Sabiq səfir: "Siyasi gündəmlə maraqlanıram, köhnə qvardiya parlamentə qayıdıb..." - MÜSAHİBƏ
12-03-2025 [10:34]
Azərbaycanın Ukraynadakı keçmiş səfiri, eks-deputat, Xalq yazıçısı Elmira Axundova çoxdandır mətbuat səhifələrində görünmür.
Elmira Axundova ilə bağlı sonuncu sərəncamlar 2023-də imzalanıb. Həmin il mayın 23-də Prezident onu Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırıb. Oktyabrın 17-də isə dövlət başçısı E.Axundovanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Himayəçilik Şurasının üzvü təyin edib.
Elmira Axundova Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı olub. Bəs o, indi haralardadır?
Mia.az xəbər verir ki, o, Modern.az-a aşaöğıdakı müsahibəni verib:
- Elmira xanım, çoxdandır mətbuata çıxmır, ictimai-siyasi meydanda görünmürsünüz. Bilmək olarmı haralardasınız?
- Mən Xalq yazıçısıyam, yazıçılıqla məşğulam. Üstəlik həm də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Himayəçilik Şurasının üzvüyəm. Cənab Prezident məni bu quruma təyin etməklə böyük etimad göstərib. Boş dayanmamışam, yazıb-yaradıram.
- Nə yazırsınız, hansı yeni kitabınız işıq üzü görüb?
- Mənim Özbəkistanda təzə kitabım çıxıb - “Zərifə və Heydər Əliyevlər” adlanır. Aprel ayının axırında həmin kitabın təqdimatı üçün Özbəkistana gedəcəm. May ayında isə Almatı şəhərində olacam, Qazaxıstanın görkəmli ictimai-siyasi xadimi Oljas Suleymanov məni ora dəvət edib.
Bundan başqa, “Heydər Əliyev Azərbaycan muktikulturalizminin banisi kimi” adlı kitab yazmışam. İnşallah, bir-iki aya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi onu tərcümə edəcək. Antologiya materialım da çıxıb. “Libraff” nəşriyyatı təzəliklə mənim iki cildlik “Heydər Əliyev və yaradıcı ziyalılar” adlı Azərbaycan dilində kitabımı buraxır. Kitab Mədəniyyət Nazirliyi tərəfindən çap etdirilir. Tezliklə “525-ci qəzet”də Heydər Əliyevlə əlaqədar silsilə yazılarım da dərc olunacaq.
- Amma həm də görünmürsünüz?
- Görünmürəm ona görə ki, siyasətlə məşğul deyiləm. Yazıçılıqla məşğulam. Mən Xalq yazıçısı kimi bu adı gərək doğruldam. Bu, böyük tituldur, Xalq yazıçısı adından yüksək ad var?
- Deyirsiniz siyasətlə məşğul deyilsiniz. Heç siyasi gündəmi də izləmirsiniz?
- Niyə ki... Siyasi gündəmlə maraqlanıram, ölkədə və dünyada baş verən hadisələri, siyasi prosesləri izləyirəm.
- Uzun illər parlamentin deputatı olmusunuz. Hazırkı VII çağırış Milli Məclisin fəaliyyətindən xəbərdarsınızmı?
- Bəli, əlbəttə. Mənə elə gəlir ki, indiki deputatlar üçün işləmək daha rahat və rəvandır. Parlamentdə mənim dostlarım da fəaliyyət göstərirlər. Rəşad Mahmudovdan tutmuş Siyavuş Novruzovadək... Sevinirəm ki, köhnə silahdaşlarımız Vüqar Rəhimzadə, Səyyad Aran kimi adamlar yenidən parlamentə qayıdıblar. Mən onlara “köhnə qvardiya” deyirəm.
90-cı illərin əvvəlində Heydər Əliyevin yanına gedirdik - Naxçıvana. Onda hamı qorxanda biz Heydər Əliyev haqqında müsbət yazılar yazırdıq. Mən mütəmadi şəkildə Ümummilli liderlə əlaqə saxlayırdım. Özü də sonralar bu barədə yazıçıların qurultayında danışdı, dedi ki, Elmira xanım kimiləri mənimlə danışmaqdan, görüşməkdən qorxmurdu. Onun mənim fəaliyyətimi qiymətləndirməsi sevindirici idi. Mən Siyavuş Novruzovu, Səyyad Aranı, Vüqar Rəhimzadəni onda tanıdım. Onları indi Milli Məclisdə görüb sevinirəm ki, bizim qvardiya hələ də işləyir.
Bugünkü parlamentdə gənclər də çoxdur. Xanımları da görürəm. 2005-ci ildə qadın deputatların sayı 11 nəfər idi. İndi isə maşallah, 30-a yaxın qadın deputat var. Özü də hamısı seçmə, bir-birindən samballı. Orada Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevanı görürəm. Çox yaxşı işlər görürdü, indi də görür. Tənzilə Rüstəmxanlı “boevoy” qadındır. Onun xətrini çox istəyirəm. Başda Milli Məclisin sədri Sahibə xanım olmaqla, bütün qadınlar deputat kimi yaxşı fəaliyyət göstərirlər.
Bizim vaxtımızda parlamentin iclaslarında tez-tez mübahisələr olurdu. İndi işləmək daha rahatdır, sakitlikdir, çünki respublikamızda hər şey axarına düşüb. Mənə elə gəlir ki, böyük problemlər yoxdur. Buna baxmayaraq, bizim bəzi köhnə deputatlar lazımi məsələləri qaldırırlar. Sağ olsunlar.
- Siz 2020–2023-cü illərdə Azərbaycanın Ukraynadakı səfiri olmusunuz. Rusiya-Ukrayna müharibəsi də həmin dövrdə başladı. Yəqin ki, Ukrayna ətrafında cərəyan edən hadisələri izləyirsiniz. Vəziyyəti necə qiymətləndirirsiniz?
- Ukrayna ilə əlaqədar ürəyim ağrıyır. Çünki mənim bir tərəfim Ukraynadandır. Mənim oradakı qohumlarım da çox çətin vəziyyətdədirlər. Orada dostlarım, yarımçıq layihələrim qalıb. Əlbəttə ki, ürəyim sızıldayır, içim qan ağlayır. Ukrayna üçün çox narahatam.
Amma Rusiya üçün də hər şey yaxşı deyil. Bu müharibədə on minlərlə insan həlak olub. Çox istəyərdim ki, münaqişə tezliklə həll olunsun.
Ukraynalılar çox qorxurlar ki, torpaqları Rusiyaya güzəştə gediləcək. Axı biz də bu çətinliyi yaşamışıq. Torpaqlarımız 30 il işğal altında qalmışdı. Belə bir vəziyyətdə müdrik Heydər Əliyev atəşkəs sazişi imzaladı. 30 il özümüzü toxdatdıq, işlədik, müharibəyə hazırlaşdıq.
- ABŞ prezidenti Donald Tramp Ukraynanı atəşkəsə məcbur etmək istəyir. Sizcə, düzmü edir?
- Mən səfir vəzifəsində işləyərkən ukraynalılara deyirdim ki, qorxmayın, torpaqların işğalı müvəqqətidir. Gec-tez o torpaqlar əzəli yiyəsinə qayıdacaq. Torpaqlar həmişəlik işğal altında qala bilməz. Heç mümkün də deyil ki, işğal altındakı torpaqların sahibi bununla barışsın.
Hesab edirəm ki, Ukrayna tərəfi indiki məqamda atəşkəs sazişinə getməlidir. Belə bir misal var: ən pis sülh yaxşı müharibədən yaxşıdır. Ona görə də Ukrayna tərəfi atəşkəs sazişindən qorxmamalıdır, vaxt qazanmalı, özlərini toparlamalı, ölkəni səhmana salmalı, camaata gün ağlamalı, eyni zamanda da ordunu gücləndirməlidir. Ukrayna indiki ordunu 3 ildə hazırladı. Orduları yox idi. Mənə elə gəlir ki, ABŞ lideri Donald Tramp hər şey düz edir. O istəyir ki, müharibə dayansın, danışıqlar masasına otursunlar, görsünlər nə edirlər.
Bəli, hələ ki Rusiyada nələrsə qalacaq. Rusiya qan bahasına aldığı torpaqları çətin qaytaracaq. Çünki bunun üçün vuruşub. Amma indiki məqamda Ukrayna müharibəni davam etdirmək istəsə, bunu necə edəcək? Axı silahı çatışmır, ordusu zəifləyib. Kim ona kömək edəcək? Avropa? Gördük Avropanın zəifliyini. Tramp çətin adamdır, amma düz edir. Mənə elə gəlir ki, ona qulaq asmaq lazımdır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb