Əlcəzairlə Fransa arasında diplomatik qalmaqal - Hər iki ölkə bir-birinin diplomatlarını qovub

img

15-04-2025 [23:42]


Fransa Əlcəzairin 12 fransalı diplomatı ölkədən çıxarmaq qərarına əks həmlə ilə cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Paris də eyni sayda Əlcəzair səfirliyinin diplomatlarını ölkədən qovub.

Bu barədə Yelisey Sarayından verilən açıqlamada bildirilib ki, 12 Fransa diplomatının ölkədən qovulması anlaşılmaz durum yaradıb: "Bu, Əlcəzair hökumət rəsmilərinin məsuliyyətsizliyi olmaqla yanaşı, ikitərəfli münasibətlərin dağıdıcı şəkildə pisləşməsinə səbəb olub".

Məlumatda o da deyilir ki, prezident Emmanuel Makronun ölkəsinin Əlcəzairdəki səfiri Stefan Romateti məsləhətləşmələr üçün geri çağırıb.

Zülfiyyə
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 20.04.2025

Sabah yağış yağacaq

12:45 19.04.2025

Sabah yağış yağacaq