Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail? - TƏHLİL
11-03-2025 [17:51]
Azərbaycan həm Türkiyə, həm də İsrail ilə son dərəcə yaxındır. Bu yaxınlığın verdiyi üstünlük II Qarabağ Müharibəsi zamanı özünü parlaq şəkildə nümayiş etdirdi.
Ancaq Türkiyə ilə İsrail arasında ciddi ziddiyyət var. Bu, Azərbaycan olaraq bizi narahat edir. Misal üçün, İranla İsrail arasındakı münasibətlər Türkiyə İsrail münasibətlərindən qat-qat pisdir. Bu da Azərbaycanda müəyyən narahatlıq yaradır. Ancaq bu narahatlığın ciddilik əmsalı kəskin şəkildə aşağıdır. Niyə? Çünki İran həmişə Ermənistanın yanında olub. Görünən və görünməyən vasitələrlə Azərbaycanı dövlət kimi məhv etməyə çalışıb. İran Azərbaycan İsrail ilə dost olmamışdan Ermənistanın yanında yer alıb. İndi bəziləri ortaya belə bir arqument atıb ki, Azərbaycan İsrail ilə sıx münasibətdə olduğuna görə İran Ermənistana dəstək verir. Guya İsrail olmasaydı İran Azərbaycanın yanında olacaqdı. Əlbəttə, bu, uydurma söhbətdir.
Azərbaycan Türkiyə ilə İsrail arasındakı ziddiyyətlərdəki iti bucaqları hamarlamağa, ən azı ortadakı gərginliyi yumşaltmağa çalışan vasitəçi rolunda böyük işlər görür. Zatən bunu Türkiyə də, İsrail də etiraf edir. Eyni zamanda Azərbaycanın İsrail ilə son dərəcə yaxın olması Türkiyədə bəlli çevrələr tərəfindən o qədər də xoş qarşılanmır. Türkiyədəki bəzi etnik və dini qruplaşmalar Türkiyə-Azərbaycan ittifaqından o qədər də məmnun deyil. Elə Azərbaycanda da Türkiyəyə xor baxan oxşar qruplar var. Ancaq o da faktdır ki, Türkiyədə də, Azərbaycanda da böyük əksəriyyət istər dövlət, istərsə də xalq səviyyəsində “iki dövlət, bir millət” düşüncəsinə söykənir. Və bu bağlılıq min illərin qan yaddaşından gəlir. Aydındır ki, bu iki dövlətin bir çox məsələdə vahid dövlət kimi çıxış etməsi, bu dövlətlər arasındakı təbii vəhdətin təzahürüdür.
Sirr deyil ki, bəzi məsələlərdə Azərbaycanla Türkiyə arasında fikir ayrılığı da var. Məsələn, İranın parçalanması Azərbaycanın bütövləşməsi üçün son dərəcə önəmlidir. Ancaq Türkiyə İrandan ayrıla biləcək kürd nüfuzuna görə İranın parçalanmasına qarşı çıxır. Türkiyə Kosova və yavru vətən Kıprısı müstəqil dövlət kimi tanıyır. Ancaq başı separatizmdən bəlalar çəkmiş Azərbaycan bunu etməkdən çəkinir.
Osmanlı keçmişi olan Türkiyənin Ərəb Dünyası ilə sıx münasibəti var. Azərbaycanın isə Ərəb ölkələri ilə münasibləri yeni formalaşır. Məsələn, 2021-ci ildə Azərbaycan ilə 22 ərəb ölkəsi arasında ticarətin həcmi 801.5 milyon dollar olub. Eyni ildə Azərbaycan İsrailə 898 milyon dollarlıq mal ixrac edib. Hal-hazırda da bu tendensiya müşahidə olunur...
Onu da deyim ki, Azərbaycan İsrail ilə sıx münasibətdə olan yeganə türk dövləti deyil. Məsələn, İsrail çalışır ki, ABŞ Azərbaycanla yanaşı Qazaxıstan və Özbəkistanı da Avraam razılaşmasına daxil etsin.
Türkiyə ilə İsrailin arasındakı münasibətlər niyə gərgindir? Səbəb çoxdur. Əsas məsələ isə Fələstinlə bağlıdır. Qeyd edim ki, Türkiyə Fələstinlə yanaşı İsraili də müstəqil dövlət kimi tanıyır. Azərbaycan da bu mövqedədir.
Düzdür, son vaxtlarda İsrail ilə Türkiyənin maraqları Suriyada da kəsişir. Bu da mövcud gərginliyi bir az da artırır. Ancaq o da bəllidir ki, Türkiyə nə Fələstinə, nə də Suriyaya görə Azərbaycana və ya Qazaxıstan və Özbəkistana qarşı çıxan deyil. Məsələn, Ankara yaxşı bilir ki, İsrailin neftə olan tələbatının ən azı 40 faizi Türkiyə üzərindən Azərbaycandan gəlir. Ancaq Türkiyə bunun qarşısını kəsmir.
1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş qəbul olunub. Özü də erməni lobbisinin təşəbbüsü ilə. Təsəvvür edirsizmi, ermənilər Azərbaycan torpaqların işğal edirdi, ABŞ isə işğalçıya dəstək vermək üçün belə bir şərəfsiz addım atdı.
Bəllidir ki, total terror hücumuna məruz qalan ABŞ 2001-ci ildə bu düzəlişi döndurdu. Azərbaycan Əfqanıstanda Talıbına qarşı döyüşən ABŞ-a dəstək verdi. Amerika Əfqanıstandan çıxan kimi yenə ermənilər fəallaşdı və 2023-cü ildə 907-ci düzəliş yenidən qüvvəyə mindi.
İndi İsrail dövlət səviyyəsində 907-ci düzəlişin aradan qaldırılmasına çalışır. İsrail, Azərbaycan və ABŞ arasında üçtərəfli əməkdaşlıq üçün güclü zəmin yaratmaq məqsədi ilə İsrail ABŞ ilə davamlı müzakirələr aparır. Bu məlumatı İsrail Baş nazirinin ofisi yayıb.
İsrail parlamentində çıxış edən Simon Moşiaşvili bu məsələni müzakirəyə çıxarıb. Bu xəbər İranda həyəcan təbli çalınmasına gətirib çıxardı. Məsələn, İran prezident administrasiyasının orqanı olan “Iran Daily” "Israel’s Growing Footprint in Azerbaijan Raises Red Alert" (İsrailin Azərbaycanda böyüyən ayaq izi (qırmızı həyəcan siqnalı) narahatlıq doğurur) adlı məqalə təqdim edir. Nə yazırlar? İsrail, ABŞ və Azərbaycan arasında dərinləşən strateji əlaqələr, İsrailin Qafqazda mövcudluğunu genişləndirə və İranın regional təsirini zəiflədə bilər. Qəzet Tramp administrasiyasına təqdim edildiyi bildirilən Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin (BESA) hesabatlarına istinad edir. Bu hesabatda Azərbaycan Təl-Əviv üçün açar ölkə adlandırılır və "İsrailin regional təhlükəsizliyinin sütunu" kimi təqdim olunur, bu ölkələr arasında kəşfiyyat və enerji sahəsində otuz illik əməkdaşlığa diqqət çəkilir.
BESA-nın hesabatında o da göstərilir ki, ABŞ Qəzzanın yenidən qurulmasında iştirak etmək təklifi ilə, xüsusən də enerji resursları ilə təmin olunmaqla bağlı Azərbaycana yaxınlaşa bilər. Qəzet bu təklifi Avraam razılaşmasını (İbrahim) genişləndirmək və İranın Ərəb Dünyasındakı təsirini sarsıtmaq cəhdi kimi qiymətləndirir.
Məqalədə deyilir ki, rəsmi Tehran bu təkliflərin reallaşmasının ABŞ-ın Bakıya hərbi yardımın genişləndirməsinə səbəb olacağından qorxur. Bunun Azərbaycanın İsrail və ABŞ ilə daha sıx təhlükəsizlik əlaqələrinə yol açacağından da İran ehtiyat edir.
Diqqət edin: İsrail 907-ci düzəlişin aradan qaldırlmasına, Azərbaycanla ABŞ arasında münasibətlərin istiləşməsinə çalışır. Özü də həm hökumət, həm də parlament səviyyəsində. İran isə buna qarşı çıxır. Təbii ki, İsrailin bu addımları Ermənistanın da ürəyincə deyil.
Bəs, ən kritik anda Azərbaycan kimi seçəcək: Türkiyə, yoxsa İsraili?
Görünən odur ki, Türkiyə Azərbaycanı belə bir seçim qarşısında qoymaq fikrində deyil. Elə İsrail də Azərbaycanın Türkiyəyə son dərəcə yaxın olmasının fərqindədir. Ona görə də nə Türkiyə, nə də İsrail Azərbaycanı seçim etməyə təhrik etməyəcək. Bunu əminliklə demək olar. Azərbaycan isə bütün imkanlarını səfərbər edərək Türkiyə ilə İsraili arasında mövcud olan gərginliyi müəyyən çərçivədən kənara çıxmağa qoymayacaq.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb