Yasamal qaynayır - İcra başçısı hara yoxa çıxıb?
28-03-2025 [19:36]
İki gündür Yasamal rayonu ərazisində xoşagəlməz hadisələr baş verir. Martın 26-da rayonun Şərifzadə küçəsi, İTV-nin binasının arxası, Azon zavodun ərazisində ağacların kütləvi şəkildə məhv edilməsi xəbərlər yayıldı.
Mia.az xəbər verir ki, şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır. Amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Globalinfo.az-a bildirilib ki, araşdırma aparılır, əraziyə əməkdaşlar göndərilib.
Lakin Yasamal Rayon İcra Hakimiyyətindən bu olaya reaksiya verilmədi.
Martın 27-də isə Yasamalda baş verən daha bir dəhşətli hadisə ölkəni sarsıtdı. Vətəndaşa məxsus ev ekskavatorla uçurduldu. Məsələni dramatikləşdirən odur ki, evin sahibləri, sakinləri orda ola-ola bu vəhşilik baş verdi.
Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti işi aparan “Melissa Group” tikinti şirkətinin əməkdaşlarının bu hərəkəti ictimaiyyətdə hiddət doğurub. Artıq şirkətin iki əməkdaşı saxlanılıb. FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Yasamalda baş verənlər fonunda nə rayon icra hakimiyyəti, nə də başçı Elşad Həsənov açıqlama verib.
İki gün ard-arda Bakının mərkəzi rayonlarından olan Yasamalda təbiətə və vətəndaşlara qarşı törədilən qanunsuzluğa görə rayon icra hakimiyyəti məsuliyyət daşıyır. Çox da ki, icra hakimiyyətlərinin səlahiyyətləri azaldılıb. Amma vətəndaş bir iş görmək istəyəndə başının üstünü alan ilk rəsmi qurum icra hakimiyyətinin müvafiq idarələrinin əməkdaşları olur. Mediada yazılır, sosial şəbəkələrdə yayılır ki, rayon ərazisində yaşıllıq məhv edilir. İcra hakimiyyətinin necə deyərlər, tükü də tərpənmir. Bu cür yanaşmanın səbəbidir ki, vətəndaşın evini başına uçurdurlar.
Rayonda daha nələr baş verməlidir ki, hörmətli Elşad Həsənov buna reaksiya versin?!
Yeri gəlmişkən, saytlar baş verənlərlə bağlı Yasamal RİH-nə sorğu ilə müraciət etsələr də, sorğular cavabsız qalır.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb