Partiya sədri: "Belə məmurların boğazından yapışmaq lazımdır" - "Onları həbs etmək lazımdır"
16-04-2025 [11:23]
"Belə məmurları işdən çıxarmaq yox, həmin pulu geri ödədib həbs etmək lazımdır”.
Mia.az xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
O, Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair hesabatında qeyd olunan 461.6 milyon manata bərabər maliyyə pozuntuları ilə bağlı fikirlər səsləndirib.
MMP sədri söyləyib ki, belə pullar tək yeyilmir, əksinə, onların arxalarında duran adamlar var: “Artıq buna öyrəşiblər. Biz isə deyirik, sonra nüfuzdan, hörmətdən düşürük. Ölkədə məmurlardan kim nə qədər qazanırsa qazanır, talayırsa talayır. Danışırıq, kimlərinsə xoşuna gəlmir. Bu gün həmin adamların boğazından yapışmaq lazımdır. Hazırda dövlət büdcəsini dağıtdığına, korrupsiyaya bulaşdığına görə həbsdə nə qədər adam var. İndi həmin rayonlar yenə də elədir, bilmirəm, niyə?”
Onun sözlərinə görə, göstərilən rəqəm Azərbaycan üçün həqiqətən böyükdür: “Bunu edənlər 500-600 minlik maşınlarda gəzirlər. Belə məmurları işdən çıxarmaq yox, həmin pulu geri ödədib həbs etmək lazımdır. Hərə bir yandan dağıtsa, bu dövlət dövlət olmaz ki…
Biz də nazir olmuşuq, lakin QAZ-31-dən o tərəfə maşınımız olmayıb. Hər zaman dövlətə xeyir verməyi düşünmüşük. Bu məmurlar isə elə deyil, köməkçiləri, katibələri, ailəsi-uşağı üçün bir maşın alırlar. Büdcə dayanmaz axı buna. Ona görə də ciddi tədbirlər görülməlidir. Həmin pullar əllərindən alınıb xalqa açıq şəkildə bildirilməlidir”.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb