Suriyada yeni rejimlə YPG arasında anlaşma: nələr olacaq? - TƏHLİL
11-03-2025 [14:41]
Suriya keçid hökuməti və YPG terror qruplaşmasının başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında razılaşma imzalanıb.
Razılaşmaya əsasən, YPG dövlət qurumlarında təmsil olunacaq. Məlumata görə, sərhəd-keçid məntəqələri, hava limanları, neft və qaz sahələri və digər bütün təsisatlar dövlətin nəzarətinə verilir. 8 maddəlik razılaşmaya görə, YPG Əsəd rejiminin qalıntıları ilə mübarizədə keçid hökumətinə dəstək verəcək.
Suriya keçid dövrü prezidenti Əhməd əş-Şara ölkədə mərkəzi hakimiyyət qurmağa çalışır, lakin prosesi nə qədər uğurlu aparması mübahisəlidir.
YPG ilə razılaşma Suriya üçün müsbət nə isə vəd etmir:
Birincisi, YPG terror təşkilatıdır. Fəaliyyəti həm beynəlxalq hüquqa, həm də Suriya konstitusiyasına ziddir. Bununla belə, Əhməd əş-Şara “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin ilə görüşdü. Bu faktiki olaraq terrorçunu və terror təşkilatını dövlət səviyyəsinə qəbul edib tanımaqdır. Bu kimi görüşlərin nəticələri hər zaman ağır olur.
İkincisi, bu günə qədər YPG-nin nəzarət etdiyi ərazilərdəki fəaliyyəti qanunsuz idisə, təşkilat bundan sonra dövlət qurumlarında təmsil olunacaq. Sərhəd-keçid məntəqələri, hava limanları, neft və qaz sahələri və digər bütün təsisatlar dövlətin nəzarətinə veriləcəyi deyilsə də, YPG-nin sözündə durub-durmayacağı şübhəlidir.
Üçüncüsü, YPG-nin hərbi birləşmələri var. İllərdir ABŞ tərəfindən dəstəklənən təşkilat Suriya ordusundan daha yaxşı silahlara sahibdir. YPG-nin hərbi qanadı özünü buraxmalı olduğu halda razılaşmaya görə, Əsəd rejiminin qalıntıları ilə mübarizədə keçid hökumətinə dəstək verəcək. YPG-nin hərbi qanadı qaldığı müddətdə Suriya üçün hər zaman vətəndaş müharibəsi təhdidi qalacaq.
Dördüncüsü, YPG-nin mədəni muxtariyyət əldə etdiyini deyə bilərik. Bu, kürdlərin illərdir Suriyada istədiyi bir şey idi. YPG Suriya parlamentində, dövlətdə təmsil olunacağı üçün mədəni muxtariyyət qısa zamanda siyasi, nəhayətində isə respublika tipində yüksək muxtariyyətə keçid edəcək.
Nəticə etibarilə Suriya keçid hökuməti və YPG terror qruplaşmasının başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında imzalanan razılaşma sənədi Suriya üçün müsbət nəsə vəd etmir. Əksinə, Türkiyə üçün də risk faktoru daşıyır. Türkiyə bu günə qədər YPG-yə qarşı hərbi əməliyyatlar keçirə bilirdisə, bundan sonra o qədər də asan olmayacaq. Ankara bu sazişlə bağlı Əhməd əş-Şaraya da təzyiq edə bilməyəcək. Çünki Suriya hökumətinin YPG-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri ilə danışıqlar aparmasına Türkiyə zəmin yaradıb. Söhbət Ankaranın PKK terror təşkilatı lideri Abdullah Öcalanla apardığı danışıqlardan gedir.
Bu saziş Suriyada kürdlərin daha da güclənməsinə və gələcəkdə dövlətləşmə yolunda addımlar atmasına səbəb ola bilər!
Turan Rzayev,
Politoloq
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb