“Qırmızı Körpü” və “Samur” dövlət sərhəd buraxılış məntəqələri genişləndiriləcək - Əli Əsədov qərar imzaladı
07-04-2025 [18:21]
“Qırmızı Körpü” və “Samur” dövlət sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sürətli keçidin təmin edilməsi, eləcə də milli və iqtisadi təhlükəsizlik nəzərə alınaraq sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə bir sıra torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması qərara alınıb.
Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov dövlət ehtiyacları üçün torpaqların alınmasını və bu prosesə cavabdeh orqanın müəyyənləşdirilməsini nəzərdə tutan qərar imzalayıb.
Bu məqsədlə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 0,49 hektar və Şıxlı Bələdiyyəsinin mülkiyyətində olan 5,53 hektar torpaq sahəsi, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 8,27 hektar və Samur Bələdiyyəsinin mülkiyyətində olan 2,752 hektar torpaq sahəsi olmaqla, ümumilikdə 8,76 hektar dövlət mülkiyyətində və 8,282 hektar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur.
Qərara əsasən, bu torpaqları alan məsul orqan Dövlət Gömrük Komitəsi müəyyən edilib.
Komitə qeyd olunan torpaq sahələrinin alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçirməli və nəticələr barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Azərbaycan nefti cüzi bahalaşdı
Rasim Balayev: "Burada tanışlıq, qohumluq, rəfiqəlik olmamalıdır"
Əhalini ən çox aldadan şirkətlər - “Kontakt Home”, “Baku Electronics”, "Temu" və... - Ekspert şərhi
Ermənistan ordusu iki istiqamətdən mövqelərimizi atəşə tutub: "Adekvat cavab tədbirləri görülüb"
Beş boksçumuz 1/4 finala yüksəlib
İlham Əliyevin nəvələri Ərdoğanla bir arada - FOTOLAR
“Bank Avrasiya”dan depozitlər niyə geri çəkilir? - Hesabat
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelenskidən şok iddia: "Yüzlərlə Çin vətəndaşı Rusiya ordusunda bizə qarşı döyüşür"
Ərdoğan Kosova prezidentini "danladı": "Sən də gah öyrənirsən, gah da unudursan..."
Partiya sədri: "Çindən mal alışını dayandırmalı, ya da 100 faiz vergi tətbiq etməliyik"
ABŞ-ın Baş Qərargah rəisi təsdiqlənib
Ərdoğan Suriya prezidenti ilə görüşdü - FOTOLAR
ABŞ-da təyyarə hava limanı yaxınlığında qəzaya uğrayıb - Ölənlər var
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər? - TƏHLİL
İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb - FOTO
Putin: "Dəniz donanmamızı bütün komponentləri ilə güclənməlidir"
Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata hökm oxunub
Gürcüstan parlamentinin komitə sədri: Prezident İlham Əliyevin bəyanatı geosiyasi reallıqları dəqiq əks etdirir
Türkiyə və Ermənistan XİN başçıları Antalyada danışıqlar aparacaqlar
Prezident və birinci xanım "Antalya Diplomatiya Forumu”nda - FOTOLAR
Səfir: İran və ABŞ sabah danışıqların formasını razılaşdıra bilər
Baş nazir: Aİ-yə üzvlük Gürcüstan üçün prioritetdir
Azərbaycan və Moldova baytarlıq sahəsində əməkdaşlq edəcək
Türkiyədə kimyəvi maddələr anbarında yanğın baş verib
Britaniya Ukraynaya 350 milyon funt sterlinq yardım paketi ayırıb
Sabahın hava proqnozu açıqlandı
İzmirdə 7 nəfər qandallanıb - Terrora görə
Azərbaycan və Türkiyə prezidentləri görüşüb - FOTOLAR
İstanbulda FETÖ əməliyyatı: daha 36 nəfər saxlanıldı
"Dövlət rüsumu haqqında" qanuna daha bir - Dəyişiklik
Daha 10 qanuna əlavələr olunub - Dəyişiklik
ŞİRKƏT RƏHBƏRLƏRİNƏ CİNAYƏT İŞİ AÇILDI - Bir neçəsi axtarışa verildi
BU MƏHKƏMƏLƏRƏ YENİ HAKİMLƏR GÖNDƏRİLDİ - Təyinatlar təsdiqləndi (SİYAHI) - Yenilənib
Xanlar Vəliyev yeni vəzifəsinə təsdiqləndi - Məsələ Milli Məclisdə müzakirəyə çıxarıldı + FOTOLAR (YENİLƏNİB)
Qəzzada daha 22 nəfər həyatını itirib
Sayyad Aran: “Görün, sənət cameəmiz nə vəziyyətdədir?"
Ağdərəyə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşüb