İsrail ordusu: "Qəzza sakinləri gələn həftə şimala - evlərinə dönəcəklər"

img

21-01-2025 [15:44]


"Qəzza zolağı sakinləri gələn həftə Netzarim dəhlizi vasitəsilə şimal bölgəsidəki evlərinə dönəcək"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial media səhifəsində yazıb.

O bildirib ki, İsrail ordusunun Qəzza zolağında müəyyən bölgələrdə yerləşdirilməsi davam edəcək: "HƏMAS razılaşmaya həssas yanaşır, həyata keçirirlər. O səbəbdən gələn həftədən etibarən Qəzza zolağının şimalından köç edən əhaliyə evlərinə dönmələrinə şərait yaradılacaq. Bununla bağlı ordu birliklərinə təlimat veriləcək. Biz üzərimizə düşən razılaşmanın bütün detallarını həyata keçirəcəyik".

Ordu sözçüsü fələstinlilərə xəbərdarlıq da edib: "Növbəti xəbərdarlığa qədər heç kəs İsrail əsgərlərinə yaxınlaşmamalıdır. Əks halda baş verənlərə cavabdeh deyilik"

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR