Türkiyəsiz Azərbaycan: CHP hakimiyyətə gəlsə, bu model gerçəkləşəcək - HAZIRLAŞAQMI
01-04-2025 [21:39]
Türkiyədə baş verən olaylarla bağlı bir şeyi də deyim. Xüsusən gənclər yadda saxlasın. Prosesin mahiyyətinə varmadan Azərbaycan üçün önəmli olan məqamı vurğulayacam.
Türkiyə demokratik bir ölkədir. Bu gün Türkiyədə AKP-MHP İttifaqı iqtidardadır. Sabah (sabah sabah da ola bilər, 3 il sonra da) Türkiyədə xalq CHP-ni iqtidara gətirə bilər. Və bu ehtimal son dərəcə realdır.
CHP-nin iqtidara gəlməsi ilə Türkiyə-Azərbaycan münasibətlərində ciddi sarsıntılar yaşanacaq. Əlbəttə, Ankara Büyükşəhər Bələdiyyə başkanı Mansur Yavaş prezident olsa, Türkiyə-Azərbaycan münasibətlərində elə bir geriləmə olmayacaq. Niyə? Çünki Mansur Yavaş MHP keçmişi olan birisidir.
Yadınızdadırsa, son mitinqlərin birində o, separatçı kürdlərin qaldırdığı bayrağı “çır-çındır” adlandırdı. Yəni bu adam bütün varlığı ilə millətçidir. Bir türk millətçisindən isə Azərbaycana qətiyyən ziyan gəlməz. Azərbaycanın Türkiyədə bir sadiq dostu var, o da MHP-dir. Hə, AKP də bizimlə indi dostdur, sayın Ərdoğan bizə hər alanda dəstək verir, ancaq sabah AKP-nin başına başqa birisi keçsə, vəziyyət dəyişə bilər. Ancaq MHP-nin başına kim keçirsə keçsin, MHP həmişə Azərbaycan deyəcək, Türkistan deyəcək...
Niyə dedim ki, “AKP də bizimlə indi dostdur”? Çünki 2009-cu il oktyabrın 10-da ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə Ermənistan və Türkiyə arasında Sürix protokolları imzalandı. İlham Əliyevin qətiyyəti olmasaydı bu protokollar Türkiyə parlamentində də təsdiq olunacaqdı. Düşünə bilirsizmi, təkcə Azərbaycanın maraqlarını heçə saymırdı, həm də öz dövlət maraqlarını ermənilərə qurban verirdi. İnamırsız?
Protokolların konstitusiyaya uyğunluğunu təsdiqləmək üçün Ermənistan Konstitusiya Məhkəməsi qərar verdi. Rəsmən dedi ki, həmin protokollara əsasən Ermənistan 1915-ci ildə erməni soyqırımının dünya miqyasında tanınmasına çalışmaqda davam edir; ikincisi, Türkiyə ilə yeni müqavilə ilə Ermənistan-Azərbaycan münaqişəsi arasında hər hansı əlaqəni rədd edir. Üçüncüsü və ən əsası, o bəyan edib ki, protokolların icrası Qars müqaviləsi ilə müəyyən edilmiş mövcud Türkiyə-Ermənistan sərhədinin Ermənistan tərəfindən rəsmən tanınması demək deyil. Yəni Türkiyə-Ermənistan sərhədi Ermənistanın xeyrinə dəyişə bilər. Və AKP iqtidarı özündə Türkiyəyə qarşı (hələ Azərbaycanı demirəm) son dərəcə böyük təhlükələri ehtiva edən protokolları Türkiyə parlamentində təsdiq etmək istəyirdi.
2009-cu ilin oktyabrında Bakıdakı Şəhidlər Xiyabanının yaxınlığındakı "Şəhidlər" məscidinin qarşısında dalğalanan Türkiyə bayraqları yığışdırıldı.
Niyə?
Ermənistan prezidenti Serj Sarkisyan ilə Türkiyə prezidenti Abdulla Gül arasında “futbol diplomatiyası” vüsət almışdı. Abdulla Gül İrəvana gəldi, Serj Sarkisyan isə Bursaya gəldi. Bursada, yəni Türkiyədə ermənilərə xoş gəlmək üçün türk polisi stadiona gətirilən Azərbaycan bayraqlarını yığıb nümayişkaranə şəkildə zibil qablarına dürtdü. Biz isə Türkiyə bayrağına belə həqarət sərgiləmədik, abırlı şəkildə yığışdırdıq...
Hə, sonra Tayyib Ərdoğan erməni söhbətini büküb bir tərəfə atdı. Ancaq kimsə təminat verə bilməz ki, Türkiyəni hansısa növbəti prezidenti Azərbaycana qarşı belə yaramazlıq etməyəcək...
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyənin prezident olsa, mənim baxışıma görə, bu ehtimal o qədər də yüksək deyil, onda yuxarıda vurğuladığım sarsıntılar ən kəskin şəkildə ortaya çıxacaq. Niyə mən bunu arxayınlıqla deyirəm? Görünən kəndə nə bələdçi, deyiblər...
Bir daha deyirəm, CHP etnik, dini və çinsi azlıqlara istinad edən bir partiyadır. Ona görə də CHP-nin iqtidar olması Ermənistanın işinə yarıyacaq. Müvafiq olaraq Azərbaycan-Türkiyə münasibətləri isə tənəzzül dövrünə qədəm qoyacaq.
Düzdür, CHP-nin anti-Azərbaycan siyasətinə Türkiyədə ciddi təpkilər olacaq. Ancaq bu, situasiyanı dəyişməyəcək.
Sözümün canı o ki, Azərbaycan Türkiyəsiz zamanlara indidən hazırlaşmalıdır.
Nikol Paşinyan tez-tez deyir ki, Ermənistanın ən böyük səhvi o oldu ki, biz yalnız və yalnız Rusiyaya güvənərək yaşadıq. Rusiya Ermənistanın arxasından çəkiləndə isə yaman günə qaldıq. Mən heç istəməzdim ki, Azərbaycan da nə vaxtsa qardaş deyib bağrımıza basdığımız Türkiyədən bir daha belə bir etibarsızlıq görsün. Ancaq bu gün Türkiyədə baş verən proseslər sübut edir ki, qardaş ölkədə yaxın gələcəkdə Azərbaycanın, eləcə də bütün Türk dünyasının maraqlarına qətiyyən cavab verməyən bir zehniyyət iqtidara gələ bilər.
Zatən Türkiyədə liberal dəyərlərə söykənən Süleyman Dəmirəlin prezidentlik dönəmini gördük. Ermənilər bizi Kəlbəcərdən qovanda arvad-uşağı çıxarmaq üçün Elçibəyə 2 helikopter belə vermədi.
Əkrəm İmamoğlu da verməyəcək. Çünki bunlarda milli damar yoxdur. Süleyman Dəmirəl “kardeş Azerbayan” deyə-deyə bizi yola verdi, ermənilər də torpaqlarımız işğal etdi.
Ermənilər heç, bundan sonra biz Ermənistanla özümüz də bacararıq. Ancaq Azərbaycana İran təhlükəsi də var. Bu gün bu təhlükə o qədər də böyük görünmür. Çünki Türkiyə faktoru İrana belə bir fürsət tanımır. Ancaq Türkiyə Azərbaycanın yanında olmasa, bölgədə qüvvələr nisbəti böyük ölçüdə dəyişir...
Təbii ki, CHP zehniyyəti ilə Türk Dünyası, Turan düşüncəsi daban-dabana ziddir. CHP üçün LGBT kimi məsələlər daha aktualdır...
Bu kimi amili nəzər alaraq Azərbaycan Türkiyəsiz zamanlara indidən hazırlaşmalıdır. Yəni Azərbaycan Türkiyəyə, daha doğrusu milli yaddaşı olmayan Əkrəm İmamoğlu ya arxayın olub öz gələcəyini təhlükə altına ata bilməz. Bizim siyasi elitamız bu barədə ciddi düşünməlidir.
Gözümüzün qarşısında D.Tramp ABŞ-ın daxili və xarici siyasətini kökündən dəyişdi. Yəni bir adam gözümüzün qarşısında bir ölkənin taleyini dəyişir. Əkrəm İmamoğlu da Türkiyənin başına gəlsə, ciddi dəyişiklilərə gedəcək. Ancaq bu dəyişikliklər Azərbaycanın yox, Azərbaycana düşmən olan qüvvələrin xeyrinə olacaq. Necə ki, D.Tramp Rusiyanın xeyrinə çalışır, eləcə də Əkrəm İmamoğlu Ermənistanın xeyrinə çalışacaq, separatçı kürdlərə, yunanlara dəstək verəcək...
Elbəyi Həsənli, Sürix
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb