Bakıda ata qonşuların sözü ilə qızını bıçaqlayıb - "Ailəmizi ləkələmə!"
18-03-2025 [12:45]
2024-cü il fevralın 9-da Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində ata qızını bıçaqlayıb.
Polis və prokurorluq əməkdaşlarının ilkin araşdırması zamanı məlum olur ki, hadisə "Qobu Park 2 " yaşayış kompleksində baş verib.
Hadisədən sonra 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Zəngilan rayon sakini 1958-ci il təvəllüdlü Rəfail Cavadov saxlanılıb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, fevralın 9-da Rəfail Cavadov evində olan zaman qonşusu Mirəli Quliyev onu söhbət etmək üçün çölə çağırıb. Söhbət zamanı qızının əxlaqsız həyat tərzi keçirməsini bildirib. Buna görə Rəfail Cavadov övladını öldürmək qərarına gəlib. Bu məqsədlə mətbəxdən məişət təyinatlı bıçağı götürərək, dəhlizdə dayanmış Rəna Cavadovaya yaxınlaşıb. Arvadının gözləri qarşısında qızının bədəninin müxtəlif nahiyyələrinə ümumilikdə 5 dəfə zərbə endirib. Yaranmış səs-küyə evə daxil olan qonşusu Mətanət Məmmədova arxadan tutub saxlayaraq, Rəfailin cinayətkar əməlinin qarşısını alıb. Nəticədə Rəna Cavadova ölümdən xilas olub.
Hadisə olan blok
İş üzrə dindirilmiş Rəfail Cavadov bildirib ki, fevralın 8-də onunla eyni kompleksdə yaşayan Mirəli Quliyev qızı Rənanın adını bilmədiyi kişi ilə münasibət qurduğunu deyib:
"Qonşum mobil telefonundakı qızımın şəklini və ismarıcları "Whatsapp" tətbiqi vasitəsi ilə mənim telefonuma göndərmişdi. Növbəti gün Rəna ilə söhbət edib ailəmizin adını ləkələməməsini bildirdim. Əks halda onu öldürəcəyimi dedim. Qızım pis yolda olmadığını və barəsində deyilənlərin yalan olmasını qeyd etdi. Ayın 9-u saat 21 radələrində evdə olanda qapı döyüldü. Qapını açan yoldaşım Mirəlinin məni çölə çağırdığını dedi. Qonşum yenidən qızımın əxlaqsız həyat tərzi keçirdiyini və məndən polisə şikayət etdiyini söylədi. Cavab olaraq məsələni qısa müddətdə həll edəcəyimi deyərək, içəri keçdim. Mətbəx bıçağı ilə dəhlizdə dayanan qızıma yaxınlaşdım. Saçından tutaraq, sağ əlimlə bədəninə ardıcıl zərbələr vurdum. Mətanət adlı qonşumuz araya girdiyindən Rənanı buraxdım və çölə çıxdım. Bundan sonra Təcili Tibbi Yardım briqadası qızımı xəstəxanaya apardı".
İstintaqın gedişatında keçirilmiş üzləşdirmə protokollarından görünüb ki, Mirəli Quliyev yalan ifadələr verib. O bildirib ki, guya hadisə günü Rəfail Cavadovla qapının qarşısında mübahisə etməyib, həmin vaxt Xırdalan şəhərində xalasıgildə olub və onun mobil telefonuna qızının fotoşəkillərini göndərməyib. Amma şahidlər Nariyə Məmmədova və Reyhan Vəliyevanın ifadələrinə əsasən, Rəfail Cavadov məhz Mirəli Quliyevin və Ərkinaz Quliyevanın övladı haqqında söylədikləri böhtan xarakterli sözlərdən sonra, evə daxil olaraq, ağır cinayət törədib.
Məhkəmə iclasında Rəfail Cavadov ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, istintaqda adından yazılan ifadəni oxumadan imzalayıb. Övladını öldürmək niyyəti olmayıb, onu cəzalandırmaq istəyib.
Zərərçəkmiş Rəna Cavadova ifadəsində göstərib ki, 6 il ailəli olub, sonra isə ərindən ayrılıb, övladı yoxdur:
"Qonşularımız Ərkinaz Quliyeva və onun oğlu Mirəlinin bizimlə şəxsi qərəzlikləri olub, ailəmizin, əsasən də mənim adıma nalayiq ifadələr işlədiblər. Atama mənim haqqımda yalan məlumatlar verib. Mirəli mobil telefonumu oğurlayıb və mənə məxsus məlumatları əldə keçirib. "İnstagram" hesabımdakı şəkillərimi paylaşıb məni rüsvay edəcəyini deyərək, hədə-qorxu gəlirdi. Heç vaxt, heç kimə əxlaqsız fotoşəkillərimi göndərməmişəm. Mirəlinin anası məni şərləyib, oğlundan uzaq durmağımı tələb edirdi. Fevralın 9-da işdən evə gələndə, qapımızın qarşısında atamın Mirəli ilə mübahisə etdiyini gördüm, səs-küyə qonşularımız da çıxdı. Bundan sonra atam əsəbi halda bıçaqla mənə xəsarətlər yetirdi".
Rəna Cavadova əlavə edib ki, atasına qarşı şikayəti və tələbi yoxdur.
Şahid Mətanət Məmmədova bildirib ki, fevralın 9-u saat 21 radələrində yaşadıqları mərtəbədə mübahisə səsləri eşidib, çölə çıxıb: "Mirəli ilə anası yüksək səslə Rəfail Cavadova qızı Rənanın müxtəlif şəxslərlə gəzdiyini və mobil telefonda açıq-saçıq şəkilləri olmasını deyirdilər. Rəna çölə çıxmasa da, içəridən atasına onların böhtan atdıqlarını, Mirəlinin özünün onun telefonuna əxlaqsız fotoları atdığını deyirdi. Rəfail qonşuların yanında biabır olduğunu söyləyərək, əsəbi halda evə keçib. Arxasınca içəri girəndə Rəfailin Rənaya bıçaqla zərbələr vurduğunu gördüm. Rəfaili arxadan qucaqlayıb, kənarlaşdıranda o, bıçağı yerə atıb qışqırdı. Mən və digər qonşular yaralanan qıza kömək edərək, təcili yardıma məlumat verdik".
Məhkəmə Rəfail Cavadova Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsnin hökmü ilə Rəfail Cavadov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
MİA.AZ
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."