Vüqar Rəhimzadə: "Mart hadisələri ötən əsrdə mülki əhaliyə qarşı törədilmiş ən qanlı soyqırımlardan biridir"
31-03-2025 [12:26]
"Bu faktlar inkaredilməzdir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilib. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdılar. Həmin tarixlərdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları, daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanıdılmalıdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Ermənilərin torpaq iddiasının 1988-ci ildə yenidən baş qaldırması artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin yaranmasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu".
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Mia.az-a açıqlamasında deyib.
Millət vəkili qeyd edib ki, illər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur və ictimaiyyətə çatdırılır. Tarix saxtakarlığı sevmir, faktlara söykənir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin çağırışlarından biri bu oldu ki, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Ümummilli Lider ziyalılara keçirdiyi görüşdə tarixçilərin qarşısında bir sıra vəzifələr qoydu ki, onlardan da biri, ən önəmlisi faktların dili ilə yeni nəşrlərin çap etdirilməsi, araşdırmaların miqyasının daha da genişləndirilməsi, kitabların, elm məqalələrin müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə çatdırılması oldu. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması da həqiqətlərimizin təbliği, dünyaya ədalət, beynəlxalq hüquq məfhumlarının xatırladılması istiqamətində mühüm addım oldu. Bu Fərman məsələ ilə bağlı aparılan tədqiqatları, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasını şərtləndirdi. Həmin sənəddən sonra tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və müxtəlif dillərə tərcümə olundu. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Vəhşiliyin təsdiqi olan Quba məzarlığında aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi erməni vəhşiliyinin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, tariximizin Zəfər səhifəsini yazan Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Dövlətimizin başçısının imzaladığı Sərəncam ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı da bunun bariz nümunəsidir. Quba soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2009-cu ildə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verdi. Memorial kompleks 2012-2013-cü illərdə inşa edilərək açılışı oldu. Dövlətimizin başçısı Soyqırımı Memorial Kompleksinin açılışı mərasimində bu çağırışı etmişdir ki, Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.
Milli Məclisin deputatı erməni vəhşiliyinin növbəti təzahürü olan Xocalı soyqırımından da bəhs edib. Bildirib ki, Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dinc əhalini kütləvi qətliama məruz qoyan ermənilərin məqsədi bir rayonun əhalisini tamamilə yer üzündən silmək idi. Onların insanlıq əleyhinə törətdikləri bu cinayəti yalnız dünya tarixində dərin iz qoymuş Xatın, Lidise, Holokost və Ruanda kimi faciələrlə müqayisə etmək olar. Təəssüflər olsun ki, əksər dünya dövlətləri, beynəlxalq təşkilatlar hələ də Xocalı faciəsinə lazımi qiymət verməyib. Bu faciədən 33 il keçsə də xalqımız üçün sağalmaz yaradır. Xocalı şəhidlərinin, bütün şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Bu gün torpaqlarımız azaddır, tarixi sahibinə qovuşub. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 44 gündə tarixi Zəfərə imza atdı. Şanlı Qələbəmizdən üç il sonra isə 2023-cü ilin sentyabr ayında rəşadətli Ordumuzun həyata keçirdiyi bir sutkadan da az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı dalğalanır. Artıq ötən ilin mayında Xocalı şəhəri ilk sakinlərini qarşıladı. Bu ilin martın əvvəlində Ağdərə rayonunun Həsənriz kəndi sakinlərinə qovuşdu. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də bu kənddə Novruz tonqalını alovlandırdılar.
Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev çıxışlarında tarixi faktlar əsasında ermənilərin başımıza gətirdikləri faciələri, törətdikləri vəhşilikləri diqqətə çatdırır. Dünya gücləri bu reallıqların fonunda yenə də ermənilərə dəstəklərini davam etdirirsə, bu, artıq hüquq probleminin yaşandığını, ədalətin və beynəlxalq hüququn maraqların arxasında əridiyini nümayiş etdirir. Təkcə Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Həqiqətlərimizin təbliğində Heydər Əliyev Fondunun xidmətləri də böyükdür. İşğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin nümayişidir. Hazırda 30 illik işğal dövrünün dağıntılarını genişmiqyaslı bərpa-quruculuq işləri əvəzləyir. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Növbəti hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Tarix araşdırılır, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” söyləyərək bu reallığı da diqqətə çatdırdı ki, ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
"Neftçi"nin baş məşqçisi oxşar forma ilə meydana çıxmalarını belə cavablandırdı - VİDEO
Ağsuda 14 yaşlı qıza qeyri-etik hərəkət... - İki nəfər saxlanıldı
Məhkəmə-Hüquq Şurasının üzvləri Albaniyada görüşlər keçiriblər
"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
Dəmiryolu ərazisində vaqona toxunan məktəblini elektrik cərəyanı vurub - "Vəziyyəti ağırdır" (VİDEO)
Polkovnik Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?
Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları
Meyxanaçı Ağakərim Maştağada dəfn olunub (Yenilənib)
Azərbaycan nefti cüzi bahalaşdı
“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstintaqa çağırılan "Fənərbağça" prezidentindən ilk açıqlama: "Heç nədən qorxmuram"
İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı
ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrail ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib
Sumqayıt, Quba, Ağdam və İsmayıllıda yaşıllıqları qırıblar
QƏBUL İMTAHANI İLƏ BAĞLI MƏHKƏMƏ: Kamran Əsədovla Gündüz Abbasov hakim qarşısına çıxarıldılar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var
Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi - FOTO
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
ABŞ-da qaçırılan kiçik təyyarə qəzaya uğrayıb
Elektron siqaretlərin qadağan olunması barədə yeni qanun ilk oxunuşdan keçdi - Detallar
Rumen Radevdən Azərbaycan Prezidentini təbrik edib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz