Abdullah Kavukçu: "Osimheni əldə etmək xəyal deyil"

img

18-03-2025 [09:33]


"Qalatasaray Sportif AŞ"nin vitse-prezidenti Abdullah Kavukçu azarkeşləri çoşduran anons verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, hazırda komandada icarə əsasları ilə oynayan və 80-100 milyon avro dəyərində olan nigeriyalı hücumçu Viktor Osimhenin birdəfəlik transferinin mümkünlüyünə işarə vurub: "Əlbəttə, Viktor Osimhenin qalmasını istəyirik, onunla danışdıq. Osimhen qərarını aprel ayında bizə bildirəcək. Dünyanın ən yaxşı 5 komandası onunla maraqlanır. Viktor Osimheni əldə etmək xəyal deyil. Bunu gözümüzdə çox da böyütməyək”.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR