"Mən onun kimi evdə acından ölmək istəmirəm" - Müğənni elə şeylər danışdı ki...

img

27-03-2025 [10:14]


Müğənni Kərim Abasov "Tarixin bir günü" verilişində qonaq olub.

İfaçı oxuduğu mahnıları qınayanlara səslənib.

O, pul qazanmaq üçün mahnı oxuduğunu vurğulayıb: "Estrada janrında mahnıya uzağı yarım saat qulaq asa bilərəm. Toya gedirəm və milli musiqilərimizi oynamaq istəyirəm. Evdə Manaf Ağayevin, Əflatun Qubadovun mahnılarını eşidəndə oynayıram. Söhbət o deyil ki, mən estrada oxuyuramsa, əjdahayam, sən oxumursansa, yox. Elə deyil, o səndən də əjdahadır. Mən sənətkar olub evdə acından ölmək istəmirəm. Mən Teymur Əmrah (Əməkdar artist - red.) kimi sənətkar olmaq istəmirəm. "Sənətkaram" deyib, hər şeydən uzaqlaşırsan, özünə qadağalar qoyursan. Mən bu gün əla dolanmaq, yaxşı yaşamaq istəyirəm. "Mən sənətkaram" deyib, qıraqda acından ölmək istəmirəm. Kim istəyir məndən incisin, özü bilər". (Axşam.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:24 31.03.2025

Ombudsman bəyanat yayıb