Xalq artisti: "Teatrı bu günə salanlar cəzalandırılsın" - "Bu yaşananlar biabırçılıq, rüsvayçılıqdır!”
16-04-2025 [18:06]
Xalq artisti Şeyx Əbdül Mahmudov Musavat.com-a açıqlamasında son günlər Akademik Milli Dram Teatrında baş verən qalmaqallı hadisələrə münasibət bildirib.
Xalq artisti teatr rəhbərliyinə edilən təyinatların əsasız və qeyri-peşəkar yanaşmalar üzərində qurulduğunu bildirib:
“Nə qədər ki, dövlət strukturlarında vəzifələr şəxsi münasibətlər zəminində, tanışlıq prinsipi ilə “pay-püş” ediləcək, vəziyyət dəyişməyəcək. Otu gətirib itin qabağına, əti gətirib atın qabağına qoyurlar. Sonra da deyirik ki, niyə belədir? Özümüz belə etmişik, necə yəni niyə belədir? Hər kəs öz yerində olmalıdır.
Teatr xalqın siması, əxlaqı və mənəviyyatıdır. Belə bir məkana rəhbər təyin edilərkən kollektivin, sənətkarların, peşəkar teatr adamların rəyi nəzərə alınmalıdır.
Burada ömrünü bu sənətə həsr etmiş nəsillərlə ölçülən aktyor və aktrisalar var. Necə ola bilər ki, onların razılığı, xeyir-duası olmadan istənilən adamı gətirib teatrın rəhbəri təyin edirlər? Teatra rəhbər sərəncamla təyin edilərmi? Xalq artistləri, şəhid ailələri, ağsaqqal sənətkarlar, teatrşünaslar, bədii şuralar niyə bir kənara atılır?
Teatr kollektivi bir ailədir və orada rəhbərlik peşəkar, mənəvi-intellektual səviyyəsi olan, milli düşüncəyə sahib bir şəxsə həvalə olunmalıdır. Axı o kresloda vaxtilə Adil İskəndərov, Həsənağa Turabov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi sənət dahiləri əyləşib. İndi hər şey o qədər cılızlaşıb ki, salam-kəlam üstündə hazırlıqsız bir adamı gətirib təyin edirlər? Bu, sənətə hörmətsizlikdir.”
Şeyx Əbdül Mahmudov son günlər mətbuatda geniş yayılan aktyor Əli Nurun döyülməsi hadisəsinə də münasibət bildirib:
“Əli Nurun döyülməsi ilə bağlı xəbəri mətbuatdan oxudum. Hesab edirəm ki, bu məsələ ictimailəşdirilməməliydi. Rəsmi şəkildə aidiyyəti qurumlara müraciət olunmalı, təcili kollektivlə görüş keçirilib məsələyə aydınlıq gətirilməliydi. İndi isə hər kəs bu məsələ ətrafında bir söz deyir, məsələ şouya çevrilib.”
Tanınmış sənətkar teatr cameəsində yayılan “hoca qalmaqalı”ndan da söz açıb: “Belə alternativ, neqativ söhbətlər əvvəllər də olurdu. Amma nə üçün o zaman gündəm olmurdu? Ona görə ki, o vaxt sənət və sənətkar var idi. Bu böyük dəyərlərin fonunda dedi-qodular görünmürdü. Bu gün isə nə sənət, nə sənətkar var, qalmışıq şounun içində. Bir Xalq artisti kimi tələb edirəm ki, teatrı bu günə salanlar cəzalandırılsın. Bu yaşananlar biabırçılıq, rüsvayçılıqdır!”
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb