Tural Sadıqlı barəsində axtarış elan edilib, haqqında hqiyabi həbs tədbiri çıxarılıb - Təfərrüat
17-03-2025 [09:25]
Xaricdə fəaliyyət göstərən və söyüşləri ilə tanınan Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb.
Mia.az xəbər verir ki, Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir ki, Baş Prokurorluğunun İstintaq idarəsi tərəfindən təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsət oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
10.06.1984-cü il təvəllüdlü Sadıqlı Tural Əlövsət oğlu Baş Prokurorluğunun İstintaq idarəsinə çağırılıb.
Tural Sadıqlı şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Tural Sadıqlı nədə ittiham olunur?
Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1, 34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə təqsirləndirilir.
Tural Sadıqlının 2016-cı ildə Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşını “oturum izni” ala biləcəyini vəd etməklə etibarını qazanıb aldadaraq 1260 manat məbləğində əmlakını ələ keçirməsinə və vətəndaşlıq almaq məqsədilə şəxslərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən siyasi partiyaların üzvləri kimi siyasi baxış və mövqelərinə görə təqib və təzyiqlərə məruz qalmaları, kütləvi aksiyalarda iştirak edib polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə məhkəmələr tərəfindən inzibati həbs olunmaları, barələrində cinayət işi başlanmaqla hüquq-mühafizə orqanlarına çağırılmaları kimi məzmununa bilə-bilə həqiqətə uyğun olmayan, yalan məlumatlar daxil edilib, dövlət təşkilatlarının müvafiq imza, blank, çap və əlyazma mətnləri birbaşa icra olunmayaraq, rəqəmsal qurğu vasitəsilə surəti çıxarılmaqla elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda icra edilmiş hüquq verən rəsmi sənədlərin qanunsuz hazırlamasına, bundan başqa, 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Tural Sadıqlı barəsində həbs qətimkan tədbiri seçilib
Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 27.03.2019-cu il tarixli qərarla Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1 və 12.1, 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-cu il tarixli qərarı ilə barəsində 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 07.09.2020-ci il tarixli qərarla təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib.
01 aprel 2024-cü il tarixdə hər iki cinayət işi vahid icraatda birləşdirilməklə iş üzrə toplanmış sübutların məcmusuna əsasən, 01 aprel 2024-cü il tarixdə Sadıqlı Tural Əlövsət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1,34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Cinayət-Prosessual Məcəllənin 54-cü və 467-13.4-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Tural Sadıqlıya xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və bu, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
ABŞ-dan dəhşətli fırtına: azı 40 nəfər ölüb
İndoneziyada güclü zəlzələ oldu - 6 bal gücündə
TRAMP İRANI HƏRBİ GÜCLƏ TƏHDİD ETDİ: "Onların hər bir gülləsinə görə siz cavab verəcəksiniz"
"İnter Mayami" liderliyə yüksəldi - Messi qol atdı
Avropa İttifaqı rəsmisi: "Suriya xalqı bilsin ki, biz hər addımda onların yanında olacağıq"
İstanbul hava limanında sistem çöküb: yüzlərlə sərnişin havasız qalıb, uçuşlar ləngiyib - Açıqlama (FOTOLAR)
Aİ Ukraynaya yeni yardıma hazırlaşır - 3,5 milyard avroluq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib
Ermənilər yenə sərhəddə təxribata əl atıb - Müdafiə Nazirliyi məlumat yaydı (Yenilənib)
Ermənilər Bakıda məhkəmədə: "Ermənistandan hər il 7-8 min çağırışçı Azərbaycanın..." - FOTOLAR (Yenilənib)
Ramazanın 18-ci gününün duası: imsak və iftar vaxtı
SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar aldı - Mikayıl Cabbarov açıqladı (FOTOLAR, YENİLƏNİB)
"Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb - FOTOLAR
“Azercell”dən Novruz bayramına xüsusi təklif!
Nəsimi rayonunda iftar süfrəsi təşkil olunub - FOTOLAR
Bu hakimlər Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam edildilər
Almaniya prezidenti Azərbaycana gəlir - Xanımı ilə
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Fələstinin Azərbaycandakı səfirini qəbul edib
Vüsal Aslanov reklam işini ticarətçiyə tapşırdı - FOTO
Rusiya Azərbaycanla "buzları əridir" - TƏHLİL
Şimali Koreyanın əsir alınan əsgərləri hansı ölkəyə veriləcək? - Ukrayna ilə danışıqlar başlayıb
Tanınmış jurnalistin səhhəti ilə bağlı Prezidentə və Birinci Xanıma müraciət olundu
BAKIDA XANIM MÜĞƏNNİ HƏBS OLUNDU - Məhkəmə işi
Vatikan Papanın xəstəxanadan olan fotosunu paylaşdı - FOTO
Azərbaycan əhalisi nə qədərdir? - Son statistika
Keçmiş vəzifəli şəxslərə hökm oxundu - Məhkəmə prosesi
Xalq artisti Ənvər Həsənov Buzovnada dəfn olundu (Yenilənib)
Milyarder, hüquqşünas, diplomat, yoxsa əmlakçı? - Bakıya səhərə yaxın gözlənilməz eniş edən Stiv Vitkof kimdir? (TƏHLİL)
Müsavat partiyasının başqanlığına keçmiş namizədin ölümü - Direktor müaviniinə hökm oxundu
Bakıda daha bir şirkət cərimələndi
Mikayıl Cabbarov İsxak Hersoqla görüşdü
Prezident general-leytenantla bağlı sərəncam imzaladı - Təltif
Nyu-Yorkun mərkəzi meydanında şok olay: adamı alova verdilər
Maykl Uolts: "Hikmət Hacıyevə dedim ki..."
Türkiyədə daha 4 kriminal dəstəyə qarşı əməliyyat: 79 nəfər tutulub
Husilər ABŞ-ın hücumuna cavab verdi - 18 raket və 1 PUA ilə
İcra başçısının kürəkəninin ifadə verdiyi cinayət işi... - Keçmiş şöbə müdirinə şərti cəza verildi
Jose Mourinyo: "Oyunu uduzmağımız mümkün deyildi"
Tomas Reis: "1 xal üçün xoşbəxtik"