Leyla Əliyeva məktəbdə olub - FOTOLAR
21-04-2025 [12:50]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Hanoyda Nguyen Dinh Chieu orta məktəbində olub.
Mia.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva məktəbdə yaradılan tədris şəraiti ilə tanış olub.
Burada keçirilmiş görüşdə Fondun ölkədə görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və inklüziv təhsil sahəsindəki layihələri barədə məlumat verilib. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişinin imzalandığı, bu layihənin görmə qabiliyyəti məhdud insanların cəmiyyətə inteqrasiyasına, informasiya-kommunikasiya vasitələri ilə bilik, məlumat əldə etmək imkanlarının genişləndirilməsinə yönəldiyi qeyd edilib. Görmə qabiliyyəti məhdud uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü əsasında xüsusi internat məktəbinin nəzdində mətbəə yaradıldığı, burada Brayl əlifbası ilə dərslik və dərs vəsaitlərinin çap olunduğu bildirilib.
Leyla Əliyeva inklüziv təhsilə dəstək çərçivəsində Vyetnamdakı görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatını təqdim edib. Eyni zamanda diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən məktəbə görmə qabiliyyəti məhdud uşaqların təhsilinə dəstək məqsədilə bir sıra avadanlıqlar hədiyyə olunacaq.
Qeyd edək ki, 1982-ci ildən fəaliyyət göstərən məktəb görmə qabiliyyəti məhdud uşaqlar üçün nəzərdə tutulub. 1988-ci ildən isə sözügedən məktəbdə görmə qabiliyyəti olan şəxslər də təhsil ala bilirlər. Məktəbdə hazırda 1800 şagird, o cümlədən 145 görmə qabiliyyəti məhdud şəxs təhsil alır.
Müəllim heyəti akademik fənlərin tədrisi ilə yanaşı, həm də inklüziv təhsil modelinin inkişafı ilə məşğul olur. Burada inklüziv təhsil üçün geniş sistem qurulub. Məktəbin missiyası bərabər keyfiyyətli təhsil imkanlarını təmin, müstəqilliyi və cəmiyyətə inteqrasiyanı təşviq etməkdir.
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı