Ruben Vardanyan Bakıda növbəti məhkəmə iclasında... - FOTOLAR
15-04-2025 [18:44]
Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 15-də davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib.
Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmədə zərərçəkmiş şəxslər İlqar Orucov, Mərdan Musayev, Anar Alıyev, Xəzri Əhmədov, Həsən Əliyev, Elşad Əhmədov, Fərid İlyaszadə, Təbriz Ramazanov, Saleh Həsənov, Cavid Mehdizadə, Əzizağa Qarayev, Nəriman İbrahimov və digərləri Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif istiqamətlərdə təxribatları zamanı yaralandıqlarını bildiriblər.
Zərərçəkmişlərdən Elvin Məmmədli ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribat nəticəsində yaralanmış əsgəri sanitar maşınla təxliyə edərkən özünün də yaralandığını bildirib. O, sanitar maşının üzərində uzaqdan görünən qırmızı aypara işarəsi olmasına baxmayaraq, tank əleyhinə silahla vurulduğunu deyib.
Nizami Baxşəliyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq ön xətdən 7-8 kilometr geridə olarkən qarşı tərəfin atəşi nəticəsində yaralandığını bildirib və deyib: “Onların məqsədi torpaqları işğal etmək idi”.
Ülvi Süleymanov isə özünün yaralandığını, döyüş yoldaşının isə şəhid olduğunu qeyd edərək bildirib: “Döyüş yoldaşlarımdan biri qucağımda can verdi”.
İmran Həsənli isə dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Ağdərə rayonunun Sırxavənd kəndində partlayış nəticəsində qrup komandiri ilə eyni vaxtda yaralandığını deyib.
Tural Məmmədzadə də Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən hərbi təxribat zamanı artilleriya atəşi nəticəsində Ağdamda qəlpə yarası aldığını söyləyib.
Anar Rəhimli dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən Ağdam rayonunun Yeddixırman ərazisində mülki şəxs kimi öz vəzifəsini icra edən zaman yaralandığını diqqətə çatdırıb. “Ermənistanın qanunsuz silahlı birləşməsinə rast gəldik. Onlar bizim avtomobili atəşə tutdular. Mən sol qolumdan güllə yarası aldım”, - deyə o əlavə edib. Bildirib ki, nəticədə onun qolu sınıb, avtomobilin aşması nəticəsində isə sağ əlindən də sınıq xəsarəti alıb.
“Həmin vaxt bizim yanımızda hərbçilərimiz yox idi. Biz onları görərkən geri qayıtmaq istədik. Geri qayıdanda bizi atəşə tutdular. Onların atəşi qorxutmaq üçün deyildi, davamlı atəş açırdılar”, - deyə o vurğulayıb.
Cavid Mehdizadə düşmənin Ağdamın Abdal-Gülablı kəndi istiqamətində təxribatı nəticəsində yaralandığını bildirib. O əlavə edib: “Yanımda iki döyüş yoldaşım şəhid oldu, bir neçə nəfər yaralandı. Xəsarət alarkən biz öz mövqeyimizdə idik. Qarşı tərəf mütəmadi olaraq təxribat törədirdi”.
Valeh Nuriyev də düşmən tərəfin təxribatı zamanı yaralandığını bildirib.
Elşən İbrahimli Ağdamda snayper tüfəngindən açılan atəş nəticəsində yaralandığını söyləyib.
Zərərçəkənlərin hər biri təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib.
Prosesdə, həmçinin məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb.
Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb