“Forbes”: “Azərbaycan qlobal nar bumunun lideri olmalıdır” - TƏHLİL
22-04-2025 [16:47]
Niyə Azərbaycan qlobal nar bumunun sifəti (lideri) olmalıdır? Amerikanın dünyaca məşhur “Forbes” jurnalı belə bir sual verir, daha doğrusu məqalənin başlığına belə bir sual (Why Azerbaijan Should Be The Face Of The Global Pomegranate Boom) qoyub.
Məqaləyə keçməmişdən onu deyim ki, mən 22 ildir ki, İsveçrədə yaşayıram. İsveçrəyə dünyanın hər yerindən mer-meyvə gəlir. Əvvəllər heç vaxt görmədiyim, haqqında belə eşitmədiyim ekzotik meyvələri də orada gördüm. Təbii ki, İsveçrədə nar da satırlar. Ancaq Azərbaycan narı bir başqa şeydir. Əncir və üzüm də satırlar. Azərbaycanın əncir və üzümü isə tamam başqa bir şeydir. Niyə belədir? Bu, torpağın mineral tərkibinə və hava şəraitinə bağlıdir. Məsələn, dünyada Bakının şanı üzümü ilə rəqabət apara biləcək üzüm tapa bilməzsiz.
Bir haşiyə çıxım: Yaxın adamlar var, Bakıdan İsveçrəyə gələndə özü ilə bir çamadan ət gətirir. Niyə? Çünki Azərbaycan ətinin xüsusi dadı var. Azərbaycanda yaşayanlar bu fərqi bilmirlər. Ancaq başqa ölkədə yaşayanlar üçün bu fərq son dərəcə aşkardır.
Şübhəsiz ki, bu nemətləri bizə Allah verib. Özü də bu nemətlər neft və qaz kimi tükənən sərvət deyil. Azərbaycan öz mer-meyvəsini, tərəvəzini əsasən Rusiyaya satır. Əhalinin önəmli bir qismi bununla dolanır. Ancaq biz meyvə və tərəvəzi Qərb ölkələrinə də ixrac edə bilərik. Aydındır ki, Qərb bazarı daha nəhəngdir, əhalinin alıcılıq qabiliyyəti Rusiya ilə müqayisədə ağlasığmaz dərəcədə yüksəkdir. Azərbaycanın meyvə və tərəvəz tacirləri Rusiya ilə mövcud əlaqələrə xələl gətirmədən Avropa İttifaqına giriş əldə etməyə çalışmalıdır. Deyim ki, çalışırlar da, müəyyən nəticələr də var. Ancaq bu işin miqyası son dərəcə kiçikdir. Dövlət bu məsələdə Azərbaycanın iş adamlarına ciddi dəstək verməlidir. Bu, strateji məsələdir və əhalinin həyat səviyyəsinin yüksəlişinə ciddi təkan verə bilər...
Bir il öncə Bakıda olanda Zəngilana getdim. Orada beynəlxalq standartlar səviyyəsində böyük şaftalı bağları salınmışdı. Biz tərəfdə yaxşı şaftalı olur.
Abşeron yarımadasının uzaq cənub şərq qutaracağında yerləşən Şah Dili adlı füsunkar məkanda oldum. Zirə kəndi tərəfdə salınmış möhtəşəm zeytun bağlarına heyranlıqla baxdım. Azərbaycan meyvəçilik və tərəvəzçilik üçün son dərəcə əlverişli bir ölkədir. Mən hələ üzümçülük və şərabçılıqdan danışmıram.
Siz elə düşünməyin ki, mən mübaliğəyə varıram. “Forbes”in haqqında bəhs etdiyim məqaləsi bir daha onu sübut edir ki, bu baxımdan Azərbaycanın böyük potensialı var. Bu potensialı reallaşdırmaq lazımdır. Hə, bu o qədər də asan iş deyil. Ortada ciddi rəqabət var. Ancaq bizim mer-meyvə, tərəvəz, hətta göyərtilər keyfiyyət baxımından rəqabətə davamlı mal statusundadır. Göyərti haqqında onu deyim ki, Avropada göyərti dəstəsi Bakıda satılandan 3-4 dəfə kiçik olur. Məsələn, biz o balaca dəstəni İsveçrədə 2 avroya alırıq, təxminən 4 manata. Bakıda 4 manata bir torba göyərti almaq olar.
“Forbes” yazır ki, bir vaxtlar qədim mifologiyada mistik simvol kimi tanınan nar, hazırda sağlam qida sənayesinin sevgilisi rolunda çıxış edir. TikTok qəlyanaltı trendlərinin ulduzu sayılır. Funksional qida innovasiyalarının ürəyi kimi böyük şöhrət qazanıb. Jurnal bildirir ki, nara olan tələbat 2033-cü ilə qədər təxminən iki dəfə artaraq 10,6 milyard dollara çatacaq. Ən dadlı nara sahib olan Azərbaycanın bu biznesdə böyük şansı var.
Yenə bir haişəyə çıxaraq deyim ki, Zəngilan azad olunduqdan sonra bir qrup jurnalist ora getmişdi. O vaxt Xalid Kazımı mənə Zəngilan narının fotosunu atmışdı ki, sənin üçün dərmişik. Çox təsirləndim. Təbii ki, biz tərəfin narı Göyçay narı qədər dadlı deyil, ancaq ona yaxın bir şeydir.
“Forbes”də gedən məqalənin müəllifi Daphne Ewing-Chow yazır ki, Dağlıq Qarabağ azad olunduqdan sonra həmin ərazilərdə oldum. Xaraba qalmış bölgədə insana xoş gələn yalnız nar ağacları idi.
Öz tərəfimdən onu da deyim ki, Qarabağın narı və üzümü Ermənistanda da çox məşhurdur. Ermənilər yazır ki, işğal dönəmində İrəvanda nar və üzüm satanlar malı baha və tez satmaq üçün deyirdilər ki, satdığım Qarabağ narıdır, Qarabağ üzümüdür.
Müəllif vurğulayır ki, nar Azərbaycanın milli rəmzinə çevrilmiş bir meyvədir. Heç şübhəsiz ki, nar Azərbaycan meyvələrinin şahıdır. (Azerbaijan’s King Of Fruits)
Azərbaycanda nar 25.000 hektar əraziyə sahibdir. Hindistan və İran kimi nəhənglərlə müqayisədə ixrac həcmi kiçik olsa da, bir çoxlarının iddia etdiyi kimi dünyanın ən dadlı narları məhz Azərbaycanda yetişir.
Unikal mikroiqlimi olan, minerallarla zəngin ərazi kimi tanınan Göyçay rayonu dünya miqyasında Azərbaycan narının sinoniminə çevrilib. Göyçayda 60-dan çox yerli sort var. Ümumilikdə isə 200-dən çox nar növü ölkənin doqquz iqlim zonasında yetişdirilir.
Feride Buyuran “Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan” (Nar və Zəfəran: Azərbaycana kulinariya səyahəti) adlı əsərində Göyçayı Azərbaycanın nar paytaxtı adlandırıb: “Göyçay nar həvəskarları üçün cənnət xoşbəxtliyidir”. 2006-ci ildən Göyçayda hər il nar festivalı keçirilir.
Məqalədən məlum olur ki, 2025-ci ilin yanvar ayında Azərbaycan 2,02 milyon dollar dəyərində 2278 ton nar ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 35% artım deməkdir. Bütövlükdə isə Azərbaycanda satış üçün 190.000 ton nar toplanıb. Diqqət etdinizmi? 190 min ton nardan yalnız 2.2 min tonu xaricə ixrac edilib. Bu isə o deməkdir ki, Azərbaycan nar ixracatından hər il ən azı 200 milyon dollar qazana bilər.
“Forbes” jurnalı Azərbaycanda nardan hazırlanan yeməklərin çoxsaylı fotosunu da paylaşıb. Biz də həmin fotoları təqdim edirik.
Elbəyi Həsənli. Sürix
P.S O gün “Modern.az” saytında çalışan həmkarlarım müsahibəyə dəvət etmişdi. Saytın redaksiyası İçəri şəhərdə yerləşir. Müsahibədən sonra nar şirəsi təklif edən köşkə yaxınlaşdım. 10 manat verib bir bardaq nar suyu aldım. Düşünün ki, nar suyu Bakıda bu qədər bahadır. Biz nar suyunu Avropanın böyük şəhərlərində Azərbaycanın brendinə çevirə bilərik. Sağlamlığa önəm verən avropalılar nar suyunu məmnuniyyətlə içərlər. Sadəcə bu biznesi qurmaq lazımdır.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub