"Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman..." - Rəsmi Bakıdan İrəvanın iddialarına etiraz gecikmədi
21-03-2025 [12:09]
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi iddiaları etiraz edib.
Mia.az xəbər verir ki, bu haqda nazirliyin şərhində deyilir ki, rəsmi Bakı ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə mətbuat konfransında səsləndirdiyi əsassız iddiaları pisləyir: "Təəssüf ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olan problemlərin aradan qaldırılmasına çalışmaq əvəzinə, Azərbaycanı sülhdə maraqlı olmayan ölkə kimi qələmə verməklə manipulyasiya ilə məşğul olur".
XİN xatırladıb ki, qonşusuna qarşı təcavüzə başlamış, həm Ermənistandan, həm də 30 ilə yaxın müddətdə işğal etdiyi ərazilərdən bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoymuş, qırğınlar törətmiş, şəhər və qəsəbələri yerlə-yeksan etmiş ölkə Azərbaycan deyil, Ermənistan olub. Azərbaycan heç vaxt Ermənistana qarşı işğalçılıq siyasəti aparmayıb və regionu qarşıdurma zonasına çevirən belə bir vəziyyətin yaranmasında maraqlı olmayıb: "Hətta Ermənistan xarici işlər nazirinin Ermənistanın sülh müqaviləsi layihəsinin ən son versiyası ilə razılaşaraq, mətn layihəsi üzrə danışıqların yekunlaşmasına yol açması ilə bağlı açıqlaması da bu ölkənin son iki il yarım ərzində danışıqların mətninə qəbuledilməz təkliflər irəli sürməklə prosesə necə mane olduğunu nümayiş etdirir. Məhz Azərbaycan diplomatiyası və tədbirləri bizə mətn üzrə danışıqları yekunlaşdırmağa imkan verib".
Azərbaycan XİN-in məlumatında qeyd edilib ki, heç bir halda bizim Ermənistanın konstitusiyasında təsbit olunmuş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarına, eləcə də Ermənistanın keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və ATƏT-in aidiyyəti qurumlarını qorumağa çalışan hərəkətlərinə etinasız yanaşacağımız anlamına gəlməməlidir:
"Bir daha bildiririk ki, Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman müqavilə imzalanmağa hazır olacaq.
Ermənistanın xarici işlər naziri və digər rəsmi şəxsləri kommunikasiyalar və “silahlara nəzarət mexanizmləri” ilə bağlı qondarma təkliflərinə Azərbaycanın müsbət cavab vermədiyini bildirəndə belə görünür ki, Ermənistan tərəfi ya Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı şərhlərini izləmir, ya da nanəciblik, diqqət, təsdiq və ya başqalarını manipulyasiya etmək istəyindən əziyyət çəkir.
Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməni əsilli məhbusların azadlığa buraxılması çağırışlarına gəldikdə, vurğulayırıq ki, cinayətləri Cenevrə Konvensiyalarına və ümumilikdə beynəlxalq hüquq və daxili qanunlara əsasən araşdırmaq və mühakimə etmək Azərbaycanın ayrılmaz hüququ və öhdəliyidir.
Əgər Ermənistan həqiqətən də mövcud humanitar problemlərin həllində maraqlıdırsa, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarını təmin etməli, 4000-ə yaxın itkin düşmüş azərbaycanlının yeri barədə məlumat verməli, Azərbaycan ərazilərində kütləvi şəkildə yerləşdirdiyi mina xəritələrinin təqdim edilməsində əməkdaşlıq etməlidir. Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq".
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb