Əli Nağıyev Beynəlxalq Komissiyanın baş direktorunu qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
10-03-2025 [18:06]
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev martın 10-da İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edib.
Mia.az DTX-yə istiandla xəbər verir ki, tərəflər 2022-ci ilin aprel ayında baş tutmuş görüşdən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın tapılması məqsədilə həyata keçirilən birgə fəaliyyəti müsbət dəyərləndirib.
Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı itkin soydaşlarımızın axtarışı məsələsi ilə bağlı Komissiyanın qarşısında qoyduğu vəzifələrin icrası yönündə davam etdirilən təxirəsalınmaz tədbirlərdən, Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilərək ekshumasiyası və tapılmış meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs edib. Xidmət rəisi, eyni zamanda itkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistanın əməkdaşlıq etmək niyyətində olmadığını və hələ də qeyri-konstruktiv mövqe sərgilədiyini bildirib.
Komissiya sədri Əli Nağıyev Beynəlxalq Komissiyanın Qiymətləndirmə missiyası tərəfindən tərtib edilərək Azərbaycan tərəfinə təqdim olunmuş itkin düşmüş şəxslərin axtarışı imkanlarını özündə əks etdirən hesabat barədə də fikirlərini çatdırılıb, sözügedən təşkilatın Dövlət Komissiyasının işinə göstərdiyi dəstəyə görə minnətdarlıq edib.
Xanım Katrin Bomberger isə rəhbəri olduğu Beynəlxalq Komissiyanın hazırladığı hesabat sənədinin əhəmiyyətinə toxunmuş, Dövlət Komissiyası ilə qarşılıqlı fəaliyyət çərçivəsində mühüm işlərin görüldüyünü və komissiyalararası münasibətlərin gələcək inkişafına birgə səylərlə önəmli töhfələr veriləcəyinə dərin inamını ifadə edib.
Görüşdə, həmçinin itkin şəxslərin taleyinə tezliklə aydınlıq gətirilməsi ilə bağlı ümumi maraq kəsb edən digər məsələlər də geniş müzakirə olunub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb