“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda elmi-praktik konfrans keçirilib
24-04-2025 [22:13]
Şamaxı Rayon İcra Hakimiyyətinin, Sosial Tədqiqatlar Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” elmi-praktik konfrans və “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının III cildinin təqdimatı keçirilib.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, tədbirdən öncə Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə nəşr edilmiş kitablardan ibarət sərgi ilə tanışlıq olub. Həmçinin filialın kitabxanasına Qərbi Azərbaycan tarixi və mədəni irsinə dair kitablar hədiyyə edilib.
Tədbiri açan filialın direktoru dosent Tünzalə Yusifova Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşündəki çıxışının, eyni zamanda, elm adamları və tədqiqat mərkəzlərinə ünvanlanmış bir tapşırıq olduğunu bildirib. Filialın direktoru qeyd edib ki, Prezidentin qarşıya qoyduğu yeni milli hədəfi həyata keçirmək istiqamətində fəaliyyətə cəmiyyətin bütün təbəqələrinin qoşulması nəticəsində Qərbi Azərbaycan məsələsinin siyasi, elmi, tarixi və strateji baxımdan tədqiq və təbliği ümummilli məsələyə çevrilib. Çıxışda xüsusi vurğulanıb ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Keşkənd icmasının sədri professor Mahirə Hüseynovanın rəhbərliyi altında Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova qeyd edib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti Azərbaycanın tarixi torpaqlarına olan bağlılığını bir daha gücləndirir. Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlər, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və tarixi haqlarını müdafiə etmək, bu prosesin hüquqi və beynəlxalq müstəvidə dəstəklənməsi çox önəmlidir. Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə bir sıra təşəbbüslər həyata keçirilir, bu da xalqın kimliyini və tarixini yaşatma baxımından müsbət addımdır. Bugünkü tədbir isə əzəli torpaqlarımızın tarixi və mədəni irsini bərpa etmək məsələlərinə bir daha elmi baxış sərgilədi.
Sonra çıxış edən Sosioloji elmlər doktoru Əfqan Vəliyev bildirib ki, “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı elmi-tədqiqat əsərində İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş, hazırda Azərbaycanın indiki ərazisində yaşayan azərbaycanlıların tarixi və maddi-mədəni irsi araşdırılıb. Digər iki cilddə olduğu kimi, Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanan bu əsər təkcə indiki Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsinin miqyasını, statistikasını göstərməyə hesablanmayıb, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri, onların pasportunu ortaya çıxarmağa, milli tariximizin yaddaşını yenidən bərpa etməyə cəhd olunub. III cilddə ilk dəfə 20 kateqoriya üzrə Qərbi Azərbaycanda azərbaycanlılara məxsus olan 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 12 qəbirüstü abidə, 7 qəbirüstü sənduqə abidə, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, 2 sərdabə, 3 etnoqrafik-arxeoloji abidə, 10 qəbirüstü heykəl, 4 arxeoloji abidə, 2 körpü, 5 daşüstü kitabə, 2 mədrəsə, 2 dini məktəb, 2 məhəllə, 14 qayaüstü təsvir və qədim yaşayış məskənləri və 4 bazilikanı əhatə edən 144 dəyərli və mühüm abidə haqqında dolğun və ətraflı məlumat verilib. Bunlardan 32 abidə dağıdılıb, 42 abidə xaraba qalıb, 70 abidə isə mənimsənilib.
Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov çıxışında Qərbi Azərbaycan torpaqlarına qayıdışın tarixi köklərinə nəzər salıb. Qeyd edib ki, Türkmənçay sülh müqaviləsindən sonra erməni əhalisinin Qərbi Azərbaycanda yerləşdirilməsi əslində ərazinin Azərbaycandan kənarlaşdırılması məqsədini güdürdü. Həmçinin qədim toponimlərimizin tarixdən silinməsi məsələsi digər mühüm faktlardan biridir.
Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı bildirib ki, Qərbi Azərbaycanın maddi-mədəni irsinin elmi və tarixi baxımdan tədqiq olunması və təbliğ edilməsi tarixşünaslığımızda çoxdan bəri kök salmış böyük bir boşluğu doldurmağa, milli yaddaşımızın bütövləşməsinə imkan yaradacaq, Vətən müharibəsindəki tarixi Qələbə ilə ruhu oyanmış bugünkü və gələcək nəsillərin yaddaş bütövlüyü Qərbi Azərbaycana qayıdış yolunda maneələri aradan qaldıracaq.
Sonda Qərbi azərbaycanlı olan və Şamaxıda məskunlaşan İsmət Yusubov və Rahib Qasımov çıxış edərək Qərbi Azərbaycana qayıdış istiqamətində ölkədə aparılan işlər, gənclərin maarifləndirilməsini yüksək qiymətləndiriblər.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb