Vahid Mustafayevə məxsus mağazadan 85 min manatlıq saat oğurluğu - Əcnəbilərə hökm oxunub
21-04-2025 [17:24]
Bakıda ANS-in keçmiş sahibi Vahid Mustafayevə məxsus "VMF Continental" mağazasından 85 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihamda bildirilib ki, onlar "VMF Continental" şirkətinə məxsus Bakı şəhərinin Yasamal rayonunda yerləşən mağazada olan saatın mobil telefonla şəklini çəkiblər. Daha sonra təqsirləndirilən Liu Bo dəyəri 85 min manat olan VMF markalı saatı satıcının gözündən yayındırıb və digərinin onu oğurlamasına imkan yaradıb. İttihamda qeyd olunub ki, yaranmış fürsətdən istifadə edən Zhang Guomin həmin saatı oğurlayıb.
İttihama münasibət bildirən müttəhimlər özlərini təqsirli biliblər.
Təqsirləndirilən Liu Bo deyib ki, saatı Zhang Guomin götürüb. Zhang Guomin isə əlavə edib ki, bağışlanması üçün VMF şirkətinə kompensasiya ödəməyə hazırdırlar.
Zhang Guominin sözlərinə görə, ölkədən çıxmaq istəyərkən polis onları hava limanında saxlayıb:
"Saatın bu qədər dəyərli olduğunu bilmirdik. Əməlimdən çox peşmanam. Qarşı tərəfə kompensasiya ödəməyə hazıram. Azərbaycandan tranzit ölkə kimi istifadə etmək üçün Türkiyədən gəlmişdik. Oraya məqsədli getməmişdik, sadəcə həmin ərazidə gəzirdik".
Təqsirləndirilən Liu Bonun sözlərinə görə, o da saatın bu qədər dəyərli olduğunu bilməyib. O, əməlindən peşman olduğunu deyib.
Zərərçəkən "VMF Continental" şirkətinin hüquqi nümayəndəsi təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını bildirib.
Prosesdə hadisə baş verən mağazada satıcı işləyən şahid İranə Bayramova ifadə verib. O deyib ki, hadisə baş verən gün təqsirləndirilən şəxslər mağazaya yaxınlaşaraq saatlarla maraqlanıblar:
"Onlar azərbaycanca danışa bilmirdilər, proqram vasitəsilə danışırdıq. Biri hadisədən bir gün əvvəl mağazaya gəlmişdi. Hadisə baş verən gün mağazada saatın qutularında şəklini çəkmək istədilər və sabah gəlib götürəcəklərini bildirdilər. Mən 10 dəqiqə sonra qutunu yoxlamağa qayıtdım, bu zaman saatın orada olmadığını gördüm. İkisi də elə görünürdü ki, elə bil, əməli törətməyə hazır gəliblər".
Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonra dövlət ittihamçısı hər iki təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin hökmü ilə onların hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmə əsasən, təqsirləndirilən şəxslər cəzalarını çəkdikdən sonra ölkə hüdudlarından xaric ediləcək.
Qeyd edək ki, hadisə ötən il baş verib. Rəsmi məlumata görə, "VMF Continental" mağazasına gələn Çin vətəndaşları Zhang Guomin və Liu Bo oradan "Breguet" markalı qol saatını oğurlayıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunublar(reporr)
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb