Nazim Bəydəmirlinin səhhətində problemi yaranıb - Həyat yoldaşından açıqlama
24-04-2025 [18:09]
“Nazim Bəydəmirlinin səhhətində çox ciddi sağlıq problemi yaranıb”.
Mia.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya hazırda həbsdə olan sabiq deputat, ekologiya məhbusu Nazim Bəydəmirlinin xanımı Fəridə Bəydəmirli deyib.
Onun sözlərinə görə, bir ay əvvəl boyun nahiyəsində yaranmış karbunkul (tükdibinin irinli iltihabı) nəticəsində formalaşan törəmə böyüyərək bərk kütləyə çevrilib. Həbsxanada aparılan ilkin müdaxilə nəticəsində proses daha da kəskinləşib və təcili cərrahi əməliyyata ehtiyac yaranıb.
F. Bəydəmirli bildirib ki, məsələ ilə bağlı artıq Ombudsman Aparatına elektron məktub ünvanlayıb, vəkili Aqil Layic isə rəsmi müraciət təqdim edib.
“Professor Adil Qeybulla ilə əlaqə saxlamışam. Əgər icazə verilərsə, özü şəxsən gedib əməliyyatı yerində aparmağa hazır olduğunu bildirib. Lakin indiyə qədər Nazimin səhhəti ilə bağlı etdiyim müraciətlərə ya 5-6 ay sonra baxılıb, ya da səthi yanaşılıb. Bu dəfə vəziyyət daha ciddidir. Əgər vaxtında müdaxilə olunmazsa, bu törəmə böyrəklərdə ciddi fəsadlara, hətta meningit kimi təhlükəli xəstəliyə səbəb ola bilər,” – deyə həyat yoldaşı əlavə edib.
O, həmçinin insan hüquqlarının qorunmasına məsul olan qurumlardan, xüsusilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevadan bu məsələyə dərhal reaksiya verilməsini və Nazim Bəydəmirlinin təcili cərrahi əməliyyatının təmin olunmasını tələb edib: “Mən çox şey istəmirəm. Erməni məhbuslara göstərilən qayğı və nəzakəti də istəmirəm. Həyat yoldaşımın həyatı üçün təhlükə yaradacaq törəmənin vaxtında əməliyyat olunması üçün müraciətimə baxılmasını və adını böyük hərflərlə yazdığımız Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevadan və digər səlahiyyətli orqanlardan tələb edirəm.”
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub