Müğənni şadlıq evlərindəki qanunsuzluğa üsyan elədi: "Necə olur ki, bir toydan 500 min pul yığılan şadlıq sarayları adi adamların adına olur, ancaq...?"
16-04-2025 [17:33]
"Heç kəs toy edib şadlıq sarayından çek almır. Niyə? Evinizdə çörək bişirib satsanız, vergi qapınızı kəsdirəcək ki, cərimə ödə, çörəyi satanda çek verməmisiniz. Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir?".
Mia.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.
O, daha sonra restoran şəbəkəsindəki özbaşınalıqlardan söz açıb: "Necə olur ki, sənədlə həmin o möhtəşəm şadlıq sarayları adi adamların adına olur və heç kəs maraqlanmır, səndə bu pul haradandır? Banka ay ərzində 10 mindən artıq pul qoyan kimi haqq-hesab soruşurlar adamlardan. Şadlıq saraylarını işlədənlər isə fotoqrafın, dekor şirkətinin, tort hazırlayanın puluna şərik olur, monopoliya yaradır, gözü doymur. İnsanların qazancının qarşısını alırsınız ki, 5-3 manat qazanan da qazana bilməsin. İnsanların çörəyinə bais olub mafiya qurublar. Hamıdan faiz alırlar. Bəsdirin də! O gün status yazmışam, hamı paylaşıb: "Halal olsun, səsimiz oldunuz" yazır. Niyə oturub gözləyirsiniz ki, mən yazım? Niyə özünüz danışmırsınız? Niyə toy yiyəsi şadlıq saraylarının şərtləri ilə razılaşır? Suallar çoxdur, hamı da hər şeyi görür, bilir və susur.
Mən də doğruları yazanda, bəzi gerizəkalılar özlərinə əl qatırlar ki, "Nuranın başı gedib, hər şeyə fikir bildirir, dəli olub" və s. Özünüz pıçhapıçla danışdıqlarınızı mən ictimailəşdirəndə "dəli" oluram? Ən azından vicdanım təmizdir, susmadığım üçün. Siz isə boyun əyirsiniz adı administratorlara (hamısına şamil olunmur). Ay aman, birdən burarlar sizi hansısa tədbirdən. Burublar da hər yerdən, möcüzə gözləyirsiniz? Hələ dünən bəziləri zəng ediblər ki, "nəyinə lazım yazma, demə, sabah sənə, ya uşağına nəsə edərlər. Bütün şadlıq sarayları məmurlarındır". Qoy, məni bu sözləri yazdığıma görə şərləsinlər, ya da uşağıma nəsə etsinlər. Dərəbəylikdir? Bu nə qorxudur içinizdə?".
Ləman
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər