İRANDAKI PARTLAYIŞIN GİZLİNLƏRİ: hədəf niyə seçildi? - TƏHLİL
28-04-2025 [16:06]
Məlum olduğu kimi, aprelin 26-da İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında partlayış olub.
“Tasnim” agentliyinin yaydığı məlumata görə, hadisə yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib. Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. İran İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian bildirib ki, partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb, yaralı sayı isə 750-dir.
Hadisənin yanacaq saxlama çəninin partlaması nəticəsində baş verdiyi qeyd edilsə də, pərdəarxası məqamlar istisna deyil. Ümumiyyətlə, olay qəzadan çox, təxribata bənzəyir. Təxribatın pərdəarxasında İsrailin olduğu deyilir.
Məsələ ondadır ki, İsrailin Baş naziri Benyamin Netanyahu son açıqlamalarında İranın nüvə proqramının tamamilə ləğv edilməli olduğunu vurğulayıb. O, İranın nüvə reaktorlarının və zənginləşdirmə obyektlərinin məhv edilməsinin vacibliyini qeyd edib.
Şəhid Rəcai Limanı İranın cənubundakı ən böyük limanlardan biridir və strateji əhəmiyyətə malikdir. Liman İranın beynəlxalq ticarəti, neft ixracatı və regiondakı hərbi əməliyyatlar üçün mühüm rol oynayır. Yəni liman İranın nüvə proqramı ilə birbaşa əlaqəli deyil.
O zaman sual yaranır: Təxribatı İsrail təşkil edibsə və Netanyahu son açıqlamalarında İranın nüvə reaktorlarının və zənginləşdirmə obyektlərinin məhv edilməsinin vacibliyini qeyd edirsə, o zaman niyə hədəf kimi Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanı seçildi?
Birincisi, bu bir xəbərdarlıq və ciddiyyət göstəricisi ola bilər. Dediyim kimi, hadisənin Netanyahunun İranı hədələyən sonuncu açıqlamaları fonunda baş verməsi bu versiyanı gücləndirir. Bu təxribatla Netanyahu növbəti hədəfin İranın nüvə obyektləri olduğu mesajını verə bilər.
İkincisi, İsrail bu yolla hüquqi zəmin yaratmaq istəmiş ola bilər. Benyamin Netanyahu İranın nüvə reaktorlarının məhv edilməsinin vacibliyini qeyd etsə də, bu, asan deyil. Məsələn, BMT Nüvə Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi belə hücumların beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. ABŞ rəsmiləri də nüvə obyektlərinə hücumların bölgədə tammiqyaslı müharibəyə səbəb ola biləcəyini deyiblər. Lakin hər şeydən öncə ABŞ Prezidenti Donald Tramp İranla nüvə razılaşması əldə etməyə çalışır, bu da hərbi əməliyyatların qarşısını almağa yönəlmiş yanaşmadır. Yəni belə bir zamanda İsrail İranın nüvə obyektlərini vura bilməz.
Hesab edirəm, məhz buna görə öncə Şəhid Rəcai Limanı hədəf seçilib. Təl-Əviv bu yolla Tehranı təxribata çəkmək, daha dəqiq desək, İsrail ərazisini vurmasını istəyir. Yalnız bundan sonra İsrail İranın nüvə obyektlərini sıradan çıxarmaq üçün əməliyata başlaya bilər.
İran tərəfi baş verən hadisəni qəza kimi təqdim edir. Lakin İran parlamentinin nümayəndəsi Məhəmməd Sərac deyib ki, Bəndər Abbas partlayışında İsrailin əli var və bunu dəlillər göstərir. Halbuki normalda İranda ciddi kampaniya başlamalı, dövlət hamılıqla İsraili ittiham etməli idi. Təkcə İranın bu yanaşması belə hadisənin Təl-Əviv tərəfindən təşkil olunma versiyasını gücləndirir.
Əvvəldə dediyim kimi, İsraillə İran arasında gərginlik artır. Təl-Əviv İranı həm küncə sıxışdırır, həm də təxribata çəkməyə çalışır. Məqsəd İranın nüvə obyektlərini sıradan çıxarmaq və mümkün olduğu təqdirdə, bu ölkəyə qarşı beynəlxalq müdaxiləni təmin etməkdir. İsrail artıq anlayır ki, İrandakı rejim dəyişmədikcə və bu ölkə parçalanmadıqca Təl-əviv regionda maraqlarını təmin edə bilməyəcək. Bundan başqa, İsrail bunu həm də dövlət təhlükəsizliyi üçün həyati əhəmiyyət sayır.
Turan Rzayev
MİA.AZ
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub