Fransaya casusluqda şübhəli şəxs məhkəmədə faktları sadaladı: "Bakıya gələndə konkret işim yox idi, amma..."
13-03-2025 [17:35]
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Mia.az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində yerli və xarici media nümayəndələri, xarici səfirliklərinın əməkdaşları iştirak ediblər.
Prosesdə təqsirləndirilən Martin Ryan dövlət ittihamçısının suallarını cavablandırıb.
O qeyd edib ki, 2015-ci ildə tanışı Emin Süleymanov vasitəsilə Azərbaycana ilk dəfə səfər edib:
"2012-ci ildə Eminlə tanışlığım yarandı. Fransada bir-birimizi tanıdıq. Onun dəvəti ilə Azərbaycana səfər etdim. Daha sonra onun təşəbbüsü ilə iş qurmaq məqsədilə Azərbaycana gəldim. 2017-ci ildə Eminlə əlaqələrimiz kəsildi. Biz Bakıda fransalı iş adamlarını bura cəlb etmək istəyirdik. Bakıya gələndə konkret işim yox idi, amma yaxşı pulum vardı. Həmin vaxt fürsət idi deyə, Bakıda iş qurmaq fikrinə düşdüm. Azərbaycan haqqında gözəl fikirlərim var idi".
Martin Ryan qeyd edib ki, 2015-ci ildə Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə tanışlıq yaranıb:
"Onlar məni səfirliyə dəvət etdi, normal söhbət etdik. Ramin Məmmədov adlı dostumla iş qurmuşduq. Səfirliyə işlərimizlə bağlı məlumat vermişdim. Orada səfirliyin əməkdaşı Frederik Devosla tanışlığımız yarandı. O, bölgədə geopolitik araşdırmalar apardığını dedi. Konkret İranla bağlı araşdırmalar edirdi. Qeyd edirdi ki, ölkədə olan fransızların təhlükəsizliyi ilə bağlı işləyir. Bu məndə bir az şübhə yaratdı. İndi daha bu məsələlər məlum olur".
Təqsirləndirilən şəxs qeyd edib ki, Frederik Devosla daha sonra restoranda görüşüb:
"Hamının içində görüşürdük. Görüşlərin birində o mənə dedi ki, rusiyalı və iranlı iş adamları Azərbaycan üçün təhlükəlidir və onlardan uzaq durmaq lazımdır. Hətta deyirdi ki, iş adamları tərəfindən nəsə şübhəli hal müşahidə etsəm, bunu onunla bölüşüm. Sonradan Azərbaycan vətəndaşları ilə onu tanış etməyimi istədi. Əsasən geopolitik suallar verirdi. Azərbaycan-Ermənistan arasındakı müharibə zamanı mənimlə görüşmək, siyasi fikirlərimin nə olmasını bilmək istəyirdi. O görüşlər zamanı spesifik suallar verirdi. Bu əsasən Azərbaycanın gücü haqqında idi. O, Azərbaycanın silahları və ordunun silahlanması haqqında suallar verirdi. Hətta dedi ki, məlumatları, videoları onunla bölüşüm. Türkiyə və Pakistanın müharibədə rolu haqqında çox maraqlanırdı. Sonradan bildim ki, bu suallar erməni kəşfiyyatına aiddir. Müharibə vaxtı İran və Rusiya haqqında heç nə danışmırdı. O silahların təchizatının kim tərəfindən olduğunu bilmək istəyirdi. Mən bəzi iqtisadi baxımdan özümə şübhəli olan məqamlar haqqında Frederik Devosa məlumat vermişəm. Müharibə zamanı azərbaycanlı iş adamları ilə əlaqələrimlə tanış olmaq istəyirdi, lakin burada ehtiyatlı olmağımı istəyirdi".
Martin Ryan dövlət ittihamçısının suallarına cavab olaraq bildirib ki, Bakıda keçirilən sərgilərdə iştirak edib:
"Həmin sərgilərin birində İran pavilyonunun yanına getdik. Orada İran pavilyonunda olan şəxslərlə münasibətlər yarandı. Həmin şəxslər mənim işlərimlə maraqlanırdı. Fransız şirkətlərinin İranda fəaliyyəti ilə bağlı fikirlər alırdı. Mən isə Azərbaycanda işlədiyimi, burada işləri böyütmək istədiyimi qeyd etmişdim. Daha sonra iranlı iş adamları mənə sosial şəbəkələrdə yazırdılar. Əsas məqsədləri iş qurmaq, biznesimi İranda davam etdirməyimi istəyirdilər. Həmin vaxt Azərbaycanın İrandakı səfirliyinə hücum təşkil olunmuşdu. Mənə əlavə suallar vermirdilər, lakin nömrəmi, kontaktlarımı istəyirdilər. Əsasən ümumi suallar idi. Məsələn, Çin və Azərbaycan arasında iqtisadi əlaqələr haqqında maraqlanırdılar. Mən qısa analizlər yazaraq onlara göndərmişəm. Mən onlara cavab verməyəndə narahat olurdular. Dərhal yazırdılar ki, problem falan yaranıb, kimsə sənə nəsə deyib".
Təqsirləndirilən şəxs qeyd edib ki, bəzi azərbaycanlı dostlarını Frederik Devosla tanış edib:
"Birinci dəfə Zaur Mustafayevi onunla tanış etmişəm. 2022-ci ildə Zaur onlarla işləyirdi. Çünki fransızcanı çox yaxşı bilirdi. Daha sonra isə Azad Məmmədli ilə Frederik Devosu tanış etdim. Çünki, Frederik Devosa Rusiyanı yaxşı tanıyan adam lazım idi. Mən də Azadı məsləhət gördüm. Çünki, Azad Rusiyada oxumuşdu və fransız dilini də yaxşı bilirdi. Azad Məmmədlini 2022-ci ildə Frederik Devosla görüşdürdüm. Həmin dövrdə də Azad xaricdə iş axtarırdı.
İlqar adlı iş adamı vardı. Frederik Devos onunla da tanış olmaq istəyirdi. Frederik Devosun arvadı Bakıda “Bakou Francophones” Assosiyasiyasının rəhbəri idi. İlqarın yoldaşı da həmin assosiasiyanın üzvü idi. Mən də İlqarı yaxşı tanıyırdım. İlqarla Frederik Devos çox maraqlanırdı. İlqarın şirkətinin nə işlə məşğul olduğunu öyrənmək istəyirdi. Çünki İlqar Fransa səfirliyindən tez-tez viza istəyirdi".
Martin Ryan deyib ki, bir qadın ondan fransız dilini öyrənmək istəyib:
"Dil məktəbində dərs keçməyə başladım. Həmin qadının adı Olqa idi, diplomatik bir işlə məşğul olurdu. Mənə deyirdi ki, fransız dilini öyrəndikdən sonra Fransada turizm işi ilə məşğul olacaq. Lakin mənə şübhəli gəlirdi. Çünki diplomatik fəaliyyətlə məşğul olan şəxs niyə Fransaya köçərək turizm işi ilə məşğul olsun. Bir neçə dərsdən sonra həmin qadın yoxa çıxdı. Mən həmin qızı dil kursunun direktorundan soruşdum, o da mənə həmin qızdan xəbəri olmadığını dedi. Bu məndə şübhə yaratdı. Frederik Devosla da bu qız haqqında danışdıq. Sonra Frederik Devos araşdıraraq qızın kimliyini müəyyənləşdirdi. Həmin qız ölkəni tərk etmişdi. Həmin qızın şəklini də Frederik Devos çıxartmışdı. Sonra bir Kənan adlı oğlan idi. Hərbi cərrah idi. Ona da fransız dilindən dərs keçmişəm. O da bir müddətdən sonra kursa gəlmədi".
Martin Ryanın sözlərinə görə, Loran Lödi adlı şəxs Frederik Devosdan sonra səfirlikdə işləyib:
"Loran mənə zəng edərək Frederik Devosun davamçısı olduğunu dedi. Fransanın təhlükəsizliyi ilə bağlı çalışdığını qeyd etdi. O artıq Zauru tanıyırdı. Çünki Zaur Fransa səfirliyində işləyirdi, sonra Azad Məmmədli ilə də əlaqələr qurdu. Sadəcə Frederik Devosdan fərqli olaraq, Loran Lödi daha təhlükəli şeylər istəməyə başladı. Bu barədə Azadla mənim aramda söhbətlər olub. Loranla münasibətlərimiz çox yaxşı idi, iki il ərzində danışıqlar aparırdıq. Birdən bütün əlaqələri mənimlə kəsdi. Sonradan anladım ki, bunlar təhlükəli adamlardı. Azadla da bu barədə danışdıq. Azada da dedim ki, bunlar Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır. Loran bizdən məlumatlar alırdı, həm də bizə nəzarət edirdi. Bizimlə əlaqə kəsildikdən sonra onun köməkçisinə yığdım. O da Loranın yoxa çıxdığını dedi. Lakin bəzi ortaq dostlarımızla danışırdı. Daha sonra bizimlə Jerom adlı şəxs əlaqə saxladı. O, məni Qobustanda olan palçıq vulkanının yanına dəvət etdi. Hiss etdim ki, bu məni qıraq-bucağa çağırırsa, nəsə başqa məqsədi var. Mən görüşdən imtina etdim. Sonra Jerom "vatsap"la əlaqə saxladı. Daha sonra tədbirdə Jeromla görüşdük. Spirtli içki təsiri altında onunla danışmışam. Əsas söhbətlərimiz Əlcəzair və İran haqqında olurdu. Ümumiyyətlə, mənimlə əlaqəyə çıxan şəxslər biznesimi yönəltməyə çalışırdılar. Onlar məndən kəşfiyyat xarakterli məlumatlar alıblar. Sadəcə onlar diplomat idi. Elə bilirdim onlarla əlaqədə olsam, Fransa səfirliyi ilə münasibətlərim çox yaxşı olacaq. Mənim özümə də maraqlı olan məlumatları səfirliyin işçilərindən alırdım. Mən vətəndaşı olduğum dövlətin diplomatına inanırdım".
Təqsirləndirilən şəxs bu xidmətlərinə görə hər hansı bir məvacib almadığını deyib.
Məhkəmənin növbəti prosesi aprelin 14-ə təyin edilib.
Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.
MİA.AZ
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq