İnam Kərimov Çinə səfər edib: görüşlər olub, birgə bəyanatlar imzalanıb - FOTO
25-04-2025 [10:09]
Ali Məhkəmənin sədri İnam Kərimov 22-23 aprel tarixlərində Çin Xalq Respublikasının Hançjou şəhərində səfərdə olub.
Mia.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində İnam Kərimov öncə Çin Ali Xalq Məhkəməsinin sədri Zhang Jun ilə ikitərəfli görüş keçirib. Sədr Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları və yeniliklər barədə ətraflı məlumat verib. Görüşdə məhkəmə sistemində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və iki ölkə arasında məhkəmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Daha sonra İnam Kərimov Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ali məhkəmə sədrlərinin 20-ci iclasına qatılıb. İclasda təşkilat çərçivəsində məhkəmə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri çıxış edərək, iclasın dost ölkələr arasında uzunmüddətli hüquqi əməkdaşlığın qurulması baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu platforma birgə müzakirələr aparmaq, irəliləyişə yönəlmiş təcrübələr paylaşmaq və innovativ gələcəyə doğru addım atmaq üçün böyük bir fürsət yaradır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sistemində mütərəqqi islahatlar aparılır. Bu istiqamətdə ötən müddətdə görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edilib və bu dəyişikliklər Azərbaycanda məhkəmə sisteminin inkişafına mühüm töhfə verib.
İnam Kərimov eyni zamanda “Süni intellektin hüquqi tətbiqləri” mövzusunda çıxış edib. Bildirilib ki, süni intellekt hüquq sistemləri üçün geniş imkanlar təqdim edir. İş yükünü azaldır, ədalət mühakiməsinə əlçatanlığı artırır. Həmçinin vurğulanıb ki, süni intellekt hakimin rolunu əvəz etməməli, dəstəkləyici bir vasitə kimi xidmət etməlidir, hüquqi qərarlar həmişə təcrübəli hakimlərin səlahiyyətində qalmalıdır.
Konkret məsələlər müzakirə edildikdən sonra qanunun aliliyinin birgə təşviqi, insan hüquqlarının və azadlıqlarının qorunması məqsədilə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məqsədi ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin Ali Məhkəmə sədrlərinin Birgə Bəyanatı imzalanıb.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub