"Azərbaycan İran üçün xüsusilə əhəmiyyətlidir" - TƏHLİL
02-04-2025 [17:03]
İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin Azərbaycana səfəri diqqət çəkir. İran son zamanlar Azərbaycanla münasibətləri normallaşdırmaq, mövcud problemləri aradan qaldırmaq, narahatlıq doğuran bəzi suallara cavab tapmaq istəyir. Bu baxımdan diplomatik təmasları artırması təbiidir.
İranın Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi ehtiyacdan yaranan zərurətdir. Daha dəqiq desək, son zamanlar ABŞ-ın İranı təhdid etməsi, habelə İsrailin gərginliyi yenidən artırmaq istəməsi Tehranı narahat edir. Buna görə də İran qonşu ölkələrlə münasibətləri qaydasına salmaq istəyir.
Tehran həm Emrənistan, həm də Türkmənistanla münasibətləri inkişaf etdirmək üçün türkmən qazının İran vasitəsilə Ermənistana çıxarılması üzərində danışıqlara başlayıb. Danışıqlar böyük ölçüdə uğurla davam edir. Bundan başqa, İran son zamanlar Pakistanla da bəluclara yönəlik ortaq antiterror əməliyyatlarını intesivləşdirib. Göründüyü kimi, Tehran qonşuları ilə gərginliyi səngidib, münasibətləri normallaşdırır.
Azərbaycan İran üçün xüsusilə əhəmiyyətlidir. Çünki rəsmi Bakı Tehranın qonşuları içərisində İsrail ilə ən sıx əlaqələrə malik ölkədir. İran ehtimal total müharibə ya da gərginlik fonunda İsrailin Azərbaycan ərazisindən, ya da hava məkanından istifadəsindən narahatdır. Təsadüfi deyil ki, İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə həm də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
İranın narahatlığı başadüşüləndir, amma həm də əsassızdır. İki ölkə arasında gərginlik hansı səviyyədə olur-olsun, Azərbaycan İrana qarşı heç bir siyasi, hərbi və iqtisadi sanksiya, koalisiya içərisində yer almaq barədə düşünmür. Bu hər şeydən öncə Azərbaycanın dövlət maraqlarına ziddir. Digər tərəfdən, Bakı bir dəfə hansısa ölkəyə belə bir imtiyaz versə, sabah digərləri də istəyə bilər. Əslində bu məsələdə narahat olacaq ölkə Ermənistandır. Çünki bu ölkədə həm Rusiya hərbi bazısı, həm Aİ “mülki missiyası”, həm də ABŞ hərbçiləri fəaliyyət göstərir.
Azərbaycan İranın hansısa ölkə ilə total müharibə içərisində olmasını istəmir. Çünki bu halda İrandan minlərlə insanın, xüsusilə də Güney azərbaycanlıların ölkəmizə gəlməsi qaçılmazdır. Bu həm ciddi iqtisadi sosial problemə, həm də perspektivdə regionun demoqrafik vəziyyətinin əleyhimizə dəyişməsinə səbəb ola bilər. İstisna deyil ki, bu və digər məsələlər ətraflı İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri zamanı müzakirə ediləcək.
Turan Rzayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb