Şəhid oğlundan atasına təsirli şeir: “Gəl bir dəfə dərdləşək” (VİDEO)
11-04-2025 [21:35]
11 aprel Birinci Qarabağ savaşının şəhidi Əhməd Məmmədovun şəhadətə yüksəlməsinin 31-ci il dönümüdür.
Mia.az xəbər verir ki, şəhidimiz 1959-cu il aprelin 1-də Cəbrayıl rayonunun Hacılı kəndində doğulub. 1965-ci ildə orta məktəbə gedib, 1975-ci ildə məktəbi bitirib. Əmək fəaliyyətinə Sumqayıtda Sintez kauçuk zavodunda başlayır.
1993-cü ildə Cəbrayılın işğalından sonra könüllü olaraq, Milli Ordu sıralarına qoşulur. Elə yaşadığı Sumqayıt batalyonuna yazılır. Ailəli, üç övladı olmasını ona deyib arxa cəhbədə qalmasını təklif edirlər. Lakin o heç kimi eşitmir, “Qarabağ kişilər yurdudur və Qarabağı da oranın kişiləri qorumalıdır” deyib inad edir.
O, Ağdamın Papravənd, Çəmənli, Güllücə kəndləri ərazisində gedən döyüşlərdə iştirak edir. Döyüş yoldaşlarının söhbətlərinə görə, onun xüsusi hərbi bacarığı nəticəsində onlarla düşmən əsgəri məhv edilib.
11 aprel 1994-cü ildə Ağdam rayonunun Çəmənli, Güllücə, Gültəpə yüksəklikləri və kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüş zamanı üç güllə yarası alır, lakin döyüş yerini tərk etmir və qəhrəmancasına həlak olur. Əhməd Məmmədov Sumqayıt şəhərində dəfn edilib.
Qeyd edək ki, Əhməd Məmmədov Unikal Media Qrupun baş redaktoru Zaur Əhmədin atasıdır. Jurnalist atasının şəhadətə ucalmasının 31-ci il dönümü ilə bağlı təsirli şeir yazıb. Həmin şeiri təqdim edirik:
GƏL BİR DƏFƏ DƏRDLƏŞƏK...
Yoxluğun dağdan ağır,
Varlığın əlyetişməz.
Səninlə nə yaşadıq - ki, nə də yuxu görək.
Ata oğluyla bir yol söhbətləşməz, dərdləşməz?
Nə olar ki, vaxt elə, gəl bir dəfə dərdləşək.
Sən ucadan ucasan!
Hərdən göyə baxıram,
Görən sən ordasanmı?
O masmavi səmadan,
O ağappaq buluddan görən çoxmu yuxarı?
İmkan yoxmu enəsən bircə dəfə yanıma,
bircə dəfə aşağı?
İmkan yoxsa, ta neynək,
Məni yanına çağır.
O dupduru diyarda gəl bir dəfə dərdləşək.
Hər xoş, hər acı gündə hüzuruna gəlirik,
Səf bağlayıb şəhidlər - sıra-sıra baş daşı.
Hərə öz şəhidiylə söhbətləşir, danışır.
Nə qədər dindirsəm də, dinmir axı baş daşı…
Daşı tök ətəyindən, bircə dəfə din, danış.
Demirəm başqa yerdə, gəl elə bu müqəddəs
xiyabanda dərdləşək.
Əminəm özüm kimi:
Rahatlıq tapan ruhun hey dolaşır Vətəndə -
gah şəhərə üz tutur,
gah da baş çəkir kəndə.
Narahatlıq bitdi tay!
Daha düşmənlər gəzmir
uğrunda can verdiyin o gözəlim Vətəndə.
bu gözəlim Vətəndə
gəl bir dəfə dərdləşək.
Uşaqdım sən gedəndə -
Cavandın sən gedəndə.
Getmək zərurətəndi,
ölmək bədahətəndi,
ölümün ən gözəli
elə şəhadətəndi.
İnsafın olsun, ata, bir igid ömrü keçdi,
Daha mən də böyüyəm.
Heç olmasa bir dəfə gəl üz-üzə əyləşək...
Heç harda olmasa da,
aşağıda olmasa da,
yuxarıda olmasa da,
gəl yuxuda dərdləşək…
Unikal.org
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb