Gürcüstan parlamentinin komitə sədri: Prezident İlham Əliyevin bəyanatı geosiyasi reallıqları dəqiq əks etdirir
11-04-2025 [17:42]
Gürcüstan parlamentinin Özünüidarəetmə və Regional Siyasət Komitəsinin sədri İrakli Kadaqişvili Azərbaycan Prezidenti İlham Əliyevin geosiyasi yanaşmalarla bağlı son bəyanatlarını yüksək qiymətləndirib.
Azərbaycan Prezidentinin mövqeyi tam vaxtında və olduqca dəqiq şəkildə regional həqiqətləri ortaya qoyur.
“Bəzi Avropa İttifaqı nümayəndələrinin Asiya ölkələri ilə münasibətləri fonunda bu həqiqətləri görməzdən gəlmələri isə təəssüf doğurur”, - deyə Kadaqişvili vurğulayıb.
Deputat qeyd edib ki, Gürcüstan hər zaman Cənubi Qafqazda sülh və əməkdaşlığın tərəfdarı olub: “Lakin bəzi qüvvələrin Qafqaz ölkələri arasında inamsızlıq toxumu səpməsi yolverilməzdir. Bu səbəbdən də bir daha vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin mövqeyi reallığa əsaslanır".
İ.Kadaqişvili qeyd edib ki, Gürcüstan və Azərbaycan bu məsələdə tam koordinasiyalı və yaxın mövqedədirlər. Onun fikrincə, Prezident Əliyevin bəyanatı, həmçinin Avropa İttifaqına da bir mesajdır: “Geosiyasəti və coğrafiyanı dəyişmək olmaz. Coğrafiya göstərir ki, Xəzər dənizi ilə Qara dəniz arasındakı yol yalnız Azərbaycan və Gürcüstan üzərindən keçir”.
Gürcü siyasətçi Azərbaycanın Çin və digər Asiya ölkələri ilə əməkdaşlığa hazır olduğunu, bu əməkdaşlığın yalnız sülh və inkişaf şəraitində mümkün olacağını vurğulayıb: “Bu marşrut – Xəzərdən Qara dənizə qədər uzanan yol – sülh, inkişaf və rifah naminə hər kəs tərəfindən istifadə olunmalıdır. Bu yanaşmanı Avropa İttifaqı liderləri də düzgün başa düşməlidirlər”.
İkitərəfli münasibətlərə də toxunan Kadaqişvili əlavə edib ki, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığa əsaslanan sıx münasibətlər mövcuddur: “Biz birgə səylərlə, xüsusilə, Prezident İlham Əliyevin son bəyanatında qaldırılan məsələlərin inkişafına və müdafiəsinə çalışırıq”.
İrakli Kadaqişvili vurğulayıb ki, Gürcüstan Azərbaycanın Ermənistanla sülhə nail olmasını arzulayır və Cənubi Qafqazın üç dövləti arasında əməkdaşlıq mühitinin formalaşmasına dəstək verir.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Aİ-nin Gürcüstanın daxili məsələlərinə müdaxilə cəhdlərinin müstəmləkəçi yanaşmanın təzahürü olduğunu və qəbuledilməz olduğunu deyib.
“Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik”, - Prezident vurğulayıb.
MİA.AZ
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb