Bakı və Ankaranı təəccübləndirən proses: səssiz xəyanət, yoxsa...? - TƏHLİL
15-04-2025 [16:31]
3 aprel tarixində keçirilmiş Aİ–Mərkəzi Asiya Zirvəsində əldə olunan razılaşmaların detallarının (və bir çoxlarının hesab etdiyi kimi, mümkün fəsadlarının) təsiri indi-indi hiss olunur.
Bildiyimiz kimi, Səmərqənddə keçirilən Avropa İttifaqı–Mərkəzi Asiya Sammitinin sonunda ortaq bəyannamə qəbul edilib.
Bu bəyannaməyə əsasən:
Görüş iştirakçıları BMT üzvü olan dövlətlərlə sülh, təhlükəsizlik, beynəlxalq hüquq, tanınmış sərhədlərə hörmət və demokratiya prinsipləri çərçivəsində əməkdaşlığa sadiq olduqlarını bildiriblər.
ATƏT üzvü olan dövlətlərin beynəlxalq münasibətlərdə zor tətbiqindən çəkinməsi, humanitar hüquqa sadiqlik və mövcud münaqişələrin sülh yolu ilə həllinə önəm verilməsi də vurğulanıb. Dövlətlərin suverenliyi və ərazi bütövlüyünün bütün regional və beynəlxalq platformalarda müdafiə olunacağı bəyan edilib.
Bəyannamədə bu iki bənd daha çox rezonans doğurub. Xüsusilə bu bəyanatın türk dövlətlərinin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) tanınmaması ilə bağlı “güclü dəstək” verdiyi kimi şərh olunması ciddi müzakirələrə yol açıb.
Əslində, belədirmi?
Bəli, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan bu sənədə imza atıblar. Ardınca, Qazaxıstan və Türkmənistan Cənubi Kiprdə səfirlik açmaq qərarı veriblər. Hadisələrin bu gedişatı, haqlı olaraq, yuxarıda qeyd olunan narahatlıqları gündəmə gətirir. Amma məsələni bu qədər səthi qiymətləndirmək düzgün olmazdı. Çünki burada fərqli məqamlar və geosiyasi mənzərə ortaya çıxır.
Sammitdən sonra Avropa Şurasının sədri Antonio Costa və Aİ Komissiyasının rəhbəri Ursula fon der Leyen iki gün ərzində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşlər keçirdilər. Bu görüşlərin əsas gündəmi enerji, turizm, ticarət və nəqliyyat sahələrində tərəfdaşlıq oldu. Leyen tərəfdaşlıq üçün 12 milyard avroluq investisiya paketini açıqladı. Lakin bu investisiyanın məqsədi ŞKTC-nin tanınmaması ilə bağlı mövqe sərgiləmək deyil, Aİ-nin Rusiyadan enerji asılılığını azaltmaqla bağlı strateji planlarıdır.
Son illər Aİ-nin Azərbaycanla təmasları da artmaqdadır. Aİ Rusiyadan qaz asılılığını aradan qaldırmaq üçün alternativ marşrutlar axtarır. Azərbaycan isə bu ehtiyacı təkbaşına qarşılayacaq qədər resursa malik deyil. Bu səbəbdən Bakı Mərkəzi Asiya qazının TANAP və TAP layihələri vasitəsilə Avropaya çatdırılması üçün Transxəzər Nəqliyyat Dəhlizinin açılmasını təklif edir.
Vacib detal budur:
Zirvə çərçivəsində liderlər, Transxəzər Nəqliyyat Dəhlizinə daha çox investisiya cəlb etmək, habelə Özbəkistanda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) yerli ofisinin yaradılması barədə razılığa gəliblər. Bu layihə gerçəkləşərsə, Qazaxıstan, Türkmənistan və Özbəkistan qazı əvvəlcə Azərbaycana, sonra isə Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxarılacaq.
Bu, yaxın zamanda baş verəcək proses deyil və icrası çətin olacaq. Amma mümkünsüz də deyil.
Bəs Azərbaycan və Türkiyə niyə susur?
Müşahidə olunan səssizliyə baxmayaraq, ortada iki mühüm görüş var:
Antalya Diplomatik Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü;
İlham Əliyevin ŞKTC Prezidenti Ərsin Tatarla müzakirəsi.
Bu görüşlərdə Mərkəzi Asiya ölkələrinin hazırkı və gələcək addımları ətraflı şəkildə müzakirə edilmiş və ortaq yol xəritəsi müəyyənləşdirilmiş ola bilər.
Etiraf edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) daha da güclənməlidir. Geopolitik təsir gücünü artırmaq üçün isə təkcə mədəni yaxınlıq və tarix kifayət etmir. İqtisadi və enerji inteqrasiyası da vacibdir.
Məhz bu nöqtədə Ankara və Bakı koordinasiyalı şəkildə hərəkət edir;
Azərbaycan bu meqalayihənin Mərkəzi Asiya qolunu idarə edir;
Türkiyə isə Yaxın Şərq istiqamətində (İraq və Suriya daxil olmaqla) aktiv addımlar atır.
Nəticə:
Fikrimcə, bu hadisələr xəyanət yox, daha böyük geosiyasi planın bir hissəsi ola bilər.
Turan Rzayev
MİA.AZ
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb