"O, doqquz Azərbaycan vətəndaşını Fransa kəşfiyyatına işləməyə cəlb edib" - Bakıda məhkəmədə şok ifadələr səsləndi
15-04-2025 [09:16]
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.
Təqsirləndirilən Martin Ryan deyib ki, onun məqsədi iş adamı olaraq ölkəsinin Azərbaycandakı səfirliyi ilə əlaqə yaratmaq olub:
"Mən bir Fransa vətəndaşı kimi ölkəmin Azərbaycandakı səfirliyi ilə əlaqə yaratmağı vacib bilirdim. Bu məqsədlə səfirliyin əməkdaşları ilə şəxsi münasibət qurmuşdum. Mən Frederik Devosla söhbət zamanı onun potensial casus olduğunu anladım. Onlarla tez-tez görüşmürdüm. Məqsədim agent kimi işə cəlb edilmək deyildi, sadəcə ölkəmin buradakı nümayəndəliyi ilə əlaqə qurmağa çalışırdım. Onlarla pul müqabilində tanışlıq yaratmamışdım. Fransa səfirliyi ilə olan əlaqəmi Azərbaycandakı qurumlara bildirsəydim, ölkəm bunu xəyanət kimi qəbul edəcəkdi. Həmçinin onların agent olması barədə əlimdə kifayət qədər sübut yox idi. Düşünürəm ki, onların bizə olan davranışları barədə gərək öz Xarici İşlər Nazirliyimizə məlumat verərdim".
Martin Ryanın sözlərinə görə, səfirlik əməkdaşları ilə Azərbaycan və Ermənistan arasında olan 44 günlük müharibə zamanı daha sıx görüşüblər.
"Mənim onlarla görüşməyimin hər hansı bir təhlükə yaradacağı barədə soruşmuşdum. Onları xüsusi xidmət orqanlarının əməkdaşı kimi yox, Fransadan Azərbaycana akkreditasiya olunmuş diplomatlar kimi görürdüm. Mən şübhələnirdim ki, izlənirik. Bu barədə Azada deməmişdim. Loranın Azadla da şəxsi münasibəti var idi. Frederiklə də görüşəndə Azad barədə soruşurdu. Hətta o, bir dəfə mənə zarafatla Azadın Rusiya ilə bağlı məlumatları ötürdüyünü demişdi", - Martin Rayan deyib.
Prosesdə təqsirləndirilən Azad Məmmədli də ifadə verib. O, Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olmadığını bildirib:
"Fransa səfirliyinin əməkdaşları mənə məxfi əməkdaşlıq təklif ediblər, lakin rədd etmişəm. Britaniyada olanda Martin ilə telefon danışığım olub. Bu telefon danışığı ittiham aktında da yer alıb. Buna əsasən ittiham edilirəm. Mənə qarşı irəli sürülən digər ittiham da Azərbaycan - İran, Azərbaycan - Ermənistan arasında olan münasibətlər barədə məlumat ötürməklə bağlı olub. Mənim bu münasibətlərlə bağlı fikirlərim sadə vətəndaş kimi subyektiv fikirlər olub. Burada hər hansı bir məxfilik olmayıb".
Azad Məmmədlinin sözlərinə görə, Martin Ryan ibtidai istintaqa onun Frederik Devosa Rusiya barədə məlumatlar ötürdüyünü deyib:
"Bu məlumatlar yalandır. Mən Rusiyada yaşayan dostum A.Ş.-i bir dost kimi Martinlə tanış etmişəm. Martin yalandan deyib ki, guya mən A.Ş-lə bağlı məlumat ötürmüşəm. A.Ş-in bu işə heç bir aidiyyəti yoxdur. Həmçinin mənə irəli sürülən ittihamlardan biri də Ermənistanda açılacaq Zəngəzur dəhlizi ilə bağlı fikirlərim olub. Mən 2023-cü ildə Bakıya gələndə Martinin qonağı olmuşdum. Bu zaman sözügedən dəhliz barədə ona subyektiv fikirlərimi demişdim. Ona bu dəhliz açılacağı təqdirdə burada Rusiyanın yox, Avropanın qoşunlarının olmasını istədiyimi bildirmişdim".
Azad Məmmədli əlavə edib ki, Frederik Devos ona Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Avrasiya İttifaqının tədbiri barədə suallar verib:
"Mən ona yox cavabı vermişəm. Azərbaycan bu ittifaqa üzv deyil, lakin buna görə mən dövlətə xəyanətdə ittiham edilirəm. Martin məndən xəbərsiz bütün məlumatlarımı Frederikə ötürüb. Cinayət işinin materialları ilə tanış olub Martin Ryanın 44 günlük müharibə zamanı Azərbaycanın müdafiə qabiliyyəti barədə 50-yə yaxın məlumat ötürdüyünü görmüşəm. Həmçinin o, doqquz nəfər Azərbaycan vətəndaşını Fransa kəşfiyyatına işləməyə cəlb edib. Mən də onun toruna düşərək qurban olmuşam. Mənim səhvim odur ki, Fransa Xarici İşlər Nazirliyinin əməkdaşları mənə müraciət edəndə Azərbaycanın müvafiq qurumlarına məlumat verməmişəm".
Hər iki təqsirləndirilən ifadə verəndən sonra hakim onların ifadələrində kəskin ziddiyyət olduğunu deyib. Buna görə də növbəti prosesin sual-cavaba ayrılacağını bildirib.
Proses mayın 19-da davam edəcək.
Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb