söhbətləri eşitmişəm. Atamın sağlığında partiyaya özündən sonra kimin sədrlik edəcəyi ilə bağlı heç vaxt söhbət etməmişəm. İndi eşidirəm ki, partiyanın qərargahı ilə bağlı söz-söhbətlər var. Meydan Babayevin (ali məclisin sədri) adı çəkilir. Amma o adamı tanımıram. Eyni zamanda Mütəllim Rəhimlinin (sədr müavini) partiyadan çıxarılması qərarına münasibətim çox pisdir”.
Mətin İsmayılov atasının və özünün Mütəllim Rəhimliyə böyük hörmətinin olduğunu bildirib: “Onun partiyadan çıxarılması nəyə əsaslana bilər ki? O adamların çıxardığı qərarlar düzgün deyil. İlyas bəyin ailə üzvü kimi partiyada baş verənlərə müdaxilə etmək imkanlarım məhduddur. Anam da heç vaxt partiya işləri ilə maraqlanmadığına görə indi də bu məsələyə müdaxilə etməyəcək. Həm də o xəstə adamdır, durub bu işlərə qarışacaq halda da deyil”.
Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib.
Hazırda siyasi təşkilatın rəhbəri vəzifəsi boşdur. Partiya qurultay keçirib, yeni sədr seçməlidir. Amma bu məsələ "Ədalət"də ciddi fikir ayrılığı və qarşıdurma yaradıb.
Partiyanın sədr müavini M.Rəhimli qurultayın keçirilməsini istəyir, Ali Məclisin sədri Meydan Babayev buna qarşı çıxır. Tərəflər bir-birlərinin qərarlarını tanımırlar. Siyasi Şura M.Rəhimlinin Ədalət Partiyasından xaric olunması barədə qərar çıxarıb. Ali Məclis bu qərarı dəstəkləyib.
İndiyədək dörd nəfər - Mütəllim Rəhimli, Meydan Babayev, partiya sədrinin humanitar məsələlər üzrə müavini Vüsalə Dadaşova və Ali Məclis sədrinin birinci müavini Elçin Qurbanov liderlik iddiasını açıqlayıb.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub