İstanbul hava limanında sistem çöküb: yüzlərlə sərnişin havasız qalıb, uçuşlar ləngiyib - Açıqlama (FOTOLAR)

img

18-03-2025 [00:08]


İstanbulun mühüm hava limanından olan Sabiha Gökçen hava limanında pasport nəzarəti sistemi çöküb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə pasport yoxlama prosesi dayanıb və bu səbəbdən uçuşları dayandırılıb.

Məlumata görə, yüzlərlə sərnişinin saatlarla gözlədiyi hava limanında uzun növbələr yaranıb: "Bəzi sərnişinlər havasızlığıa dözə bilməyib huşunu itirib".

Hava limanı yerli vaxtla saat 18.20-də problemin Polis İdarəsinin POLNET sistemindən qaynaqlandığını qeyd edib və nasazlığın artıq aradan qaldırıldığını açıqlayıb .

Həmin açıqlamanı aşağıda təqdim edirik:

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR