Amerika-Azərbaycan münasibətlərində İsrail faktoru... - TƏHLİL
14-04-2025 [10:41]
“Mən Azərbaycana tərəfdaşımız İsraillə dostluğuna və bu ölkəyə göstərdiyi dəstəyə görə minnətdaram”.
D.Tramp Novruz bayramı ilə bağlı Azərbaycan prezidentinə göndərdiyi məktubda belə bir fikir var. Bu cümlə bir daha onu deməyə əsas verir ki, ABŞ-Azərbaycan münasibətlərinə Azərbaycan-İsrail münasibətləri xüsusi təsir edir. Bu təsir respublikaçılar dönəmində daha qabarıq nəzərə çarpır.
Təəssüf ki, Azərbaycan və Türkiyədə bəli dairələr, xüsusən İranın təsiri altında olan qruplar Azərbaycan-İsrail münasibətlərinə etiraz edir. Azərbaycanın İsrail ilə əlaqələrini kökündən kəsməsini arzu edənlər də az deyil. Belə iddiada olanlar da var: Azərbaycan ya Türkiyəni, ya da İsraili seçməlidir.
Suriyada eskalasiyanın qarşısının alınması mexanizmini hazırlayan İsrail və Türkiyə işçi qruplarının Bakıda keçirilən ilk texniki görüşünün pozitiv atmosferdə keçməsi bir daha göstərdi ki, Azərbaycan-İsrail münasibətləri Azərbaycan-Türkiyə münasibətlərini əngəlləmir. Əksinə, bu münasibət ən kritik məqamlarda Türkiyənin xeyrinə işləyir.
Təbii ki, belə radikallar siyasətdə naşı adamlardır. Ağıllı adamlar düşməni dosta çevirir, sadəlövh adamlar isə dostu özünə düşmən edir. İsrail ilə Azərbaycanın dostluğunun bu səviyyəyə çatması üçün 30 ildən çox vaxt keçib. Diletantlar deyir ki, 30 illik zəhmətin üstündən qara bir xətt çəkək. Kimə görə? Fələstinə görə. Kimə görə? İrana görə. Erməni yanlısı olan Fələstinə və İrana görə erməni məsələsində Azərbaycana aşırı səviyyədə dəstək verən İsrailə düşmən olmaq rasional yanaşma deyil.
İlham Əliyevin yaxşı bir sözü var. Deyir ki, Azərbaycan-İsrail münasibətləri aysberq kimi bir şeydir. Yəni suyun altında qalan görünməyən tərəfi görünən tərəfindən dəfələrlə böyükdür.
Mənim baxışıma görə, Azərbaycanda kimin iqtidara gəlib getməsindən asılı olmayaraq rəsmi Bakı Türkiyə, İsrail və Böyük Britaniya ilə xüsusi münasibətlərini qoruyub saxlamalı və daha da inkişaf etdirməlidir. Bu ölkələr Azərbaycan üçün açar ölkələrdir. O da aydındır ki, digər ölkələrlə də xoş münasibətdə olmağa çalışmaq lazımdır. Bu baxımdan qonşu Rusiya və İran xüsusi statusdadır. Bu ölkələrlə münasibətləri gərginləşdirməkdən qaçmaqda həmişə fayda var.
İsrailin də Azərbaycana münasibəti birmənalıdır. Deyirlər ki, ABŞ-dan sonra İsrailin ən yaxın dostu Azərbaycandır. “Endowment for Middle East Truth (EMET)” beyin mərkəzinin direktoru Joseph Epstein hələ orasın da vurğulaır ki, Azərbaycan “İsrailə ABŞ-dan başqa hər hansı digər ölkədən daha yaxındır, lakin Vaşinqtondan fərqli olaraq, Bakı heç vaxt Fələstin münaqişəsi və ya başqa bir məsələ ilə əlaqədar Qüdsü təzyiq və təhdid etməyib”.
Bəzi analitiklər deyir ki, Azərbaycana ultra-müasir texnologiya, xüsusən hərbi texnologiya lazımdır. İsrailə isə neft gərəkir. Ona görə də Azərbaycanla İsrailin bir-birinə ehtiyacı var. Şübhəsiz ki, bu faktor da İsrail-Azərbaycan münasibətlərində müəyyən rol oynayır. Ancaq başqa, daha dərin səbəblər də olmamış deyil.
Stereotiplərə inanmayın. İsrail-Azərbaycan əməkdaşlığı İrana qarşı əməkdaşlıqdan çox-çox kənara çıxır. Hər iki ölkə enerji, müdafiə, elm və kənd təsərrüfatı sahələrində sıx əməkdaşlıq edir. Azərbaycan İsrailin neftə olan tələbatının 50%-ni ödəyir. İsrail isə öz növbəsində Azərbaycana silah idxalının təxminən 70%-ni qarşılayır.
“Qərb tərəfdaşlarının bir çoxu Qəzzadakı müharibəyə görə İsrailə qarşı çıxsa da, Azərbaycan İsrailin yanında qalıb”, - Epstein deyir.
“Fransa, Almaniya və Böyük Britaniya kimi ölkələr Yəhudi Dövlətinə qarşı silah embarqosunda irəli-geri getsə də, Azərbaycan oktyabrın 7-dən və ondan sonrakı çox cəbhəli müharibədən sonra İsrailə enerji ixracatını artırıb”.
Bu əlaqələr professor Ze’ev Khanin və Alex Grinberg kimi ekspertlərin diqqətindən də yayınmayıb. Onlar bu yaxınlarda “Begin-Sadat Center” Strateji Araşdırmalar Mərkəzi üçün Azərbaycanın İsraillə uzunmüddətli və sabit dostluğunu təhlil ediblər. Onların fikrincə, prezident Donald Tramp Azərbaycanın İsraillə münasibətlərini rəsmi Bakının Amerika maraqları üçün faydalı olmasının əlaməti hesab etməlidir.
Təhlildə Azərbaycanın İranla münasibətindəki bəlli gərginlik, Orta Dəhlizdə əsas dövlət kimi mövqeyinə diqqət çəkilir. Deyilir ki, Rusiya qazından uzaqlaşdığı bir vaxtda Avropaya mühüm alternativ enerji təchizatını məhz Azərbaycan həyata keçirir.
Qərbdə bu kimi beyin mərkəzlərinin hesabatları real siyasətə ciddi təsir edir. Yəni Donald Trampın İlham Əliyevə məktubunda İsrail məsələsinə toxunması təsadüfi deyil. Bu, bu kimi beyin mərkəzlərinin tövsiyəsindən irəli gəlir.
Professor Epstein daha sonra deyir: “Azərbaycanın İsrailə gətirdiyi faydalar ABŞ-a daha geniş miqyasda fayda verə bilər”. "Ancaq ondan istifadə etmək administrasiyadan siyasətdə dönüş tələb edir".
Söhbət hansı U dönüşündən gedir? Co Bayden administrasiyası 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi yenidən qüvvəyə mindirdi. Deməli, Amerika erməni lobbisinin sifarişi ilə 1992-ci ildə qəbul olunmuş düzəliş 2001-ci ildə dondurulub. 2023-cü ildə isə erməni lobbisinin sifarişi ilə yenidən işə düşüb. Professor Epstein deyir ki, Azərbaycan-ABŞ münasibətlərinin yaxşılaşması üçün 907-ci düzəliş aradan götürülməlidir. Az sonra 50-dən çox ABŞ ravvinləri D.Trampa eyni xahişlə müraciət etmişdi. Bu ideyanın arxasında isə İsrailin Baş naziri Binyamin Netanyahunun dayandığı heç kəsə sirr deyil.
Onu da xüsusi qeyd etmək lazımdır ki, İrandan fərqli olaraq İsrail Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Yəhudi dövləti İranın süngü ilə qarşıladığı Turan dövlətinin yaranmasına da isti baxır.
“Azərbaycan İsrail ilə münasibətləri kəsməlidir” deyənlər mənə bizim klassik müxalifətin bir tezisini xatırladır:
Azərbaycan, daha doğrusu iqtidar tərəfini seçməlidir. Ya Qərbin yanında olmalıdır, ya da Rusiyanın. Ancaq iqtidar belə etmədi. Sona qədər balanslaşdirilmiş siyasət yeritdi. Tarix də, hadisələrin gedişi də sübut etdi ki, bu, ən optimal seçim idi.
Elbəyi Həsənli. Sürix
Mia.az
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb