Əbülfəz Babayevlə bağlı sensasion məhkəmə işi: "O, məni qaynımdan şikayətə təhrik elədi, aldandım"
29-04-2025 [09:32]
“Olympus” şirkətlər qrupunun təsisçisi Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyənlər – Əliyar Abbasov, Ümüd Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işinin növbəti məhkəmə hazırlıq iclası keçirilib.
Mia.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı Sevinc Abbasova şahid qismində dindirilib.
Şahid Sevinc Abbasova təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı olduğunu vurğulayaraq, təqsirləndirilənlərdən Ümüd Abbasovun isə onun qaynı olduğunu deyib. Proses ilkin olaraq vəkillərin şahidə qaynı Ümüdlə aralarındakı insidentlə bağlı polisə məlumat verməsi ilə bağlı suallarla başlayıb.
Şahidin sualları cavablandırdığı zaman məlum olub ki, onu qaynı ilə bağlı şikayət etməsinə zərərçəkən iş adamı Əbülfəz Babayev təhrik edib. İş adamı ilə onun əlaqələrinə gəlincə isə məlum olub ki, bu tanışlıq Sevinc Abbasovanın şəxsi təşəbbüsü ilə alınıb. Belə bir təşəbbüsün yaranması isə təqsirləndirilən Əliyar Abbasovun bahalı avtomobillər alması və ailədaxili qısqanclıq zəminində müəyyən şübhələrin ortaya çıxmasından irəli gəlib.
Təqsirləndirilənin həyat yoldaşı ifadəsində deyir: “Mən Əliyarla 18 ildir ailəliyəm. Bu ailədə olduğum müddətdə həmişə mal-qara ilə məşğul olublar. Orta səviyyədə yaşamışıq. Yoldaşım dəllallıq edirdi. Onun birdən-birə imkan əldə etməsi məndə şübhə yaratdı. Sonra bildim ki, Əbülfəz adlı şəxslə oturub-durur. Ona görə də, Əbülfəzi axtarıb tapdım, görüsdüm ki, yoldaşımdan əl çəksin. Bilirdim ki, bu pulların sonu yaxşı olmayacaq, elə də oldu”.
Vəkillərin şahidə suallarından bəlli olub ki, təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı milyonçu iş adamı Əbülfəz Babayevlə görüşdükdən sonra iş adamı onunla söhbət etmək üçün onu Sumqayıtdakı kafelərdən birinə dəvət edib. Kafedə bu barədə söhbət edərkən, yanındakı digər bir şəxsi də təqdim edərək, həmin adamın vəkil olduğunu deyib.
“Həmin o vəkil dediyi şəxsi sonradan mən müstəntiq olaraq gördüm. İzahatımı alırdı. Əbülfəz müəllimlə mən görüşəndə qaynım Ümüdlə aramızdakı insidenti bildi və mənə bildirdi ki, Ümüdün əleyhinə zəng edib “102” xidmətinə şikayət edim. Mən də onun dediyinə aldanıb zəng etdim, Ümüdlə aramda olan mübahisə ilə bağlı şikayət etdim”.
Zərərçəkənin vəkilinin əvvəllər mənsub olduqları mülklərlə bağlı şahidə verdiyi suallar onun təqsirləndirilən həyat yoldaşı Əliyar Abbasovun hiddətinə səbəb olub. O, prosesdə vəkilə nalayiq ifadələr işlədərək onu təhdid edib.
Təqsirləndirilənin bu hərəkəti isə hakimin göstərişi ilə onun prosesdən müvəqqəti uzaqlaşdırılması ilə nəticələnib.
Şahidin məhkəmədəki ifadələrində müəyyən ziddiyyətlər yarandığından onun ibtidai istintaqdakı ifadəsi prosesdə elan edilib.
Sevinc Abbasovanın ibtidai istintaqdakı ifadəsindən daha sonra məlum olub ki, o, bütün ifadələrini həyat yoldaşının əleyhinə verib. O, ifadəsi zamanı deyib ki, Əliyar Abbasovun Xəyalə adlı xanımla evlənməsini (hazırda Xəyalə Hüseynova da təqsirləndirilir) “TikTok” sosial şəbəkəsindən xəbər tutub. Həmin xanımın paylaşımlarından bilib ki, evləndiyi şəxs onun həyat yoldaşıdır. Sevinc Abbasovanın ibtidai istintaqdakı ifadələrinin elanı zamanı o da məlum olub ki, bundan əvvəllər də digər evliliyi olub. Həmin xanımın isə sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın qohumlarından olduğu bildirilir.
Şahid ibtidai istintaqa verdiyi ifadələrlə bağlı bir çox epizodlardan xəbərinin olmadığını bildirərək, hazır sənədlərə imza atdığını deyib.
Təqsirləndirilənlərdən Xəyalə Hüseynova, Ümüd Abbasov və Məhərrəm İbrahimlinin vəkilləri müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim ediblər. Müşavirədən sonra vəsatətlər əsassız hesab edilərək qəbul olunmayıb.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Babayev “Olympus” şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda “Lukoil” yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, mübahisə predmeti olan mülklərdən biri hazırda ARB telekanalının fəaliyyət göstərdiyi Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binasıdır.
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb