UKRAYNADA SAVAŞ... - İlham Əliyevin prosesə real baxışı (TƏHLİL)
10-04-2025 [17:09]
Ukrayna müharibəsinin necə nəticələnəcəyi hər kəsi düşündürür. ABŞ-Rusiya danışıqları, Vaşinqtonun mövqeyi, Trampın açıqlamaları atəşkəs ehtimalını gündəmə gətirir. Rusiya ilə Ukrayna arasında bu və ya başqa formada atəşkəs əldə olunsa da, daimi olacağı bəlli deyil. Açıq suallar, müəmmalı situasiyalar var.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı məhz bu məsələyə toxunub. Ölkə başçısı açıq sual səsləndirib: Atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı?
Əslində, Prezidentin bu sualı yaşadığımız təcrübə əsasında verilir. Özünün də dediyi kimi, “İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır”.
Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə yanaşması açıq və dəyişməzdir. Ölkə başçısının da ifadə etdiyi kimi, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Hətta bir çox ölkədən fərqli olaraq rəsmi Bakı Kiyevə humanitar yardım belə edib.
Prezidentin çıxışından bu qənaətə gəlmək olar ki, o, Ukrayna üçün, geniş mənada isə dünya üçün narahatdır. Təbii ki, Rusiya-Ukrayna müharibəsinin atəşkəs adı altında uzanacağından, perspektivdə yenidən daha şiddətli formada başlaması ehtimalından və bunun regiona mümkün təsirindən xəbərdardır.
Bunu çıxışı ilə də təsdiqləyir: “İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Heç vaxt. Bizim məsələdə də bu, baş vermədi. Bu, ölkələrə, sadəcə, yenidən qruplaşmaq, səfərbər olunmaq və yenidən başlamaq üçün müvəqqəti fürsətdir”.
Ukraynada atəşkəs əldə edilsə də, böyük ehtimalla Ermənistan-Azərbaycan atəşkəsində olduğu kimi, tez-tez pozulma halları olacaq. Başlıca səbəbi isə Rusiya və Ukrayna ordularındakı nizam-intizamsızlıqdır.
Aydın məsələdir ki, Rusiya-Ukrayna arasında atəşkəs əldə edilsə də, bu, indiki məqamda müharibənin dayanmasında maraqlı olan qüvvələrə (Aİ və ABŞ) uyğundur. Yəni ABŞ bugünkü reallıqlara uyğun maraqlarını təmin etdikdən sonra yenidən üzünü Ukraynaya çevirəcək. Bu zaman isə daha dəhşətli müharibənin şahidi ola bilərik.
Prezident İlham Əliyev uzaqgörən, ağıllı lider və siyasətçidir. O, Rusiya-Ukrayna müharibəsinin gələcəyini görür və haqlı olaraq bunu Qarabağ münaqişəsi ilə əsaslandırır. Necə ki Qarabağ müharibəsi 30 ildən artıq atəşkəslə donduruldu və sonda savaşla yekunlaşdı, Ukrayna müharibəsi də belə olacaq. Bunu Prezidentin sözləri də təsdiq edir: “Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuz qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir”.
Turan Rzayev
MİA.AZ
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb