"Yalan söhbətdir, bığ-saqqalımızı qırxan olmayıb" - "Qalmaqallı filmin aktyoru danışdı
07-04-2025 [17:47]
Xəbər verdiyimiz kimi, “Ayıq sürücü” qısametrajlı filmi cəmiyyətdə müzakirələrə səbəb olub.
Mia.az xəbər verir ki, buna səbəb filmdəki ayıq sürücünün 67 yaşlı dul qadınla münasibətdə olması barədə dedikləridir. Qadının yaşadığı ərazi kimi isə Buzovna qəsəbəsi göstərilib.
Bu da Buzovnada yaşayan insanlar arasında narahatlıq doğurub. Onlar qəsəbəblərinin adının hallanmasından narazılıqlarını ifadə ediblər.
Çoxaylı müzakirələrdən sonra filmin köhnə versiyası yutubdan silinib yeni versiyada qəsəbənin adı “Bahçova”n ilə dəyişdirilərək yenidən yüklənib.
Filmdə rol alan aktyor Səmimi Fərhad Ölkə.Az-a açıqlamasında sosial şəbəkələrdə gedən müzakirələrdən danışıb:
“Bu filmin çəkilməsinə nə ehtiyac var idi?” sualını sosial şəbəkələrdə gördüm. Bir nəfər də yazmışdı ki, Rəhman personajı deyir ki, adam anası ilə maraqlanar. Yəni o söz əslində çox böyük sözdür. O filmin cavabsız qalan bir yeri yoxdur. Dramaturji tərəfi və s. bağlılıq olmasaydı, birincisi, Elvin Rüstəmzadə, ikincisi, mən o işə qol qoymazdıq.
Digər məsələyə gəldikdə isə ssenarini oxuyanda bizi o dərəcədə də narahat etmədi. Düşünməzdik ki, bu qədər səs-küyə səbəb olar. Bu adamlar ssenarini o ləhcə ilə yazmışdılar.
Sonrakı məsələlər həll olunub, ortada kompromisə gəlinib. Ağsaqqallar bizi dəvət etdilər. Getdik, oturduq, söhbət elədik”.
Aktyor filmin yutubdan silinməsi məsələsinə də toxunub: “Deyirlər ki, guya çoxsaylı şikayətlərə görə film silinib. Elə bir şey yoxdur. Elvin Rüstəmzadə ilə ağsaqqalların görüşünə getmişdik. Onlar bizi necə nəzakətlə qarşıladılar, danışdılar. Filmin hüquqları bizdə olmadığı üçün nə E.Rüstəmzadənin, nə də mənim ora müdaxilə etməyə hüququmuz var idi. Biz məcbur idik ki, Əlini (ssenari müəllifi Əli Ucal-red.) razı salaq. Onu da qınamıram, haqqı var. Razı düşməyə bilərdi. Adamın ilk ssenarisi bu qədər səs-küyə səbəb olur və tənqid edilir. Məncə, belə olmağı daha yaxşı oldu ki, söz-söhbətlər də yatdı”.
S.Fərhad film heyətinin təhdidlə üzləşməsi və buna görə də görünüşlərinə dəyişiklik etmələri barədə deyilənlərin də həqiqəti əks etdirmədiyini söyləyib.
“Yalan söhbətdir. Rasəf Mehdiyev “Koroğlu” metro stansiyasında belə bir şeylə üzləşib.
Özüm Buzovnada olanda orada dəliqanlı gənclərdən bizə tərs-tərs baxanlar, mənə yaxınlaşanlar oldu. Mənim də yanımda o boyda ağsaqqal var, onsuz da toxunulmazlığım bərqərar olub ki, mən oradaydım. Amma ciddi bir şey yoxdur.
Üzümə, saqqalıma gəldikdə isə film çəkiləndən 2 gün sonra Elvindən (quruluşçu rejissor-red.) soruşdum ki, əgər əlavə nəsə olmayacaqsa, bığımı qırxmalıyam. O da dedi, yox, rahat qırxa bilərsən. Onda hələ film montaj üzü görməmişdi. Yenə də həmin bığ-saqqalım yerindədir. Deyirlər ki, guya bığını qırxdı, elə bir söhbət yoxdur.
Ortaya nifaq salırlar, region söhbətləri edir, ikrah hissi yaradırlar. Gəlmələr belə elədi, o elə elədi və s. Biz filmi silək, qoyun, hamı xoşbəxt olsun, belə söhbətlər olmasın. Elimizin o başı, bu başı yoxdur.
Buzovna o qədər qonaqpərvər yerdir ki, orada hər yerdən adam var, amma meşə də çaqqalsız olmur. Biz onu göstərmək niyyətində deyilik. Məsələ burasındadır ki, filmin özünün başqa məzmunu var. Bura qədər gəlib çıxmamalı idi. Hər tərəfin haqqı var. Yaxşı ki, kompromis oldu və söhbət bağlandı. Düşünürəm ki, o qədər də uzatmağın adı yoxdur. Əsas odur ki salamatlıqdır, heç bir təzyiq və s. yoxdur”.
S.Fərhəd Buzovna qəsəbəsinin uzaq məsafəni göstərmək məqsədilə seçildiyini söyləyib: “Orada məsafəni qət eləmək üçün necə desin? Onda Maştağa ilə Novxanı desəydik, nə olacaqdı? Yenə eyni şey təkrarlanacaqdı”.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi Əli Ucaldır. Ekran işində aktyorlar Səmimi Fərhad, Rasəf Mehdiyev, Nəsibə Eldarova, Niyaz İlyasoğlu və Əli Ucal yer alıblar.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb