Dəm qazı daha iki can aldı (Yenilənib)

img

14-04-2025 [12:51]


Qəbələdə qadın dəm qazından boğularaq ölüb.

Mia.az xəbər verir ki, hadisə ötən gün Qəbələ şəhər İ.Qurtqaşınlı küçəsində qeydə alınıb.

Belə ki, aprelin 13-də Xatirə Hacıbalayevanın meyiti yaşadığı mənzilin hamam otağında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdamda 35 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Hadisə Birinci Dördyol qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan, Kəlbəcər rayonunun Zülfüqarlı kənd sakini, 1990-cı il təvəllüdlü Niyaməddin Nizami oğlu Bayramov evdə dəm qazından zəhərlənərək həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR