Mehriban Əliyeva və Leyla Əliyeva uşaqlarla bir arada - FOTOLAR
15-04-2025 [20:10]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində və Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar.
Mia.az xəbər verir ki, 1 saylı körpələr evində hazırda 3 yaşadək 63 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi surətdə burada olur, körpələrin sağlamlıqları, onların yaşayış şəraiti ilə daim maraqlanır, balacalara xüsusi qayğı ilə yanaşırlar.
Qeyd edək ki, körpələr evinin 1930-cu ildə tikilən binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub.
Daim nəcib təşəbbüsləri ilə seçilən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onların savadlı olmasına xüsusi diqqətlə yanaşır. Beləliklə, gələcəyimiz olan uşaqlarla bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldular.
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva bu müəssisəni də tez-tez ziyarət edir, bayram günlərində buranın sakinləri ilə görüşür, onları hədiyyələrlə sevindirirlər.
Hazırda 1 saylı uşaq evi sosial xidmət müəssisəsində 3 yaşdan 18 yaşadək 100 uşaq var. Onların təhsil alması, idmanla məşğul olması və sağlamlıqlarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.
Müəssisənin sakinləri sevimli qonaqları olan birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanı həmişə şeir, mahnı və ədəbi proqramla qarşılayıblar. Bu dəfə də istisna olmadı.
Heydər Əliyev Fondu yarandığı gündən bu müəssisəni diqqətdə saxlayır, burada yaşayan yeniyetmələrin ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan bu müəssisənin açılışı 2005-ci ildə Azərbaycanın birinci xanımının iştirakı ilə olub. 2017-ci ildə isə buranın iki sakini ailə həyatı qurub. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilib, gənclərə mənzil və avtomobil hədiyyə olunub.
Cennifer Lopez Səudiyyə Ərəbistanında beə geyindi: "...yenidən görməyə səbirsizlənirəm!"- FOTO
ZELENSKİ PUTİNƏ GÖRÜŞƏ HAZIR OLDUĞUNU DEDİ: "Qeyd-şərtsiz atəşkəsə hazırıq" - "Bu, Putinin oyunudur, lakin biz..."
İstanbulda palet fabrikində güclü yanğın olub - FOTO
Pakistann Baş naziri Ərdoğanı canlı yayımda təriflədi: "Böyük lider təkcə cəsur deyil, həm də..."
Ərdoğan Pakistann Baş naziri ilə bir arada: "Azərbaycanla birgə yeni addımlar atacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın xüsusi nümayəndəsi Moskvaya gedir - Ağ Ev xəbəri təsdiqlədi
Tramp Ərəb ölkələrinə səfərə hazırlaşır - Tarix bəlli oldu
İsrail Xarici İşlər Nazirliyindən heyrət doğuran qərar: Papanın ölümü ilə bağlı əvvəl paylaşma oldu, daha sonra isə silindi
Departamentdən Pekinə ittiham: "Çin qarayara, vəba və sair yoluxucu xəstəlikləri yaymaq üçün..."
Hindistanda turistlərə silahlı hücum: 20 nəfər ölüb, 10 yaralı var
Kaya Kallas Bakıya gəlir - İLHAM ƏLİYEVLƏ GÖRÜŞ OLACAQ
Myanmada atəşkəs... - Çin ölkəyə nümayəndə heyəti göndərib
Ruben Vardanyan Bakıda hakim qarşısında - Zərərçəkənlər ifadə verirlər (FOTOLAR, YENİLƏNİB)
İrəvana gedən türkün “qovluğ”unda nə var? - TƏHLİL
İlham Əliyev və xanımı Çinə ikigünlük rəsmi səfərə gedib - Yeni sənədlər imzalandı + FOTOLAR (YENİƏNİB)
Əfsanəvi qapıçısı İker Kasilyas imicini dəyişib - FOTO
Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
"ƏDALƏT"DƏ QALMAQAL: İlyas İsmayılovdan boşalan partiya sədri postuna 4 iddiaçı var - "Partiyanın əmlakını niyə onlara həvalə etməliyəm?"
UN NEÇƏYƏDİR? - Son qiymət açıqlanıb
Gəncədə məktəblilər arasında yenə dava: bir şagird xəsarət alıb
"Fənərbağça" 39 yaşlı hücumçu ilə bağlı yekun qərarı verdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Forbes”: “Azərbaycan qlobal nar bumunun lideri olmalıdır” - TƏHLİL
Abşeronda kredit adıyla bank kartından oğurluq edilib
Türkiyədə sərnişin avtobusu aşıb - Ölən və yaralananlar var
Filippində zəlzələ olub - 6,2 bal gücündə
Ülvi Quliyevin oğlundan Prezidentə şikayət edilib
Mingəçevirdə şantajla məşğul olan iki nəfər tutulub
Azərbaycanlı müəllim dünyanın ən böyük robot olimpiadasında: 5 müxtəlif kateqoriya üzrə qələbə + FOTOLAR
Taleh Kazımov daha bir neçə təyinata imza atıb
Səyyad Aran "Abidələrə ciddi nəzarət yoxdur" dedi, spiker belə reaksiya verdi: "Siz nə danışırsınız?”
Yalçın Rəfiyev Əlcəzair XİN rəsmisi ilə müzakirə aparıb
Daha bir ölkədə matəm elan olunub - Papaya görə
İsrail ordusu Qəzzaya növbəti dəfə zərbələr endirib - Ölənlər var
“PAŞA Həyat” və “Sea Breeze” arasında Anlaşma Memorandumu imzalanıb
Gömrük Komitəsinin bu işçilərinin maaşı artırılıb
"Bu, tibbi müəssisələri bürokratik yük altında saxlayır" - Deputat səhiyyədəki tenderlərə etiraz etdi
Hesablama Palatasının sədri hesabat verdi
Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTOLAR
“Sosial xidmət haqqında” qanun dəyişdi - Nələr olacaq?
Deputat: "Hesabat sadəcə maliyyə rəqəmlərindən ibarət deyil"
Sabahın hava proqnozu açıqlanıb
Qayınata kürəkənini öldürdü - Bizlə
Mərkəzi Bankda departament direktoru təyinatı olub
Həsənriz kəndinə növbəti köç olub