Siyasi şərhçi: "Naxçıvan camaatı artıq Vasif Talıbovun ölənlərinə rəhmət oxuyur"
16-04-2025 [16:40]
Naxçıvan Muxtar Respublikasında baş verənlər vaxtaşırı medianın da gündəminə gəlir. 2022-ci ilin noyabrından sonra muxtar respublikada baş verənlər diqqətlə izlənir. Buna baxmayaraq orda hələ də vəziyyət düzəlmir. Yenə də neqativ halların davam etdiyi deyilir. Bəzi iddialara görə, 30 ilə yaxın Talıbov rejiminin (Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov – red.) yaratdığı problemləri 2-3 ilə qaydaya salmaq mümkün deyil.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində DTX-nın son yoxlamaları, əməliyyatları buna sübutdur. Bu yoxlamalar əsnasında muxtar respublikanın səhiyyə naziri Samiq Sadıqovun işdən çıxarılacağı haqda məlumat yayılıb. Naxçıvanda vəziyyət niyə düzəlmir?
Mia.az-ın məlumatına əsasən, Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Naxçıvanda baş verən neqativ hadisələrdə keçmişdəkilər qədər indiki administrasiyanın da ciddi səhlənkarlığı var:
“Faktiki olaraq indiki yerli rəhbərlik Vasif Talıbovun vaxtında yaşanan neqativ halların qarşısını almaq, muxtar respublikaya dəyən ziyanı kompensasiya etmək üçün vəzifəyə gətirilib. Amma biz Naxçıvan rəhbərliyinin fəaliyyətində tamamilə fərqli situasiya ilə qarşılaşırıq. Vasif Talıbovun dövründən qalan problemlər nəinki azalıb, əksinə, daha da dərinləşib. İş o yerə çatıb ki, Naxçıvan camaatı artıq Vasif Talıbovun ölənlərinə rəhmət oxuyur”.
Naxçıvanın səhiyyə sisteminə gəlincə, Heydər Oğuzun fikrincə, bu sektorda həqiqətən ağlasığmaz hadisələr baş alıb gedir:

“Bakıdan gətirilən həkimlərlə yerli həkimlərin maaşları arasında astronomik fərqlər, xəstələrə düzgün xidmət göstərilməməsi, pul silmək məqsədilə həkim yoxlamalarından keçməmiş uşaqlara D vitamini verilməsi, Doğum Mərkəzində lazım gəldi-gəlmədi qeysəriyyə əməliyyatlarının aparılması və əməliyyat sırasında səriştəsiz həkimlərin ana bətnindəki uşağı yaralaması və s. kimi hallar adi normaya çevrilib. Bununla belə, bu işdə sadəcə, Naxçıvan səhiyyə nazirini günahlandırmaq da ədalətsizlikdir. Bilirsiniz ki, təkcə Naxçıvanda deyil, Azərbaycanın bütün rayonlarında bir çox xəstəxanalar TƏBİB-in ixtiyarına verilib. Naxçıvanda bu qurumu TMİB adlı təşkilat əvəz edir. Səhiyyə Nazirliyinin nəzarətində yalnız bəzi tədqiqat mərkəzləri qalıb. Qısası, TMİB-in yol verdiyi əksər nöqsanlar Səhiyyə Nazirliyinin adına yazılır. Hesab edirəm ki, bu cür neqativ halların qarşısını almaq üçün səhiyyə sistemində qarışıqlıq yaradan ikitirəlik ortadan qaldırılmalı, hər şey vahid mərkəzdən idarə olunmalıdır. Bu həm də nazirlik yetkililəri qarşısında məsuliyyət hissini artırar və heç kim vəziyyətdən sui-istifadə etməz. Məncə, səhiyyə sistemində yaşanan bir çox xoşagəlməz hadisələr məsuliyyət bölgüsünün düzgün aparılmamasından və idarəçilərin öz vəzifə borclarını doğru anlamamasından qaynaqlanır”.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb